Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
23-12-2024, 20:45
Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı


Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.
Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.
Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonunun Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.
Bildirilir ki, "JEK" rəhbəri infarktdan həyatını itirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
23-12-2024, 20:24
Bakı metrosunun yeni sədri işə başladı


Bakı metrosunun yeni sədri işə başladı

2024-cü il dekabrın 20-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev Bakı metropoliteninin formalaşma və tarixi inkişaf yolunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Nazir cənab Prezidentin paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sektorunda əhəmiyyətli rola malik olan Bakı metropoliteninin inkişafı və yeniliklərin tətbiqi məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Rəşad Nəbiyev qarşıdan gələn dövrdə metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.
Nazir metropolitenin keçmiş rəhbəri Zaur Hüseynova ötən müddət ərzində görülən işlərə görə təşəkkürünü bildirib, Səhmdar Cəmiyyətin yeni təyin olunmuş sədri Vüsal Aslanova və kollektivin bütün üzvlərinə qarşıdakı fəaliyyət dövründə uğurlar arzulayıb.
23-12-2024, 20:17
Haluk Levent xəstəxanaya yerləşdirildi


Haluk Levent xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur müğənnisi müğənni Haluk Levent xəstəxanaya yerləşdirilib.
Sənətçi sinəsində olan ağrı səbəbi ilə həkimə müraciət edib.
Leventin səhhəti barədə sabahkı analizlərdən sonra açıqlama veriləcək.
23-12-2024, 18:35
Bakıda obyekt yanır


Bakıda obyekt yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN-dən bildirilib.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

23-12-2024, 18:27
Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək?


Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.
2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək.
Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək.
Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
23-12-2024, 17:54
Prezident “AzerGold”la bağlı sərəncam imzaladı


Prezident “AzerGold”la bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “AzerGold” QSC nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi, aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb dövlət başçısına, beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
23-12-2024, 17:49
Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO


Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO

Dekabrın 23-də Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


23-12-2024, 17:43
Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib


Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib

Rəşt-Astara dəmir yolunun həyata keçirilməsi İran və Rusiya arasında imzalanmış sazişlərin prioritetlərindən biridir.
Bu barədə İran prezidenti Məsud Pezeşkian Rusiya baş nazirinin müavini Vitali Savelev ilə görüşündə bildirib.
"İran həmin sazişin müddəalarına sadiqdir və Rusiya tərəfi ən qısa zamanda marşrutun planlaşdırılmasına başlaya və layihənin həyata keçirilməsinə hazırlaşa bilər. Biz magistralın torpaq sahəsini alacağıq və göstərilən müddət ərzində sənədləri və öhdəlikləri təqdim edəcəyik", - deyə İran prezidenti açıqlayıb.
Rusiya baş nazirinin müavini görüşdə Putinin salamlarını İran prezidentinə çatdıraraq, onu 2025-ci ildə İrana səfərə dəvət edib: "Rusiya tərəfi lazımi kredit xəttini təmin edib və Şimal-Cənub dəhlizi məsələsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək, İranla həmin sazişi həyata keçirmək istəyir. Biz həmin sazişin həyata keçirilməsini istəyirik".
O qeyd edib ki, Rusiya hökuməti bu sazişin icra prosesini sürətləndirmək istəyir və açıq şəkildə bildirib ki, Rusiya və Azərbaycan həmin dəmir yolu xəttinin Azərbaycan ərazisində yerləşən bir hissəsinin modernləşdirilməsi və yenilənməsi barədə razılığa gəliblər.
23-12-2024, 14:00
Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi


Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və İstək Totiyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror müttəhimlərin verilmiş ittihamla təqsirli bilinmələrini - Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətə azadlıqdan məhrum edilməsini, sonuncunun məhkəmə zalındaca həbsini tələb edib.
Xatırladaq ki, istintaqın gedişində iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilir.
23-12-2024, 13:55
Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar


Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!