Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir .....                        "Qarabağ"dan ilk qol .....                        Yunanlar 13 saat işləmək istəmir .....                        Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi .....                        Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri .....                        Paşinyanla daşnaklar arasında sərt polemika .....                        Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var .....                        "Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO .....                        Prezident və birinci xanım Danimarkada .....                       
25-11-2024, 12:29
Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ


Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ

Şəhid övladlarının xaricdə təhsilinə maliyyə
ayrılacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, gələn il bu məqsədlə büdcədən 41 milyon manat vəsait ayrılacaq.
25-11-2024, 12:14
Qarabağın bərpasına 4 milyard manat ayrılacaq


Qarabağın bərpasına 4 milyard manat ayrılacaq

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri üçün 4 milyard manat vəsait nəzərdə tutulub: “Bu vəsait orta müddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına və məşğulluğa töhfə verəcək. Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir”.
25-11-2024, 12:03
Azərbaycan-İran birgə hərbi təlimindən görüntülər


Azərbaycan-İran birgə hərbi təlimindən görüntülər

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.




25-11-2024, 10:11
ELMİN ÖMÜRLƏ VƏHDƏTİ

Oqtay Babayev -90

ELMİN ÖMÜRLƏ VƏHDƏTİ

Mən bütün həyatını elmə həsr etmiş babam-Əməkdar Kənd Təsərrüfatı İşçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Babayev Oqtay Kərəm oğlundan müsahibə aldım. Qeyd edim ki, babam taxıl toxumçuluğu sahəsində elmi potensialı və peşəkarlığı ilə Respublikada tanınmış mütəxəssislərdən biridir. O, uğurlu əmək fəaliyyətinə görə dəfələrlə yarış qalibi olmuş, rayon və qəsəbə sovetinə deputat seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalına layiq görülmüşdür. Babam 1997-ci ildən əmək veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 31 oktyabr 2008-ci ildən “Əməkdar Kənd Təsərrüfatı İşçisi”dir.
Baba, zəhmət olmasa özünüz barədə məlumat verərdiniz. Uşaqlıq və gənclik illəriniz yaddaşınızda necə iz buraxıb?
-Aysel, mən 1934-cü il yanvarın 12-də Gədəbəy rayonunda anadan olmuşam. Uşaqlıq və gənclik illərim İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı illərə təsadüf edib. Çox çətin illər idi. Atam İkinci Dünya müharibəsində həlak olmuşdur. 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakultəsini bitirmişəm. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasını bitirmiş və 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışam. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında Professor R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışam. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961-ci ildə ilk dəfə olaraq, “Muğan zonasında topinanburunun (yerarmudunun) aqrotexnikasına dair” və “Muğanda qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri” adlı elmi məqalələr dərc etdirmişəm. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi vəzifəsində işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarabağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişəm. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illərdə Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində müxtəlif vəzifələrdə fəaliyyətimi davam etdirmişəm. 1996-cı ildən yenidən Dövlət Toxum Müfəttişliyinə qayıdaraq əvvəl baş aqronom kimi, 1999-cu ildən 2009-cu ilədək isə həmin Müfəttişliyin rəisi vəzifələrində işləmişəm. Bu sahədə çoxsaylı elmi məqalələrin, tövsiyələrin, bir ixtiranın və standartların müəllifiyəm.
-Ömür yolunda və elmi fəaliyyətinizdə həyat yoldaşınız Gövhər Rasizadə ilə birlikdə addımladınız. Geriyə baxanda o illəri necə xatırlayırsınız?
-Mən o illəri çox xoş xatirələrlə xatırlayıram.

Gövhər xanımla 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda işləyərkən tanış oldum. 1967-ci ildə biz ailə həyatı qurduq. Gövhər Rasizadə biologiya elmləri sahəsində alim olmaqla bərabər, həm də qayğıkeş, fədakar ana və həyat yoldaşı idi. Biz tez-tez elmi işlərimizlə əlaqədar bir-birimizlə fikir mübadiləsi aparırdıq. Bizim “Fillokseranı bioloji aktiv maddələrin qarışığından yeni alınmış cövhərlə məhv etmək olar!!” adlı bir ixtiramız var. Bu üsul ekoloji cəhətdən təmiz, təhlükəsizdir. Ətraf mühitin çirklənməsinin, insanların zəhərlənməsinin, eyni zamanda müxtəlif xəstəlik və zərərvericilərin yayılmasının qarşısı alınır. Bu mübarizə üsulu demək olar ki, yenilikdir.
-Siz yetişdirdiyiniz yeni soğan sortunun adını niyə “Aytac” qoydunuz?

