Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                        Maşın kanala aşdı, 5 nəfər yaralandı .....                        2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                       
10-10-2024, 18:49
Putin Pezeşkianla nələri müzakirə edəcək?


Putin Pezeşkianla nələri müzakirə edəcək?

“Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək”.
Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov vurğulayıb ki, bu, liderlərin ilk görüşü olacaq. Bunun üçün də danışıqlarda prioritet məsələ iki ölkə arasındakı münasibətlər olacaq.
10-10-2024, 18:04
Türkiyədə Zərdabi simpoziumu keçiriləcək


Türkiyədə Zərdabi simpoziumu keçiriləcək

Oktyabrın 15-19-u tarixləri arasında İzmir Ege universitetində "Türk Dünyası II Modernləşmə: Türk Dünyasında Mətbuat" simpoziumu keçiriləcək.
İlk üç gün üzbəüz, iki gün isə onlayn rejimdə keçiriləcək simpozium Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin əziz xatirəsinə həsr olunub. 4 gün davam edəçək elmi toplantıda Türkiyədən 60, Azərbaycandan 28, Özbəkistandan 48, Türkmənistandan 5 alim iştirak edəçək. Quzey Kıprıs Türk Cümhuriyyətindən, Türkistandan, Rusiya və İrandan olan alimlərin məruzələri də dinləniləçək. Simpoziumun açılışına Azərbaycanın Türkiyədəki səfiri Rəşad Mahmudov da qatılacaq.
Oktyabrın 15 - də açılış günü axşam saat 18.00-da MÖTBE Mədəniyyət Mərkəzində Azərbaycandan gedən sənətçilərin konserti olacaq.
10-10-2024, 17:48
Bu yolda qoşa xətt silinərək qırıq xətlə əvəzləndi


Bu yolda qoşa xətt silinərək qırıq xətlə əvəzləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb.
Bu barədə AYNA məlumat yayıb.
Agentlik tərəfindən Bakının Heydər Əliyev prospektində 1 010 metrlik məsafədə qoşa xətt silinərək qırıq xətt ilə əvəz olunub, 8 məlumat lövhəsi quraşdırılır.
Bundan başqa, Bakı dairəvi yolunda (Zuğulba yolu) 2 500 metrlik üfüqi nişanlanma xətti çəkilib.
Həmçinin, paytaxtın Mətbuat prospektində üfüqi nişanlanma xətləri işləri görülüb. Həsən bəy Zərdabi və Əhməd bəy Ağaoğlu küçələrində, həmçinin Zivər bəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrində ndə işanlanma xətləri yenilənir.
Bakının İstiqlaliyyət küçəsində və 8 Noyabr, Xocalı prospektlərində də işlər davam edir.
10-10-2024, 17:43
Bakıdan rayonlara: Azərbaycanda neçə avtovağzal var? - AÇIQLAMA


