Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 28-06-2016, 10:22
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyindən Butov.az-a verilən məlumata görə, iyunun 27-də Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və bir qrup məzunun iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.
General-leytenant Nizam Osmanov 2016-cı il məzunlarının keçdiyi kursların əhəmiyyəti, hərbi təhsilin daha da təkmilləşdirilməsi məqsədilə son dövrlərdə aparılan islahatlar və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə qısa məlumat verib. O, hərbi təhsil sahəsinə göstərilən diqqətə görə Ali Baş Komandana və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edib. Nazir əvvəlcə növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən orduda aparılan son islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb.
Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası və hərbi təyinatlı vasitələr qəbul edilir, planauyğun müxtəlif səviyyəli təlimlər keçirilir, yeni poliqonlar tikilir, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması üçün mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətlə həyata keçirilir.
Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi davam edir.
Aprel ayında cəbhə xəttində baş verən hadisələrə toxunan nazir Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasını bir daha vurğulayıb. General-polkovnik Z.Həsənov qeyd edib ki, hadisələr dövlətimizin, xalqımızın qüdrətini, Azərbaycan əsgərinin silahının gücünü, onun döyüş və mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə həyata keçirilən əks-həmlə nəticəsində işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə Silahlı Qüvvələrimizin şəxsi heyətinin fəaliyyətinə ən yüksək qiyməti Ali Baş Komandan cənab İlham Əliyev verdi.
Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır.
"Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün durmadan peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalı və torpaqlarımızın işğaldan azad edilməsi üçün silahınızı daim hazır saxlamalısınız" - deyə general-polkovnik Z.Həsənov vurğulayıb.
Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcəkdir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunları adından çıxış edən leytenant Rəşad Cəlalov təhsil müddətində dəyərli hərbi vərdişlərə yiyələndiklərini qeyd edərək qarşıya qoyulan tapşırıqları əzmlə yerinə yetirəcəklərinə söz verib.
Görüşün sonunda şəxsi heyət Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, eləcə də xidməti otaqlarda yaradılan şərait və Mərkəzi Komanda Məntəqəsi ilə tanış olublar.

Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb
Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!