Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
30-04-2025, 17:17
Trampla Zelenskinin Vatikandakı söhbətinin TƏFƏRRÜATI


Trampla Zelenskinin Vatikandakı söhbətinin TƏFƏRRÜATI

Vatikanda – Papanın dəfni öncəsi ABŞ lideri Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutmuş 15 dəqiqəlik söhbətin təfərrüatları açıqlanıb.
“Axios” portalının məlumatına görə, Zelenski söhbət zamanı ABŞ prezidentini Rusiya lideri Vladimir Putinə qarşı daha sərt mövqe tutmağa və atəşkəs üçün prioritetlərə yenidən baxmağa çağırıb.
Nəşrin yazdığına görə, Zelenskinin müşavirləri onun “Oval kabinetdəki fəlakətdən sonra” Trampla təkbətək söhbət etmə riski olub-olmaması ilə bağlı müxtəlif fikirlərə sahib olublar. “Axios” mənbələri deyiblər ki, Zelenski sonda Trampın Putin haqqında fikrini ilk dəfə dəyişməyə müvəffəq olduğunu hiss edib. Və İtaliyadan qayıdarkən Amerika prezidenti jurnalistlərlə söhbətində Rusiya prezidentini Kiyevə kütləvi hücuma görə tənqid edib.
“Zelenskinin məsləhətçiləri əsəbi idilər və bəziləri – hələ də fevralın 28-də Oval ofis səhnəsindən travma alıblar – Zelenskiyə Trampla təkbətək görüşün yaxşı fikir olduğuna əmin olmadıqlarını söylədilər”, – məqalədə deyilir.
Mənbələrdən birinin “Axios”a bildirdiyinə görə, əvvəlcədən heç nəyə qərar verilməyib və ilkin fikir dəfn mərasimindən sonra görüşməyə çalışacaqları olub.
Liderlər Vatikana çatan kimi bir-biri ilə qarşılaşdılar və Müqəddəs Pyotr Bazilikasında təkbətək görüşmək üçün yer tapdılar. Mənbələrə görə, Zelenski Trampa deyib ki, ABŞ prezidenti daha çox təzyiq göstərməyincə, Putin yerindən tərpənməyəcək.
Mənbə bildirib ki, Tramp Putinə münasibətini dəyişməli ola biləcəyini deyib. Nəşr yazır ki, Zelenski həmçinin Trampı sülh danışıqlarının başlanğıc nöqtəsi kimi qeyd-şərtsiz atəşkəslə bağlı ilkin təklifinə qayıtmağa sövq edib, Ukrayna bunu qəbul edib, lakin Rusiya bunu rədd edib.
30-04-2025, 17:03
Milli Məclisin iclasının gündəliyi dəyişdi


Milli Məclisin iclasının gündəliyi dəyişdi

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
İclasın gündəliyinə daha 1 məsələ "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" qanun layihəsi daxil edilib.
Beləliklə, gündəlikdəki məsələlərin sayı 12-dən 13-ə qaldırılıb.
İclasın gündəliyindəki məsələr aşağıdakılardır:

1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" qanun layihəsi.
30-04-2025, 16:56
Prezident DTX ilə bağlı fərman imzaladı


Prezident DTX ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə bağlı Fərman imzalayıb. Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46 (Cild I); 2024, № 6 (I kitab), maddə 651) dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
30-04-2025, 16:25
85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - RƏSMİ


85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - RƏSMİ

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA)məlumat yayıb.
Bildirilib ki, övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2025-ci il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.

30-04-2025, 16:01
Məhkəmə DSX mayoruna hücum edən idmanı ilə bağlı qərar verdi


Məhkəmə DSX mayoruna hücum edən idmanı ilə bağlı qərar verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə Elnur Həmidovun prosesi keçirilib.
Məhkəmə Elnur Həmidovun həbs-qətimkan tədbirinin müddətini 5 iyunadək uzadıb.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
30-04-2025, 15:49
Ukraynada oğurlanan azərbaycanlı ilə bağlı AÇIQLAMA


Ukraynada oğurlanan azərbaycanlı ilə bağlı AÇIQLAMA

Ukraynın Odessa şəhərində yaşayan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov oğurlanıb. 1972-ci il təvəllüdlü diaspor nümayəndəsi aprelin 16-dan itkin düşüb. Polisin müşahidə kameralarındakı görüntülərdən onu iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək aparıldığı qeydə alınıb.
Ukraynadakı diaspor Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, hələlik hadisə ilə bağlı yeni təfərrüatlar polis tərəfindən açıqlanmayıb:
"Hadisə ilə bağlı araşdırma aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Araşdırma aparıldığı müddətdə hər hansı açıqlama yoxdur. Polis bu işlə ciddi məşğuldur. İnşallah, ümid edirik problem müsbət həllini tapacaq".
Qalib Osmanlı iş adamının ailəsinə Odessada olan soydaşlarımızın və diaspor fəallarının dəstək olduqlarını qeyd edib.
O, "Nəticəni deyəcəyik, görək nə olur?" deyib.
30-04-2025, 15:33
Avtomobildə 8 kq narkotik vasitə daşıyanlar saxlanıldı


