“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
Tarix : 10-02-2017, 12:28
Bəyanat: Rəsmi Bakı ATƏT-in Yerevan Bürosunun mandatı üzrə konsensusu dəstəkləməyəcək, əgər...

ATƏT-in Yerevan Bürosunun mandatı ilə bağlı məsələ böhran həddinə çatdırılıb. Bu isə rəsmi Bakının bu təşkilata və onun nəzdində fəaliyyət göstərən digər qurumlara etimadını ciddi şəkildə sarsıdıb.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ATƏT-in Azərbaycan nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Son bir neçə ay ərzində keçirilən məşvərətlər zamanı bizim nümayəndə heyətimiz ATƏT-in Yerevan Bürosunun mandatının bir neçə aspektdən pozulduğu barədə məlumatlandırılıb. Mandat pozuntusu müəyyən olunmuş çərçivələrdən çıxır. Bu vəziyyətin günahının Azərbaycanın üzərinə qoyulması məqsədi ilə davam etməsi bizi dərindən məyus edir”.

Bəyanatda deyilir ki, bu gün Bakıda quruma qarşı ciddi inamsızlıq var və rəsmi Bakının fikrincə, bu təşkilat Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı hər hansı bir fəaliyyətdə iştirak edə bilməz.

Bəyanatda o da qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu prinsipial mövqeyi qurumun sədrliyinə, Baş katibə və digər üzv ölkələrə çatdırıb. Eyni zamanda, rəsmi Bakı bu problemin həll olunması üçün danışıqlara hazırlıqları görmür:

“Artıq 3 ildir ki, Azərbaycan nümayəndə heyəti İdarənin proqram fəaliyyəti ilə bağlı qayğısını ifadə edir və biz İdarənin mandatı barədə aşkarlığın olmamasından və bu vəziyyətdən Azərbaycanın qanuni maraqlarına qarşı sui-istifadə edilməsindən bezmişik. ATƏT-in Yerevandakı Bürosunun fəaliyyətinə Daimi Şuranın qərarı ilə məhdudiyyətlər qoyulmasa, biz onun mandatının uzadılması ilə bağlı konsensusa qoşulmayacağıq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!