Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
14-11-2024, 14:57
Səməd Vəkilovun kitabının təqdimatı keçirilib


Səməd Vəkilovun kitabının təqdimatı keçirilib

AMEA-nın akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsi çərçivəsində Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizləmənin Sonuncu Mərhələsi (1987-1991) Çalxanqalaya Köç” adlı kitabının təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər və ictimaiyyət nümayəndələri iştirak edib. Kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, rəyçi ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix ü.f.d Leyla Calalova, redaktorlar Cəsarət Hüseynzadə və Möhübbət Məmmədovdur.
Kitabda tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış, həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.
Azərbaycan tarixdə ən güclü mərhələsindədir

Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın hazırkı güclü mövqeyini vurğulayıb və tarixdən dərs alınmasının önəmini diqqətə çatdırıb. O, Azərbaycanın tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyduğunu qeyd edərək, bu mərhələnin dəyərini xalq olaraq bilməyin vacibliyini vurğulayıb: “Bizim bu günkü Azərbaycanımız çox güclü, tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyur və bu mərhələdən də biz millət olaraq, xalq olaraq bunun dəyərini bilməliyik. Necə ki, zamanında dəyərləndirmədiyimiz hadisələr sonradan faciə kimi üstümüzə qayıdır.”
Komitə sədri təqdim edilən kitabın Qərbi Azərbaycanda iki dəfə soyqırıma məruz qalan bir kəndin taleyini işıqlandırdığını bildirib. Sadiq Qurbanov kitabda yer alan tarixi faktların ürəkağrısı ilə oxunduğunu vurğulayaraq, günahsız gənclərin faciəvi taleyindən bəhs edib. O, Əhməd Əhmədovun həyat hekayəsini xüsusi vurğulayıb və onun haqsızlıqlara məruz qaldığını ifadə edib: “Bu kitabda göstərilən bir kənddə iki dəfə soyqırım törədilir. Bu kitabda göstərilən tarixi faktların içərisində bəzən ürək ağrısız oxumaq olmur. Əhməd Əhmədovu, bir gənci bir imperiya necə məhv edir.”
S.Qurbanov Azərbaycanın keçmişdə yaşadığı faciələri xatırlayaraq, bu cür tarixi dərslərdən ibrət alınmasının vacibliyini qeyd edib və gələcək nəsillərə bu tarixin doğru çatdırılması üçün belə nəşrlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə Əhməd Əhmədovun yaxınları da iştirak edib və onun uğrunda mübarizə apardığı dəyərlər bir daha yad edilib.
“Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımız var”

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycana olan bağlılığını vurğulayaraq, “Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımızın olduğuna görə cənab Ali Baş Komandana eşq olsun!” dedi. O, Qərbi Azərbaycandan olduğunu və babası İbrahim Mirzəli, tanınmış el ağsaqqalı, şair olduğunu qeyd edərək, ailəsinin tarixi irsindən söz açdı. “Dayım Həsən Mirzəyev Qərbi Azərbaycanın ilk araşdırmacılarından biridir. O, araşdırmalarını ərəb əlifbası ilə yazıb, gizlədərək saxlayıb. Dəftərləri cırılıb, pis vəziyyətə düşsə də, onları qoruyuram. Dərələyəz mahalının toponimləri, şivə sözləri və tarixi adları haqqında məlumatları latın əlifbasına tərcümə etdirmişəm” – deyə professor Mahirə Hüseynova qeyd edib.
Mahirə Hüseynova kitabdakı məzmunun tarixi faktlara əsaslandığını bildirərək deyib: “Mən hekayələr mövzusunda yaradıcı insanam, lakin “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” kitabındakılar hekayə deyil, həqiqətdir, tarixi faktdır. Burada türkün başına gətirilən oyunlar öz əksini tapıb”.
Sivil vətəndaşlarımız hədəfə alınıb, bu, beynəlxalq hüquqa ziddir

