Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
15-11-2024, 20:43
COP29-da növbəti dəyirmi masa


COP29-da növbəti dəyirmi masa

COP29 çərçivəsində “Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masa COP29 Sədrliyi, İsveç və Dünya Resursları İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişmələri milli sərhədləri aşır, onun yaratdığı problemlər qlobal və kollektiv şəkildə həll olunmalıdır. Bu sahədə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Paris Sazişinin qəbulundan bəri təşəbbüslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə təşəbbüslərin bəyan edilmiş məqsədlərə doğru irəliləyişini, eləcə də gələcəkdə təşəbbüslərin təsirini daha da artırmaq imkanlarını dəyərləndirmək də vacibdir: “Səylərimizdə davamlılığı, səmərəliliyi və uyğunluğu təmin etmək vacibdir. Bu, daha böyük fəaliyyət üçün əhəmiyyətli impuls yaratmaq və bu təşəbbüslərin həyata keçirilməsinə dəstəyi artırmaq üçün vacib olacaq”.
Baş danışıqçı İsveç və Dünya Resursları İnstitutuna tərəfdaşlığa görə minnətdarlıq edib.
COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov da dəyirmi masanın mövzusunun əhəmiyyətindən danışıb. Bildirib ki, COP29 Sədrliyinin təşəbbüslərinin hazırlanması prosesində çoxsaylı maraqlı tərəflərlə məsləhətləşmələr aparılıb və bu zaman bir çox COP sədrlikləri tərəfindən təqdim olunan təşəbbüslərin davamlılıq və tamamlayıcılıq baxımından çatışmazlıqlarının olduğu barədə narahatlığa rast gəlinib. Buna görə də COP29 Sədrliyinin təşəbbüsləri çərçivəsində davamlılıq və tamamlayıcılıq komponentlərinin inteqrasiya edilməsi diqqət mərkəzində saxlanılıb.
COP29 Sədrliyinin təşəbbüslərindən bəhs edilərkən diqqətə çatdırılıb ki, noyabrın 14-də Bakı İqlim Maliyyəsi, İnvestisiya və Ticarət Dialoqu (BICFIT) təşəbbüsünə start verilib: “Bu təşəbbüs vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda COP sədrliklərinin koalisiyasını yaratmaq istəyirik”.
Qeyd edilib ki, COP22-dən etibarən iqlim və inkişaf mövzusu digər COP-larda davam etdirilir və bu prosesin davamı olaraq Bakıda ilk dəfə maliyyə, investisiya və ticarət günü təşkil edilib: “BICFIT dialoqu vasitəsilə biz iqlim maliyyəsi, investisiya və ticarət mövzusunda tamamlayıcılığı və davamlılığı təmin etmək istəyirik”.
Elmar Məmmədov COP29 Sədrliyinin digər təşəbbüsləri barədə də tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sədrlik iqlim və sağlamlıq, urbanizasiya, kənd təsərrüfatı, su və iqlim mövzularında təşəbbüslər hazırlayıb və qeyd edilən bütün bu təşəbbüslərdə məqsəd birbaşa olaraq davamlılıq və tamamlayıcılıq məsələlərinin həllinə yönəlib.
Dünya Resursları İnstitutunun direktoru Ani Dasquptanın moderatorluğu ilə keçən dəyirmi masada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ətraf mühit, iqlim dəyişikliyi və səhiyyə departamentinin direktoru Maria Neira, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) məskunlaşma üzrə rəsmisi Lea Ranalder, Təmiz Hava və İqlim Koalisiyası katibliyinin rəhbəri Martina Otto, İsveçin iqlim üzrə səfiri Mattias Frumerie, Braziliya Xarici İşlər Nazirliyində İqlim Fəaliyyət bölməsinin rəhbəri Mario Mottin, Beynəlxalq İqlim Siyasətləri Habının direktoru Kat Abreu çıxış ediblər.
Dəyirmi masada müxtəlif qlobal iqlim təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səmərəliliyi və tutarlılığını necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparılıb.
Natiqlər iqlim dəyişmələri kontekstində müxtəlif sahələr üzrə, xüsusilə də sağlamlıq, urbanizasiya və ətraf mühitin qorunması təşəbbüslərinin bir-birini necə tamamlaya biləcəyi, səylərin davamlılığı, səməliliyi və tutarlılığının necə təmin ediləcəyi ətrafında fikir mübadiləsi aparıblar. Müxtəlif illərdə qəbul edilmiş təşəbbüslərin tamamlayıcılığı və davamlılığını təmin etmək məqsədilə COP29 Sədrliyinin səyləri və yanaşması təqdir olunub.
15-11-2024, 20:11
Leyla Əliyeva Çin pavilyonunda - FOTO


