Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Ermənistan şərtləri qəbul etdi - Sülh müqaviləsi üçün maneə qalmadı .....                        Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir .....                        Kənar şəxslər adınıza kredit götürə bilməyəcək .....                        İlham Əliyev görüş keçirdi - FOTO .....                        Sabah 14 dərəcə isti olacaq .....                        İran XİN rəsmən etiraf etdi: Müctəba Xamenei yaralanıb .....                        İranın raket potensialı 3 həftəyə məhv ediləcək .....                        Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq .....                       
3-05-2025, 11:39
Prezidentin səhhəti pisləşdi


Prezidentin səhhəti pisləşdi

Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri
zamanı səhhəti qəfil pisləşib.
Bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.
Prezident Aleksandar Vucic xəstəliyi səbəbindən ABŞ-a səfərini yarımçıq dayandırıb.
Həkimlərin müayinəsindən sonra o, Serbiyaya qayıtmaq qərarına gəlib.
Cümə axşamı Serbiya prezidenti Floridada Nyu-Yorkun keçmiş meri Rudolf Culiani ilə görüşüb.
3-05-2025, 11:32
İlham Əliyev Andjey Dudaya məktub yazdı


İlham Əliyev Andjey Dudaya məktub yazdı

Prezident İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
3-05-2025, 11:00
İdman müəllimləri də sertifikasiyadan keçəcəklər


İdman müəllimləri də sertifikasiyadan keçəcəklər

Məlum olduğu kimi, orta məktəb müəllimlərinin sertifikatlaşdırılmasının ardınca musiqi müəllimlərinin də attestasiyası başlanıb. Burada məqsəd müəllimlərin bilik və bacarıqlarını yoxlamaq, müasir təhsil sisteminə uyğunlaşmasına şərait yaratmaqdır. İddialara görə, yaxın zamanlarda idman klublarında fəaliyyət göstərən müəllimlərin də attestasiyası prosesinə başlanması gözlənilir.
Milli Məclisin deputatı Asif Əsgərovun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin İdman təhsili sektoru tez-tez rayonlarda və paytaxtda müvafiq yoxlamalar aparır:
“Bu yoxlamalar KİV-lərdə yayımlanmasa da, birbaşa nəzarət aparılır. Ona görə də, paytaxt və rayonlarda bir çox məktəblərin bağlanması, qrupların ləğv olunması tələb olunan meyarlara uyğun gəlməməsi ilə bağlıdır. Amma yəqin ki, Gənclər və İdman Nazirliyi də bununla bağlı öz işlərini görür, əgər bu yoxlamalar sertifikasiya və attestasiya şəklində olacaqsa, yəqin ki, bu barədə ictimaiyyətə də məlumat veriləcək”.
Deputat bildirib ki, bütün idman məktəblərinin yoxlanılması Gənclər və İdman Nazirliyinin funksiyasına aiddir:
“Hətta əvvəllər digər nazirliklərin nəzdində olan idman məktəblərində belə yoxlamalar aparılırdı. İdman sahəsinə cavabdeh olan Gənclər və İdman Nazirliyidir. İndi də belə araşdırmalar gedir, yuxarıda qeyd etdiyim sektorun əməkdaşları məktəblərdə yoxlamalar aparırlar. Məşq keçən idmançıların hamısı İdman Akademiyasını bitirirlər. Onların diplomları ilə yanaşı, işləmək üçün hüquqi səlahiyyəti olmalıdır”.
“Bu gün Cüdo Federasiyası öz məşqçilərinin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən yoxlamalar keçirir. Onlar federasiyanın razılığına əsasən faəliyyətlərini davam etdirirlər. Eyni zamanda federasiyanın nəzdində də Cüdo Akademiyası faəliyyət göstərir. Həmin məşqçilər tez-tez attestasiyalara dəvət olunur, yeni çıxan qaydaların tətbiq olunması üçün birbaşa işlər aparılır, onlara tövsiyələr verilir. Bu əlbəttə ki, lazımdır. Ola bilər ki, müəllim İdman Akademiyasını bitirsin, amma biliklər müəyyən müddət sonra onun yadından çıxsın, yenilikləri özündə ehtiva etməsin. Ona görə də belə sertifikasiya və attestasiyaların keçirilməsi lazımdır”, - deputat qeyd edib.
3-05-2025, 09:59
DAŞLARDAN BAXAN GÖZLƏR