Milli Məclisin deputatı Pərvanə Vəliyeva tarixdə bu günün ermənilər tərəfdən Bərdə şəhərinin mərkəzinə kasetli bombalarla qətliam olduğunu xatırladıb. Millət vəkili Azərbaycanın sivil vətəndaşlarının ballistik raketlərlə hədəfə alınmasının, insanların ölümü və yaralanması ilə nəticələnən hücumların beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu vurğulayıb.
Pərvanə Vəliyeva Avropa Parlamentinin bəzi dairələrinin bu cinayətləri görməzdən gəldiyini və Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ədalət məhkəmələri qarşısında cavab verməli olduğunu bildirib. Deputat həmçinin Qərbi Azərbaycandan olan azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmaq hüququnu müdafiə edəcəyini, bu məsələlərin beynəlxalq arenada daha çox işıqlandırılması üçün fəaliyyətlərini artıracaqlarını qeyd edib.
Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan deputat, onun beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin yayılmasına töhfə verəcəyinə inandığını ifadə edib və kitabın ərsəyə gəlməsində əməyi olan Səməd Vəkilova təşəkkürünü bildirib.
Biz addım-addım bu məsələləri araşdırmalıyıq, izləməliyik, tarixi bir zəmin yaratmalıyıq

Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov müəllif tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun apardığı tarixi araşdırmaların önəmindən danışlb: “Mən hesab edirəm ki, vətəni, xalqı, milləti üçün istənilən zərər qədər iş olduqca önəmlidir. Daşı daş üstə qoymaq o millətin, o dövlətin vətəndaşı olmaqdır. Səməd Vəkilovun bir neçə təqdimatlarında iştirak etmişəm. Bu məsələlər, araşdırmalar doğrudan da önəmlidir. Biz tariximizi bilməliyik. İstənilən kənd barəsində bu bir həyat hekayəsidir. Biz addım-addım bu məsələləri araşdırmalıyıq, izləməliyik, tarixi bir zəmin yaratmalıyıq,” – fikirlərini ifadə etdi.
İltizam Yusifov həmçinin vurğuladı ki, tarixi yaddaşın inkişafı baxımından yaxın zamanda açıq bir gələcək gözlənilir. “Biz sülhü də ermənilərə təklif etmişdik, qalib bir xalq kimi,” – deyə sözlərini tamamladı.
Elmi-tədqiqat Əkinçilik İnstitunun rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Dərələyəz mahalı Paşalı İcmasının rəhbəri Faiq Xudayev doğulduğu Dərləyəz mahalının Gomur kəndindən Çalxanqala kəndinə köçmələri ilə bağlı gövrək xatirələrini danışdı. Müəllifə uğurlar arzuladı.
Azərbaycan Dövlət Televiziyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, tarixə aid yüz yaxın sənədli filimin müəllifi Mahir Qəribov, müəllifə uğurlar arzulamaqla layihənin vacibliyindən danışdı. Azərbaycanda soyqırımlar və deportasiyalar haqqında ensiklopediyaların buraxılmasının zəruriliyini vurğuladı.
Professor, sosioloq Əhməd Qəşəmoğlu Qərbi Azərbaycanla bağlı fəaliyyətin daha da koordinasiya olunması və starteji yol xərtəsi üzərində irəlilləməyin vacibliyini vurğulayaraq hüquqşünas Səməd Vəkilovun kitabının da bu sahədə irəliyə doğru bir addım olduğunu bildirdi.
İdaretmə üzrə eksper Vüsal Alıyev idrarəçilik təcürbəsinin Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı fəaliyyətlərdə tətbiq olunmasını faydalı hesab etdiyini bildirdi. Göyçə mahalında doğulan sonuncu etnik təmizləmə zamanı köçməyə məcbur olan Vüsal Alıyevin şeri aditoruyada maraqla qarşılandı.
AMEA -nın Tarix İnstitunun Qərbi Azərbaycan Şöbəsinin müdiri tarix üsrə fəlsəfə doktoru Cəbi Bəhrəmov rəhbərlik etdiyi şöbədə çoxsaylı sənədlərin mövcud olmasında və İrəvan şəhərinin ermənilərə verilməsinin Azərbaycan xalqının iradəsinə zidd olduğunu bildirdi.
Tarixi və mədəni abidələrimizə sahib çıxmalıyıq