Avtomobildə 8 kq narkotik vasitə daşıyanlar saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb. Onların avtomobilindən 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırma aparılır.
30-04-2025, 15:17
Avropada ötən il bu qədər insan yoxsulluq həddində yaşayıb - STATİSTİKA


Avropada ötən il bu qədər insan yoxsulluq həddində yaşayıb - STATİSTİKA

Avropa İttifaqı (Aİ) ölkələrinin əhalisinin 21%-i 2024-cü ildə yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.
Bu informasiya Avropa Statistika Ofisinin (Eurostat) yaydığı məlumatda öz əksini tapıb.
Beləliklə, ötən il Aİ ölkələrində ümumilikdə 93,3 milyon nəfər yoxsulluq həddində həyatlarını davam etdiriblər.
Yoxsulluq həddində yaşayanların sayının ən yüksək olduğu ölkələr aşağıdakılar olub:

-Bolqarıstan-30,3%

-Rumınya-27,9%

- İspaniya-25,8%

-Litviya-25,8%.

Yoxsulluq və sosial təcrid səviyyəsinin aşağı olduğu ölkələrin siyahısına isə bu dövlətlər daxildir:

-Çexya-11,3%

-Slovenya-14,4%

-Niderland-15,4%

-Polşa-16%

-İrlandiya-16,7%

Yoxsulluk səviyyəsi Almaniyada 21,1%, Fransada 20,5%, İtaliyada isə 23,1% olaraq təsbit olunub.
30-04-2025, 15:11
Paşinyan Putinə “hə” deməyə peşman olub - Moskvaya getməyə qorxur


Paşinyan Putinə “hə” deməyə peşman olub - Moskvaya getməyə qorxur

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin bir neçə ay öncə Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərini faşizm üzərində qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya dəvət edib.
Qələbə paradı 2025-ci il mayın 9-da Moskvada keçiriləcək.
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Putinin dəvətini qəbul edərək, Qələbə paradında iştirak edəcəyini rəsmən təsdiqləyib. Lakin bu gün məlum olub ki, Paşinyan Moskvaya getməmək üçün çıxış yolları arayır.
Bu barədə Ermənistanın bəzi KİV-ləri məlumat yayıb.
Məsələ burasındadır ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümünü sakit qeyd etmək üçün Ukrayna ilə müharibədə 3 günlük atəşkəs elan edib. Kremlin məlumatına görə, Rusiya ordusu mayın 8-nə keçən gecə, saat 00:00-dan mayın 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu qərarı dəstəkləməlidir.
Lakin Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Putinin təklifini rədd edib. Zelenski Rusyanı 3 gün deyil, ən azı 30 gün ərzində “tam və qeyd-şərtsiz atəşkəs”ə çağırıb.
Ukrayna lideri deyib ki, Kiyevin 30 günlük atəşkəs təklifini qəbul etməyən Moskva əks halda Qələbə paradına görə narahat olmalıdır.
Ukrayna Ali Radasının keçmiş deputatı İqor Lapin bildirib ki, Moskvanın Qırmızı meydanı Qələbə paradı zamanı Ukrayna silahlı qüvvələri üçün hədəf ola bilər.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri çoxlu sayda rus hərbçisinin cəmləşəcəyi Qələbə paradına hücuma hazırlaşır. “Ukrayna xüsusi xidmət orqanları belə bir zərbənin planlaşdırıldığını gizlətmir və mayın 9-da Moskvaya “Ukrayna hədiyyələri” vəd edir”, - Lapin deyib.
Moskva paradına getməyə artıq razılıq vermiş erməni baş nazir Nikol Paşinyan bu xəbərlər fonunda ciddi şəkildə narahat olmağa başlayıb. Ermənistan KİV-lərində dərc olunan xəbərlərə görə, Paşinyan Moskvaya getməmək üçün bəhanə tapa bilər.
Məsələn, Paşinyan ötən ilin dekabrında Avrasiya İqtisadi Şurasının Sankt-Peterburq şəhərində keçirilən iclasına getməmək üçün koronavirusa yoluxduğunu bildirmişdi.
Ermənistan liderinin bu dəfə hansı bəhanə uyduracağı maraq doğurur.
30-04-2025, 15:08
Təbiətə 108 min manat ziyan vuruldu - Araşdırma aparılır


Təbiətə 108 min manat ziyan vuruldu - Araşdırma aparılır

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin “Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!