Polad POLADOV


DAŞLARDAN BAXAN GÖZLƏR

1988-ci ilin Qərbi Azərbaycan üzərindən əsdirdiyi köç küləyi Kirs kəndi üzərindən də əsdi. Kənddə yaşayan azərbaycanlı əhali ermənilər tərəfindən zorla çıxarılmağa məruz qaldı. Kənddən maşın yola çıxmaq üzrədir. Balaca qızı axtarırlar tapa bilmirlər. Hər tərəf axtarılır, qız tapılmır ki tapılmır. Kənd camaatı narahatçılıqla balaca qızı axtarır. Mümkün olan hər yerə baxırlar. Hamı pərişandı. Axı bu qız hara gedə bilər.
Ata birdən elə bil ki yuxudan ayıldı. Tez çay aşağı gedən maşın yolu ilə qaçmağa başladı. Bu yol o yoldur ki düz məzarlığın yanından keçir. Qəbiritsanlığa çatanda ata hisslərində yanılmadığını gördü. Bəli qız burda idi.
Qız evdə yüklərin maşına yığıldığını görüb bildi ki bir daha bu kəndə, bu evə qayıtmayacaqlar. Ona görə də xəlvət yolla məzarlığa gəlmişdi. Hansı ki bu məzarlıqda anası onu qucağına almaq, bağrına basmaq istəyirdi. Körpəlikdən ana nəvazişi görməyən balanı ana əzizləmək istəyirdi.
Ata məzarlığa yaxınlaşanda balasının anasının sinə daşını qucaqlayıb yatmış gördü. Gözləri məzar daşından baxan rəsmə zilləndi. Sanki şəkil dil açıb deyirdi: - Səs eləmə uşaq yatıb...
Kənddə artıq qızın harada olduğunu başa düşmüşdülər. Maşın kənddən çıxıb körpünü keçıb məzarlığa çatanda qardaşının maşından “ANA” deyib səslənməsi balaca qızı yuxudan oyatdı. Anasının məzarı yanında oturub onun yuxudan oyanmasını gözləyən atasını görüncə hönkür – hönkür ağlamağa başladı...
Artıq bütün ailə üzvləri məzar başında son vida edirdilər. Uşaqlar maşına tərəf gedir, ata isə məzardan ayrıla bilmir. Bir anlığa elə bil ki, səs eşidir: -Get uşaqları sənə tapşırıram.
Maşın məzarlığın yanından ayrılır. Maşından gözlər məzar daşına dikilib uzaqlaşır. Daşdan baxan gözlər ta bağın altını maşın keçənə kimi arxasınca baxır, baxır...
3-05-2025, 09:50
DİN-dən kiberdələduzluqla bağlı əhaliyə XƏBƏRDARLIQ


DİN-dən kiberdələduzluqla bağlı əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağllı əhaliyə müraciət edib.
DİN-in müraciətində bildirilib ki, təhlükəsizlik səbəbilə bank kartı məlumatlarını heç kimlə paylaşmaq olmaz:
"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
3-05-2025, 09:43
Yol polisi müraciət yaydı: Sabah bu yollarda hərəkət dayandırılacaq


Yol polisi müraciət yaydı: Sabah bu yollarda hərəkət dayandırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Bakı Marafonu-2025" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə marafona görə sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkətin tam məhdudlaşdırılacağı qeyd olunub.
Belə ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
Həmçinin bildirilib ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə mayın 4-ü saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.
3-05-2025, 09:37
Qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək


Qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında 23, Naxçıvan MR-da 29, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək.
3-05-2025, 09:19
Paşinyan Dövlət Televiziyasının rəhbərini işdən qovdu


Paşinyan Dövlət Televiziyasının rəhbərini işdən qovdu

Armen Danielyan Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Birliyinin rəhbəri vəzifəsindən azad edilib.
Ermənistan KİV-nin məlumatına görə, hökumət bu vəzifəyə Dövlət Televiziyasında sədr müavini işləyən Tiqran Petrosyanı təyin etməyə hazırlaşır.
Tiqran Petrosyanın baş nazirin Dövlət Televiziyasındakı “gözü, qulağı” olduğu bildirilir.
Petrosyan daha əvvəl Milli Təhlükəsizlik Xidmətində işləyib.
3-05-2025, 09:04
Qəzzada 211 jurnalist həlak olub


Qəzzada 211 jurnalist həlak olub

2023-cü ilin oktyabrından bəri - İsrailin Qəzzaya hücumunun başlamasından bu yana 210-dan çox jurnalist və 409 media fəalı öldürülüb.
Bu barədə Qəzzada yerləşən Hökumət Media Ofisinin məlumatında bildirilir.
Ofis 7 oktyabr 2023-cü ildən Qəzzada 211 jurnalistin, o cümlədən 28 qadın jurnalistin öldürülməsini müstəqil şəkildə təsdiqləyib.
YUNESKO-nun məlumatına görə, ən azı 47 jurnalist vəzifəsini yerinə yetirərkən həlak olub.
Fələstin hökumətinin Qəzzadakı media ofisinin məlumatına görə, İsrail qüvvələri indiyədək 48 jurnalisti həbs edib və onların bir çoxu həbsdə işgəncələrə məruz qalıb.
2-05-2025, 22:53
70 yaşlı qadın sirkə turşusu içib öldü


70 yaşlı qadın sirkə turşusu içib öldü

Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.
O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!