Kitabın müəllifi, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov təqdimat zamanı fikirlərini bölüşərək, bu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyinin rolunu qeyd etdi. O, layihənin həyata keçirilməsində dəstək olan Agentliyə təşəkkür edərək bildirib ki, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycana qayıdışla bağlı layihələrə dəstək verir. Bu, elə Qərbi Azərbaycana Qayıdış platformasının reallaşmasına olan ən gözəl dəstəklərdən biridir.”
Səməd Vəkilov kitabın mövzusuna toxunaraq, əvvəllər “şəxsi həyat hekayələri” adı altında təqdim edilən bölmənin professor Mahirə Hüseynovanın tövsiyəsi ilə “həyat həqiqətləri və məlumatları” adı altında dəyişdirildiyini bildirdi. “Hekayə bir az bədii çalar gətirir. Bu insanların həyat həqiqətləridir. Kitabın üz qabığına Dərələyəz, Ələyəz kəndində olan Alban məbədinin şəkli verilib. Bu tarixi, mədəni abidələrimizə sahib çıxmalıyıq. Bu, Azərbaycan xalqına məxsus olan tarixi bir abidədir. Kitabda sonuncu etnik təmizləmə ilə bağlı ermənilərin yaratdığı qurumlar, Qarabağ komitəsi və Sumqayıt hadisələrinin geniş əksini tapıb” – deyə o, vurğuladı.
Hamamlı zəlzələsi zamanı baş verən böyük faciələrə, 69 nəfərdən 68-nin həlak olması hadisəsinə də toxunan müəllif həmçinin, Yuqoslaviya təyyarəsinin türk təyyarəsi ilə səhv salınması və ASALA tərəfindən həyata keçirilən terror hadisələrindən də bəhs etdi. S.Vəkilov Qərbi Azərbaycana qayıdışla bağlı Ali Sovetin qərarını xatırladaraq, “Rəy sorğusu keçirilsin ki, Qərbi azərbaycanlılar öz yuvalarına qayıtmaq istəyirlər, yoxsa yox?” sualını irəli sürdü. O, bu qərarın bir təəssüf olduğunu vurğuladı, çünki eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Qərbi Azərbaycan ərazilərini dağıtması kimi ciddi məsələlər yaşanırdı.
P.S. Kitabın ayrı-ayrı bölmələrində sonuncu etnik təmizləməyə zəmin hazırlayan Sumqayıt təxribatı haqqında geniş araşdırma aparılmış həmin hadisələrin qurbanı olmuş Əhməd İmani oğlu Əhmədov haqqında araşdırma yazısı öz əksini tapmışdır. Kitabda Şəxsi həyat həqiqətlərinin xarakterik cizgiləri və ictimai məzmunu adlı bölmədə Qərbi Azərbaycan ərazisində zorakılıqla qovulmuş Azərbaycan Türkləri haqqında yüzdən çox bioqrafik məlumatlar və onların həyat həqiqətlərini əks etdirən informasiyalar toplanmışdır. Bu bölmədə adıçəkilən şəxslərin həyat həqiqətlərinin ictimai məzmunu haqqında ayrıca yazı verilməsi çox əhəmiyyətlidir.
Sonuncu etnik təmizləmə fonunda Azərbaycan hökumətinin qəbul etdiyi qərarların xronikası və təhlil adlı bölmədə həmin dövrdə qəbul edilmiş yüzlərlə sənəd incələnmiş bu sənədlərin bir qrupu isə kitaba daxil edilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Vartanlı kəndində törədilən sülh və insanlıq əleyhinə olan cinayətlərin hüquqi aspektləri adlı bölmədə baş vermiş soyqırım cinayətinin beynəlxalq hüquqi aspektlərini araşdırmış, beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsinin məhz soyqırım cinayəti olması qənaətinə gəlmişdir. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq, Vartanlı soyqırımının araşdırılması çox önəmli faktor olmaqla kitabın elmi dəyərini artırır. Metodoloji baxımından araşdırma zamanı tətbiq olunmuş müqaisəli təhlil metodu doğru seçilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
14-11-2024, 14:51
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”


Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə atəşkəs yaradan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı hansı situasiyada imzalamasından danışıb.
Noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş naziri Nikol Paşinyan deyib:
“9 noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram, məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam”.
Paşinyanın fikricə, o, düzgün yol seçib.
“Düşünürəm ki, doğru şeyi etmişəm. Başqa bir sual budur ki, mən bunu niyə etdim?”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanat 9 bənddən ibarətdir.
14-11-2024, 14:37
Ermənistan parlamentində əlbəyaxa dava düşdü


Ermənistan parlamentində əlbəyaxa dava düşdü

Noyabrın 14-də Ermənistan parlamentində “Hraparak” qəzetinin jurnalisti Lusine Şahverdyanla Dövlət Mühafizə Xidmətinin əməkdaşları arasında insident baş verib.
Şahverdyan müsahibə üçün Ermənistanın ədliyyə naziri Srbuhi Qalyana yaxınlaşıb. Amma nazir “Hraparak”ın əməkdaşına geniş müsahibə vermək istəməyib. Bu zaman Dövlət Mühafizə Xidmətinin əməkdaşları Şahverdyanın əlindən tutub ərazidən tutmağa cəhd ediblər. Nəticədə əlbəyaxa dava düşüb.
Ədliyyə naziri baş verənləri müşahidə etsə də, heç nəyə qarışmayıb.
14-11-2024, 14:14
Prezident görüş keçirib


Prezident görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
14-11-2024, 14:10
İlham Əliyev Nepal Prezidenti ilə görüşüb


İlham Əliyev Nepal Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd etdi. O, ümidvar olduğunu bildirdi ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxundu.
Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın dedi. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və hidroenergetika sahələrinin önəminə toxundu.
Ramçandra Paudel bildirdi ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər.
Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxundu.
Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparıldı.
Nepal Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.
Nepal Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
14-11-2024, 13:58
Paşinyandan etiraf: Bu bəyannamə ermənilər üçün faciədir


Paşinyandan etiraf: Bu bəyannamə ermənilər üçün faciədir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsini “böyük problem və faciə” adlandırıb.
Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
“Son illərdə mən Müstəqillik Bəyannaməsini onlarla dəfə təkrar oxudum və dəhşətli nəticəyə gəldim. Bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan və Ermənistan vətəndaşı kimdir. Əsl Ermənistan vətəndaşı odur ki, Vətənini, Vətənini bu yerdən kənarda axtarmır”, - o qeyd edib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Azərbaycan konstitusiyanın dəyişdirilməsini tələb edir.
14-11-2024, 13:47
İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb


İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.
Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.
İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
“ASAN xidmət” təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.
Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.
14-11-2024, 12:55
Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb - FOTO


Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb - FOTO

Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib.
Daha sonra qonaqlar Bakı şəhəri 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, əsası 1897–ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989–cu ilə qədər məktəbdə təhsil yalnız rus dilində aparılıb.
Qeyd olunub ki, görkəmli ictimai xadim, Rusiya–Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakovda sözügedən məktəbdə təhsil alıb.



14-11-2024, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
14-11-2024, 12:29
Daha bir ölkənin lideri Azərbaycana gəldi


Daha bir ölkənin lideri Azərbaycana gəldi

Palau Respublikasının Prezidenti Surangel Samuel Vips noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!