İran Rusiyaya torpaq verdi .....                        Mirzoyan onunla sülhdən danışdı .....                        “Neftçi” xal itirdi .....                        Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan .....                        Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan .....                        Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay .....                        Qarabağ sonsuza qədər Azərbaycandır! .....                        Gəncədə 22 marşrut fəaliyyətə başlayır .....                        Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                       
28-01-2025, 16:20
Prezidentdən ictimaiyyət nümayəndələrinə çağırış: "Təkliflər nəzərə alınacaq"


Prezidentdən ictimaiyyət nümayəndələrinə çağırış: "Təkliflər nəzərə alınacaq"

“O ki qaldı, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə, burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq”.
Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
“Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”, - dövlət başçısı vurğulayıb.
28-01-2025, 16:05
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Bakı şəhərində yanvarın 28-də narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.
Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
28-01-2025, 15:56
Laçın hava limanı bu il istifadəyə veriləcək


Laçın hava limanı bu il istifadəyə veriləcək

Azərbaycanda doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.
Bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Prezident qeyd edib ki, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib: “Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək".
Dövlət başçısı vurğulayıb ki, bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir: "Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq”.
28-01-2025, 15:38
Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir - Prezident


Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir - Prezident

Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür.
Bunu Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
"İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir", - dövlət başçısı qeyd edib.
28-01-2025, 15:31
Bakıda nəqliyyatla bağlı dövlət proqramı hazırlanır


Bakıda nəqliyyatla bağlı dövlət proqramı hazırlanır

Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı edib.
"Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”, - dövlət başçısı əlavə edib.
28-01-2025, 15:22
Azərbaycan səfirliyində qalmaqal: Səfir birinci katibi döyüb? - AÇIQLAMA


Azərbaycan səfirliyində qalmaqal: Səfir birinci katibi döyüb? - AÇIQLAMA

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb. İddialara görə, Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov ikinci katib Qafqaz Aslansoy birlikdə Rəhman Şahhüseynlini döyüblər.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb.
"Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.
Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.
Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur", - Ayxan Hacızadə deyib.
Qeyd edək ki, səfir Arif Məmmədov bu təyinata qədər Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri olub.
28-01-2025, 14:47
Seçicilərin yekun sayı AÇIQLANDI


Seçicilərin yekun sayı AÇIQLANDI

Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var:
"Seçicilərin 5 milyon 875 min 802 nəfəri daimi, 86 min 185 nəfəri isə müvəqqəti seçki məntəqələrində səs verəcək".
Qeyd edək ki, yanvarın 29-u 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Seçkilər 118 seçki dairəsinin 5846 seçki məntəqəsində baş tutacaq. Seçki məntəqələrindən 5734-ü daimi, 112-si müvəqqətidir.
28-01-2025, 14:36
Yenidən "Real Madrid"in prezidenti seçildi


Yenidən "Real Madrid"in prezidenti seçildi

"Real Madrid" Futbol Klubunun hazırkı rəhbəri Florentino Peres yenidən klubun prezidenti seçilib.
Bu, onun yeddinci prezidentlik müddəti olacaq. Bu barədə "Real Madrid"in rəsmi saytı məlumat yayıb.
F.Peres 2029-cu ilə qədər çalışacaq.
O, seçkilərdə yeganə namizəd olub. Florentino Peres məşhur iş adamıdır. O, tikinti biznesi ilə məşğul olub. O, 2000-2006-cı illərdə, sonra isə 2009-cu ildən "Real Madrid"in prezidenti vəzifəsini tutub.
28-01-2025, 14:07
Azərbaycanın xarici və daxili dövlət borcu rəqəmlərdə


Azərbaycanın xarici və daxili dövlət borcu rəqəmlərdə

2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulib.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü il üzrə Azərbaycan Respublikasının icmal və dövlət büdcələrinin icrasına dair məlumatda bildirilib.
Qeyd edilib ki, 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilib.
2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5160,0 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.
Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18659,7 milyon manat təşkil edib.
28-01-2025, 13:39
Ötən il Qarabağa nə qədər pul xərclənib?


Ötən il Qarabağa nə qədər pul xərclənib?

2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 4 milyard 828,5 milyon manat vəsait ayrılıb.
Bu, 2023-cü illə müqayisədə 13,6 % azdır.
Məlumata görə, il ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 %-ni sifarişçi təşkilatlar istifadə edib. O cümlədən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!