Leyla Əliyeva Çin pavilyonunda - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Leyla Əliyeva, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Respublikası bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.
Sonra Leyla Əliyeva tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.
Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-nin həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak edib.

15-11-2024, 20:03
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Azərbaycan təmsilçisi Hüseyn Allahyarov Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan tatamı ustası finalda polşalı Yakub Krovskidən güclü olub.
Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (63 kq) də finala vəsiqə qazanıblar.
15-11-2024, 19:36
Zimbabve parlamentinin spikeri Bakıdadır - FOTO


Zimbabve parlamentinin spikeri Bakıdadır - FOTO

Zimbabve Respublikası Milli Assambleyasının spikeri Jakob Francis Mudenda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin komitə sədri Şahin İsmayılov və Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı qarşılayıblar.


15-11-2024, 19:23
Fatih Terim Bakıya gəldi - İLK FOTOLAR


Fatih Terim Bakıya gəldi - İLK FOTOLAR

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

15-11-2024, 18:49
Bakı aeroportunda rus deputatları o qarşıladı


Bakı aeroportunda rus deputatları o qarşıladı

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Petr Tolstoy BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycana səfərə gəliblər.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclisin deputatları Nizami Səfərov, Xanlar Fətiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Onlar Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak edəcək.
15-11-2024, 18:45
İki ildən sonra ilk dəfə Putinə zəng etdi


İki ildən sonra ilk dəfə Putinə zəng etdi

Noyabrın 15-də Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub.
Söhbət zamanı Şolz Rusiya-Ukrayna münaqişəsinə son qoyulmasının zəruriliyindən danışıb. O, Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırıb.
Almaniya kansleri əmin edib ki, Almaniya “lazım olduğu müddətcə” Ukraynanı dəstəkləməyə davam edəcək. Almaniya hökumətinin məlumatına görə, Putinlə söhbətdən bir müddət əvvəl Olaf Şolz Ukrayna prezidenti Volodimir Zelenskiyə telefonla zəng edib və yenidən zəng etməyi planlaşdırır.
Vladimir Putin və Olaf Şolz arasında bu gün baş tutan telefon danışığı onların 2022-ci ilin dekabrından bəri ilk söhbətidir.
15-11-2024, 17:59
Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürüldü


Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürüldü

Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürülüb.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.
Qeyd edilib ki, Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.
Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.
15-11-2024, 17:30
Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb - Tokayev


Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb - Tokayev

Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstana planlı taxıl tədarükünə başlanılıb.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumunda bildirib.
“Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpa olunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya da taxıl tədarükü həyata keçiriləcək”, - deyə o bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. O əlavə edib: “Yeni ərzaq bazarlarının artan tələbatını nəzərə alaraq, “Şimal-Cənub” və Trans-Xəzər marşrutu kimi beynəlxalq dəhlizlərin rolu artacaq”.
Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalq danışıqlarının gündəliyində duran əsas məsələlərdən biri Qazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzi kimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir.
“Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanın yaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görə də növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11 min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıq dəmir yolunun çəkilməsi nəzərdə tutulur”, -deyə o bildirib.
15-11-2024, 17:25
Əli Əsədov görüş keçirdi


Əli Əsədov görüş keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.
Ölkəmizdə yaşıl iqtisadiyyatın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.
Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!