Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 31-03-2017, 19:41
AMEA-da yoxlama aparıldı, nöqsanlar var

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, audit tədbiri AMEA-nın İşlər İdarəsi üzrə ümumilikdə 46390,3 min manat məbləğində vəsaiti əhatə edib.

Müəyyən edilib ki, əvvəlki audit tədbirində müxtəlif kitabların alınmasına görə yaranmış debitor borc bağlanılmayıb. 2014-2016-cı illər üçün təqdim olunan büdcə proqnoz layihələrində idarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bir çox xərclər üzrə əvvəlki illərin baza göstəriciləri əsas götürülərək proqnozlar artımla tərtib edilib. Bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olub, “Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri” xərc paraqrafı üzrə mükafat məbləği artıq planlaşdırılıb, büdcədənkənar vəsaitlərin məbləği ildən-ilə artımla proqnozlaşdırılsa da, bu gəlirlər (təhsil haqları), əksinə, az daxil olub. Tədbirlərin keçirilməsi zamanı müvafiq normalara bəzi hallarda riayət olunmayıb, ilkin təsdiqedici sənədlər tam təqdim edilməyib, işlərin görülməsinə dair aktların məzmunu tədbirlərin xarakterinə uyğun tərtib olunmayıb. İdarə tərəfindən xərclər smetasında nəzərdə tutulmadığı halda işçilərə xarici dil kursunun keçirilməsinə görə təhsil haqqı ödənilib, Beynəlxalq Foruma dəvət olunan qonaqlara ödənilən qonorar məbləği vergiyə cəlb edilməyib, kitabların çapı zamanı artıq xərclərə yol verilib. Auditlə müəyyən edilib ki, idarədə xidməti minik və yük avtomobillərinə normadan artıq yanacaq silinib, yerinə yetirilmiş təmir işləri üzrə işlərin həcminin artırılması, vəsaitin səmərəsiz xərc edilməsi və eyni zamanda artıq vəsait ödənilməsi hallarına yol verilib.

Qeyd olunub ki, AMEA İşlər İdarəsi tərəfindən maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib. Eləcə də hesabatda əsas vəsaitlərin qalığı artıq göstərilib, bəzən istismar müddətini başa vurmamış inventarlar qalıq dəyəri ilə balansdan silinib. Təsərrüfat avadanlıqlarının silinməsi düzgün aparılmayıb. Həmçinin auditlə əhatə olunan illərdə İdarənin debitor borcu olub, bir halda alış sənədi üzrə əməliyyatın təkrar icrası nəticəsində debitor borcun məbləği azaldılıb, bəzi hallarda isə mövcud debitor borc qalığı hesabatda düzgün əks olunmayıb.

Hesablama Palatasının Kollegiyası AMEA İşlər İdarəsi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə AMEA İşlər İdarəsinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!