Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
12-11-2024, 14:20
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşdü


İlham Əliyev FIFA-nın prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.
Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.




12-11-2024, 13:57
Hələ razılaşdırılası vacib olan maddələr var - Ceyhun Bayramov


Hələ razılaşdırılası vacib olan maddələr var - Ceyhun Bayramov

Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
"Mən indi rəqəmlər səsləndirmək istəmirəm, ancaq hələ razılaşdırılası vacib olan maddələr var", - nazir qeyd edib.
12-11-2024, 13:37
Prezidentdən ittihamlara cavab: Onlara qazımız lazım idi


Prezidentdən ittihamlara cavab: Onlara qazımız lazım idi

Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Dövlət başçısı qeyd edib:
“İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.
12-11-2024, 13:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
12-11-2024, 12:23
Yaşıl enerjini Avropaya nəql edəcəyik


Yaşıl enerjini Avropaya nəql edəcəyik

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.
Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.
12-11-2024, 11:39
Yeni xəbər portalı fəaliyyətə başladı


Yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycan media məkanında yeni bir xəbər portalı fəaliyyətə başlayıb.
www.1xeber.media saytı ölkə və dünya gündəmində baş verən hadisələri işıqlandırır.
Daha əvvəl sosial şəbəkələrdə fəaliyyət göstərərək geniş auditoriyaya malik olan www.1xeber.media Instagram, TikTok, Facebook və digər şəbəkələri əhatə edir.
1xeber.media-nın əsas prioritet istiqamətlərindən ən vacibi sosial məsələlərdir.
Kanal hər gün sosial -iqtisadi, vətəndaş mövqeyini müdafiə edən video çarxlar hazırlayaraq izləyicilərinə təqdim edir. Kanaldan bildirilir ki, 1xeber.media-nın qaynar xətti-0513000505 nömrəsinə hər gün çox sayda vətəndaş müraciətləri daxil olur. Həmin müraciətlər operativ, obyektiv şəkildə araşdırılaraq işıqlandırılır.
12-11-2024, 11:36
Azərbaycan bu sahədə liderliyini qoruyur - ABŞ səfiri


Azərbaycan bu sahədə liderliyini qoruyur - ABŞ səfiri

Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir.
Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.
Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb.
"Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. Mən COP29-da ABŞ nümayəndə heyətinə, Azərbaycan sədrliyinə və bütün iştirakçılara uğurlar arzulayıram!" - səfir söyləyib.
O həmçinin bildirib ki, Azərbaycanla Ermənistandan olan bir qrup hidroloq və mühəndis ABŞ-nin dəstəyi ilə regionda transsərhəd çayların su ehtiyatlarının kompleks idarə olunması sxemi ilə bağlı birgə fəaliyyət göstərir.
12-11-2024, 11:06
İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı - FOTO


İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı - FOTO

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Liderlər Sammitində iştirak edir.
Ərdoğan və xanımını ölkə başçısı İlham Əliyevlə BMT Baş katibi Antonio Quterreş qarşılayıblar.
Qarşılama zamanı xatirə fotosu çəkilib.


12-11-2024, 10:51
Mehriban Əliyevadan Konstitusiya Günü Paylaşımı


Mehriban Əliyevadan Konstitusiya Günü Paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 12 Noyabr - Konstitusiya Günü münasibətilə foto paylaşıb.



11-11-2024, 20:41
Məhkəmə Serdar Ortaç barədə qərar verdi


Məhkəmə Serdar Ortaç barədə qərar verdi

Bu gün səhər saatlarında saxlanılan türk müğənni Serdar Ortaç sərbəst buraxılıb.
İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etməkdə ittiham olunur.
O, prokurorluğun qərarı ilə məhkəməyə göndərilib, məhkəmədə müğənni barədə ev dustaqlığı qərarı verilib.
Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib.
"Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!