Bakıdan rayonlara: Azərbaycanda neçə avtovağzal var? - AÇIQLAMA

Azərbaycanda son zamanlar nəqliyyatla bağlı aparılan əsas müzakirələrdən biri də paytaxt və regionlar arasında gediş-gəlişlə əlaqədardır. Bakıda avtovağzalında əvvəllər mövcud olan problemlər həll edilib, regionlara səfərlər daha da asanlaşıb. Artıq paytaxtdan işğaldan azad edilən rayonlar da daxil olmaqla ölkənin istənilən bölgəsinə səfər etmək mümkündür.
Ancaq rayonların hamısında avtovağzalların olmaması bəzi bölgələrə səfəri çətinləşdirir və region sakinləri yaxın rayonlarda olan avtovağzal və avtostansiyalardan istifadə edir.
Qeyd edək ki, avtovağzal dedikdə yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi nəzərdə tutulur. Tutumu 75-dən az sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu isə avtostansiya hesab edilir.
Azərbaycanda ən böyük avtovağzal Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Qeyd edək ki, 2005-ci ildə tikintisinə başlanan Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) 2009-cu ilin fevral ayından etibarən istifadəyə verilib. Kompleks 232 490 m2 yaxın ərazini əhatə edir.
Bəs Azərbaycanda neçə avtovağzal var?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlama verib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, mülki növündən və tabeliyindən asılı olmayaraq avtovağzallara və avtostansiyalara dair tələblər onların fəaliyyətinin əsasları və xüsusiyyətləri, funksiya və vəzifələri, iş rejimi Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə” ilə müəyyən edilir.
Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda ümumilikdə 37 avtovağzal və 16 avtostansiya fəaliyyət göstərir.
"Regionlardakı avtovağzal və avtostansiyaların yalnız texnoloji iş prosesinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) regional idarələri tərəfindən həyata keçirilir. Avtovağzalın (avtostansiyanın) işinin texnoloji prosesi hərəkətin təşkili və sərnişinlərə mədəni-məişət xidmətlərinin göstərilməsi, bilet satışının, sərnişinlərə məxsus baqajın və əl yüklərinin saxlanmasının və dispetçer xidmətinin təşkilini nəzərdə tutur", - açıqlamada bildirilir.
10-10-2024, 17:18
Laçına avtobus reysi açılır - Biletin qiyməti


Laçına avtobus reysi açılır - Biletin qiyməti

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
AYNA-dan verilən məlumata görə, reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

10-10-2024, 16:58
İlham Əliyev BRİKS sammitində iştirak edəcək


İlham Əliyev BRİKS sammitində iştirak edəcək

BRİKS-in Kazanda keçirilən sammitinə MDB ölkələrinin liderləri dəvət olunub və onların hamısı iştirak edəcəklərini təsdiqləyiblər.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə açıqlayıb.
"Biz həmçinin Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə sədrlik edən dövlətləri də dəvət etmişik", - o əlavə edib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Kremldəki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən BRİKS-ə dəvət etmişdi.
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Tədbirdə ən azı 26 dövlətin başçıları da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.
10-10-2024, 16:25
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı - VİDEO


Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi ölkəmizə qayıdıb.
Nazirlikdən verilən xəbərə görə, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla - Ula, Bolu - Gerede, Uşak - Eşme, Akhisar - Taşkuyucak, Balıkesir - Edremit, Manisa - Alaşehir, İzmir - Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa - Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib.
Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb.
Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

10-10-2024, 16:04
Kamala Harris ABŞ tarixində heç bir namizədin edə bilmədiyini etdi


Kamala Harris ABŞ tarixində heç bir namizədin edə bilmədiyini etdi

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üç aydan az müddətdə seçki kampaniyası üçün 1 milyard dollardan çox pul toplayıb.
Bu barədə “Nyu-York Tayms”” qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tarixində heç bir prezidentliyə namizəd belə qısa müddət ərzində bu qədər pul yığmayıb.
Qəzet qeyd edir ki, Harrisin topladığı məbləğ onun Respublikaçı rəqibi Donald Trampın bütün 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur.
Rəsmi açıqlamalardan əldə edilən hesablamalara görə, Tramp təxminən 853 milyon dollar toplayıb.
Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı pula onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Vəsait əsasən televiziya və onlayn reklamlara, həmçinin partiya ofislərinin və işçilərinin işinə sərf olunur.
Demokrat Partiyası hələ sentyabrda nə qədər pul yığdığını rəsmən açıqlamayıb.
10-10-2024, 15:56
Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi yumşaltdı


Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi yumşaltdı

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib.
Rusiya dövlət başçısının müavfiq fərmanı ilə Gürcüstan vətəndaşları üçün vizasız rejim yumşaldılıb.
İndi onlar Rusiyada işləyə və ölkədə 90 gündən çox vizasız qala bilərlər.
10-10-2024, 15:35
Nazirliyin mətbuat katibi işdən çıxdı


Nazirliyin mətbuat katibi işdən çıxdı

Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov vəzifəsindən azad edilib.
O, öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Yaşar İsakov 2019-cu ildən Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Yaşar İsakov əvvəllər müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "Aznews.az" saytının baş redaktoru olub.
O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətlərinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!