Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
16-09-2022, 19:21
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında cüdoçumuz Vüsal Qələndərzadə final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 73 kq çəkidə yarışan idmançı qızıl medal uğrunda yarışda italiyalı Luici Sentraççio ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.
16-09-2022, 16:26
“Qarabağ”ın qələbə qazandığı oyundan fotolar


“Qarabağ”ın qələbə qazandığı oyundan fotolar

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər. Butov.az görüşdən maraqlı görüntüləri təqdim edir:







15-09-2022, 22:24
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub. Butov.az xəbər verir ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib. Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb. Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.
15-09-2022, 22:18
"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi


"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi

Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub. Butov.az xəbər verir ki, fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər. "İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.
14-09-2022, 15:42
Çempionlar Liqası: Bu gün 9 görüş var


Çempionlar Liqası: Bu gün 9 görüş var

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək. Butov.az xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq. Dünən təxirə salınan "Reyncers" - "Napoli" matçı da bu günə nəzərdə tutulub.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
14 sentyabr


A qrupu
23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)
Xal durumu: "Napoli" - 3. "Liverpul" - 3 (2 oyuna). "Ayaks" - 3 (2 oyuna). "Reyncers" - 0

E qrupu
20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)
23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)
Xal durumu: "Şaxtyor" - 3, "Real Madrid" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0

G qrupu
23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0

H qrupu
23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)
23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)
Xal durumu: Benfika - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.
14-09-2022, 01:55
Güləş millimiz dünya ikincisi oldu


Güləş millimiz dünya ikincisi oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb. Butov.az xəbər verir ki, yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub. Milli üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev (97 kiloqram) bürünc medal qazanıblar. Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.
12-09-2022, 21:10
Güləşçimiz erməniyə qalib gəldi


Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb. Butov.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb. Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
12-09-2022, 18:17
Cüdoçularımız Avropa turnirində 6 medal qazandılar


Cüdoçularımız Avropa turnirində 6 medal qazandılar

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb. Butov.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib. Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar. Bürünc medalları isə yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar. Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub.
12-09-2022, 00:44
İdmançımız dünya çempionatında medal qazandı


İdmançımız dünya çempionatında medal qazandı

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib. Butov.az xəbər verir ki, 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4. Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub.
12-09-2022, 00:35
Güləşçimiz növbəti dəfə dünya çempionu oldu


Güləşçimiz növbəti dəfə dünya çempionu oldu

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtından əvvəl təmiz qələbə ilə üstələyib - 8:0. Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub. Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!