Ərdoğan İlham Əliyevi təbrik etdi .....                        Rusiyadan ABŞ görüşünə rəsmi reaksiya .....                        İtaliya tarixi razılaşmanı alqışlayır .....                        Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açır .....                        Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR .....                        Bizə əvvəlcədən məlumat verilmişdi - Fidan Vaşinqton görüşündən danışdı .....                        Vaşinqton razılaşmalarının icrasını dəstəkləməyə hazırıq - ATƏT .....                        Ağ Evin rəmzi açarı hər liderə təqdim olunmur .....                        Evdən pul oğurlayıb yerinə saxta əskinaslar qoydu .....                       
Tarix : 2-11-2016, 17:45
“TRT-1”-in Bakı və Abşeron yarımadasında yayım şərti açıqlandı


“Türkiyənin “TRT-1” telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün müqavilə bağlanmalıdır. Müqavilə bağlanacaqsa, telekanalın yayımı bərpa olunacaq, müqavilə bağlanmayacaqsa, bərpa edilməyəcək”.

Butov.az xəbər verir ki, bunu APA-ya Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (İB) texniki direktoru Mikayıl Abbasov deyib.

O bildirib ki, Türkiyə tərəfi müqavilə bağlamasa, “TRT-1”-in yayımı bərpa edilə bilməz: “Məsələ ilə bağlı qarşı tərəfi məlumatlandırmışıq. Ankaradan cavab gözləyirlər. Ankaradan cavab alan kimi məsələyə münasibət bildirəcəklər. “TRT-1”-in açıq yayımda bərpasının konkret hansı tarixdə baş tutacağı ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Bu, danışıqlardan, ən əsası qarşı tərəfdən asılıdır”.

M.Abbasov qeyd edib ki, Azərbaycanın yerli kanallarının da yayımı müqavilə əsasında həyata keçirilir: “Əgər ortada hüquqi sənəd, müqavilə yoxdursa, biz “TRT-1”-in yayımını necə bərpa edə bilərik? Bu, mümkün deyil. Tamaşaçılar “TRT-1”-i yalnız peyk və kabel şəbəkəsi yayımçıları vasitəsilə izləyə bilərlər”.

Qeyd edək ki, “TRT-1” telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə dünəndən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.

Xatırladaq ki, “TRT-1” Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!