-Bəli Aysel, Mən bir neçə soğan sortu yetişdirmişəm. Onlardan biri də “Aytac” sortudur. Mən yeni soğan sortuna ilk nəvəm Aytacın adını qoymuşam. Məqsədim də bu olub ki, Aytacı elmə alışdıraq.
-Baba, səni Aytacın bu il Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə qəbil olunması münasibətilə təbrik edirəm.
-Çox sağ ol Aysel. Allaha şükür olsun. Bu məni çox sevindirdi. Aytaca yeni-yeni uğurlar arzulayıram.
-Siz elm sahəsində çalışan gənclərə nə arzu edərdiniz?
-Elm sahəsində çalışan gənclərə arzu edirəm ki, heç vaxt nail olduqları ilə kifayətlənməsinlər, daim öz biliklərini təkmilləşdirsinlər. Onlara çalışdıqları sahədə böyük uğurlar, böyük müvəffəqiyyətlər arzulayıram.
Baba, bəs mənə nə arzulayırsan?
-Adam balasına nə arzulayar?! Arzum sənin xoşbəxtliyindir. Yaxşı oxuyub universitetə qəbul olunduğun üçün qürurlandım. İndi də təhsilini uğurla başa vurub həyatına firəvanlıqla davam etməyini arzulayıram. Allah səni min budaq eləsin.
Minnətdaram, baba. Bu, bacımın və mənim elmə, təhsilə xüsusi diqqət olunan ailədə böyüməyimizdən irəli gəlir. Sizin kimi nənə, babanın nəvəsi olmaq mənim üçün böyük şansdır. Sizinlə fəxr edirəm.

Aysel MÜBARİZQIZI (Babayeva),
BDU jurnalistika fakultəsinin 4-cü kurs tələbəsi
24-11-2024, 22:53
"Beşiktaş" doğma meydanında məğlub oldu


"Beşiktaş" doğma meydanında məğlub oldu

Türkiyə Superliqasında XIII turun növbəti oyunu keçirilib.
“Beşiktaş” doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. Görüş qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran “Göztəpə” 5-ci pilləyə yüksəlib. Eyni xala malik “Beşiktaş” isə 6-cı yerdədir.
24-11-2024, 22:40
Şirvanda 4 nəfəri maşın vurdu


Şirvanda 4 nəfəri maşın vurdu

Şirvan şəhərində avtomobil dörd piyadanı vurub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarında dayanan avtomobillərə çırpılıb, sonra dörd nəfər piyadanı vurub.
Qəza nəticəsində Qaradağ rayon sakini 1989-cu il təvəllüdlü Sadıqov Xətai Elman oğlu, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Nəsirov Cavidan Nizami oğlu, Şirvan şəhər sakini 1971-ci il təvəllüdlü Nəzərov Bəxtiyar Əliş oğlu və Hacıqabul rayon sakini 1987-ci il təvəllüdlü İsrafilov Seymur Nüsrətddin oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına çatdırılıblar.
Xəsarət alan piyadalar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
24-11-2024, 22:24
Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi


Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi

Böyük Britaniyada “Bert” fırtınası höküm sürür.
Bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, yüzlərlə evi su basıb. İki gün ərzində yağıntının miqdarı aylıq normaya çatıb. Küləyin sürəti saniyədə 37 metrə qədər güclənib.Uelsin cənubunda təbii fəlakət səbəbindən 100-dən çox yaşayış binası su altında qalıb. Bəzi ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
24-11-2024, 21:48
Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub


Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Yaradılmış Şahmat Klubunda iki kitab müəllifi şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub. Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov şairin şərəfinə süfrə açıb, klub üzvlərini, şahmat həvəskarlarını şairin başına yığaraq onu təbrik edib. Yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd olunub ki, Vidadi müəllim 23 dekabr 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib."Hələ bu dünyaya sözüm var mənim" və “Məni oxumağa vaxt tapılarmı?” kitablarının müəllifidir.

Şahbaz həkim, Teyyub müəllim, klubumuzun ən gənc oyunçusu Rəsul Dünyamalıyev Vidadi Loğmanoğlunu təbrik edərək ona ən xoş arzularını bildiriblər.
Qısa müddətdə hamının sevimlisinə çevrilən Vidadi Loğmanoğlu ona göstərilən diqqət və ehtiramdan mütəəsir olduğunu və hər kəsə minnətdarlığını bildirib.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Elman Rüstəmova bu nəcib təşəbbüsünə görə təşəkkür edib. Sonda xatirə şəkli çəkdirilib.


Hərbi Jurnalistlər birliyinin mətbuat xidməti

24-11-2024, 20:39
Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə


Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə

Cərimələnməmək üçün bəzi sürücülər qanundan kənar əməllərə əl atırlar.
Onlar dövlət qeydiyyat nişanlarına müdaxilə etməklə cərimələrdən yayınmağa çalışırlar.
Eyni zamanda, digər sürücülərə də təhlükə yaradırlar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu kimi qaydanı pozan sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7 -ci maddəsinə uyğun olaraq, 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Ətraflı İTV-nin süjetində:

24-11-2024, 20:20
İstanbulda qar həyatı iflic etdi - FOTO


İstanbulda qar həyatı iflic etdi - FOTO

Türkiyənin müxtəlif regionlarında güclü qar yağıb.
Orta və Şərqi Qara dəniz sahillərində və Şərqi Anadoluda və digər ərazilərdə güclü qar həyatı iflic edib.
Paytaxt Ankara və İstanbulda da güclü qar yağıb və nəqliyyatın hərəkətinə maneələr yaranıb.
Ölkənin 20-yə yaxın bölgəsində dərslər təxirə salınıb. Qarşıdakı 3 gündə də güclü qarın davam edəcəyi bildirilib.
Dövlət qurumları qarla əlaqədar səfərbər olunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!