Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı .....                        Big Ben-ə çıxan fəal həbs edildi .....                        Suriyada qaz elektrik stansiyasında növbəti qarşıdurma .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        İsraildən Qəzzaya növbəti zərbələr .....                        Ağ Ev yaxınlığında atışma .....                        ABŞ Ukraynaya yardımı bərpa etməyəcək - İDDİA .....                        DİN-dən xəbərdarlıq - Təhlükəli sahələrə daxil olmayın! .....                       
Tarix : 24-04-2016, 17:29
Zamanla birlikdə irəliləməliyik


Məktəblidən yoldaşlarına çağırış- istəsəniz hər şeyə nail olarsız!

“Məktəb illəri insan ömrünün ən gözəl və qayğısız çağlarıdır. Lakin qayğısız o demək deyil ki, bütün günü vaxtını boş keçirəsən”- bu sözləri Butov.az-a Suraxanı rayonu 316 saylı məktəbin şagirdi Yusif Quliyev deyib. O, son zamanlar şagirdlərin imtahanda zəif nəticə göstərmələri, vaxtlarını daha çox küçələrdə keçirmələrinə irad tutaraq, dələduzluq və narkomaniyaya qoşulmalarından narahat olduğunu vurğulayıb: ”Heç bir şagirdə haqq qazandırmaq olmaz ki, asudə vaxtını səmərəli keçirmək üçün şəraiti yoxdur. Zəmanəmizdə bunun üçün kifayət qədər şans var. Yetər ki şagirdlər az da olsa telefon və komputer qarşısından uzaqlaşsınlar və gələcəkləri barədə düşünsünlər. Bu gün orta məktəblərdə şagirdlərin çoxu dərs oxumur, vaxtlarını internet klublarda, çayxanalarda, ya da müxtəlif qeyri düzgün əməllər icra etməkdə keçirirlər. Ona görə də get-gedə azyaşlıların həbs olunması, manyak cildində məktəbliləri qorxutması xəbəri ilə qarşılaşırıq .
Yusif deyir ki, vaxtilə o da zamanını boş keçirirmiş. Dərsdən sonra komputer arxasından ayrılmır, bu da ona pis təsir edirmiş. Lakin ailəsinin təkidi ilə o, musiqi məktəbinə yazılır. Ailəsinin məsləhət bildiyi peşəni öyənməyə məcbur edilir. Saz çalmağa başlasa da bacarmır. Sonra oturub ciddi qərar qəbul etmək istəyir və özünü tanımağa çalışır. Bu zaman onun öz içindəki gizli bacarığını özü ortaya çıxardır. Belə ki, saz deyil qarmon çalmaq istəyinə özünü inandırır. Beləcə illərdir musiqi məktəbinin ən sevimli şagirdinə çevrilib.

Zamanla birlikdə irəliləməliyik


“Mən hazırda Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin sonuncu sinfindəyəm, orta məktəbin isə 8-ci sinfində. Deməli indiyə qədər musiqi məktəbinə getməklə ancaq qazanmışam. Özümə ikinci peşəni. Ali məktəbə tam hazırlaşmaq üçünsə qarşıda 3 ilim var. Demək istəyirəm ki, şagirdlər özlərini kəşf etsinlər, zaman axır, biz isə dayanıb onun necə axdığına tamaşa etməli deyilik. Zamanla birlikdə irəliləməliyik. Şagirdlər dərs oxusun, qalan vaxtını isə hansısa peşəni öyrənməyə sərf etsinlər. Bu onların gələcəklərinin sığortası olacaq!”


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!