Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
28-02-2024, 18:54
“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı” – QHT sədri


“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı” – QHT sədri

"Ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədilə "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilir. Təəssüf ki, bu tədbirlərin əhatə dairəsi geniş deyil”.
Bu fikriləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva açıqlamasında bildirib. QHT sədri qeyd edib ki ölkədə 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi halda 2019-cu ildə yalnız 14 ali məktəbdə belə tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərin hər il bütün ali təhsil müəssisələri, eləcə də orta ixtisas və peşə təhsili müəssisələri cəlb edilməklə iki dövlət qurumunun birgə təşkilatçılığı ilə ümumrespublika səviyyəsində təşkil edilməsinin daha faydalı olduğunu da vurğulayıb.
Qeyd edək ki, “Karyerada ilk addım” devizi altında məşğulluq tədbirlərində tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edir, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanırlar. Bu tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı aparılır, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar verilir.

Pərvanə FƏRHADQIZI
28-02-2024, 18:52
Ermənistan konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir


Ermənistan konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarının, qeyri-konstruktiv mövqe və ritorikasının davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
28-02-2024, 17:46
Azərbaycan və Ermənistan XİN Başçılarının üçtərəfli görüşü davam edir


Azərbaycan və Ermənistan XİN Başçılarının üçtərəfli görüşü davam edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
Bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda görüş davam edir.
28-02-2024, 17:17
Növbəti köç karvanı Laçına çatdı - FOTO


Növbəti köç karvanı Laçına çatdı - FOTO

Fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, mərasimdə Komitə və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.





28-02-2024, 16:59
Bizim olan nə varsa, Azərbaycanındır - Cahit Baxçı


Bizim olan nə varsa, Azərbaycanındır - Cahit Baxçı

Bizim olan nə varsa, Azərbaycanındır.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı “X”də yazıb.
O, Azərbaycanda səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayla görüşdüyünü bildirib.
Səfir qonağa görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Ş.Alpay Azərbaycanda rəsmi səfərdədir.
28-02-2024, 00:25
Sumqayıt hadisələrindən 36 il ötür


Sumqayıt hadisələrindən 36 il ötür

Bu gün Sumqayıt hadisələrinin 36 ili tamam olur.
1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.
Həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Qeyd edək ki, 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdu) və azərbaycanlıların orta məktəbi, C.Cabbarlı adına İrəvan azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vuruldu.
Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlıların əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər.
Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.
İstintaq materiallarında göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb.
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bununla bağlı faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.
SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.
Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq olunub. Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb.
Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb.
Ziyalı ailədən olan Taleh Ismayılova 15 il iş kəsilib, cəzasını ”siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilib, bir ildən sonra meyiti gəlib.
Hadisələrdən sonra M.Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə belə münasibəti cinayətin ört-basdır edilməsilə nəticələndi.
27-02-2024, 23:27
Laçında Su çərşənbəsi böyük coşquyla qeyd olunur - FOTO


Laçında Su çərşənbəsi böyük coşquyla qeyd olunur - FOTO

Dağlar qoynunda yerləşən Laçın torpaqları 32 ildən sonra yenidən çərşənbə bayramına ev sahibliyi edir. Doğma sakinləri ilə birlikdə Laçında adət-ənənələrimiz yenidən çiçəklənir, Su çərşənbəsi böyük coşqu ilə qeyd edilir.
Laçında Su çərşənbəsi münasibətilə bayram şənliyi təşkil olunub. Bayram toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin rəsmiləri, Laçın sakinləri iştirak ediblər.
“Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində keçirilən bayram şənliyində çərşənbənin rəmzi olan tonqal qalanıb, ətrafında yallı rəqsi oynanılıb. Laçınlılar öz evlərində hazırladığı şirniyyatlarla süfrələri bəzəyib, milli adət-ənənələrə uyğun olaraq gənc qızlar bayatılar söyləyib. Su aydınlıq, saflıq rəmzi olduğu üçün qızlar bulaqdan su götürərək çiçəklərə, ağaclara və ətraf ərazilərə səpiblər. Bayram iştirakçıları əvvəlki illərdə Laçında keçirdikləri çərşənbə günlərini xatırlayaraq xoş təəssüratlarını bölüşüblər. Həmçinin mərkəzdə uşaqlar üçün ustad dərsləri təşkil olunub, onlar yumurta bəzəyib və gildən əl işlərinin hazırlamasına dair sirləri öyrəniblər. Su çərşənbəsinin “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində təşkil edilməsi də təsadüfi olmayıb. Suyun yaradılış rəmzi olduğu və burada ərsəyə gələn əl işlərinin məhz gil ilə suyun qarışığından düzəldilməsi haqda uşaqlara ətraflı məlumat verilib.




27-02-2024, 20:32
İcra başçısı məşhur aparıcıyla ailə həyatı qurur


İcra başçısı məşhur aparıcıyla ailə həyatı qurur

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toyudur.
İcra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək.
Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.
27-02-2024, 19:19
Keçən il Azərbaycandan Ümrə ziyarətinə gedənlərin sayı açıqlandı


Keçən il Azərbaycandan Ümrə ziyarətinə gedənlərin sayı açıqlandı

Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb. Bununla bağlı, “Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reyslərinin artdığını məmnuniyyətlə elan edirəm. Uçuşlar həftədə 3-dən 7-yə çatdırılıb ki, bu da ayda 80-dən çox reys deməkdir. Biz bu təşəbbüsün Azərbaycan Respublikasından daha çox zəvvarın İki Müqəddəs Məscidi, həmçinin Krallığın digər bölgələrini ziyarət etməsinə şərait yaradacağını gözləyirik.
Bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 min 380-nə çatıb.
“Hazırda biz bir sıra dövlət qurumları və özəl sektorla əməkdaşlıq edərək, Peyğəmbərin pak həyatı ilə bağlı tarixi yerlərin, abidələrin, digər arxeoloji ərazilərin ziyarətçilərin qəbulu üçün əlçatan olması, abadlaşdırılması üzərində işləyirik. Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik. Burada biz Azərbaycan Respublikasından daha çox zəvvar və ziyarətçinin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik. Mən Azərbaycan Respublikasındakı qardaşları Səudiyyə Ərəbistanı Krallığına səfər etməyə, Ümrə ayinlərini yerinə yetirməyə, İki Müqəddəs Məscidi ziyarət etməyə, tarixi və mədəni abidələrə malik digər bölgələrə gedərək Krallığın zəngin coğrafi və mədəni müxtəlifliklərindən zövq almağa dəvət edirəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!” - deyə nazir Taufiq bin Fauzən Əl Rabiə vurğulayıb.
27-02-2024, 16:45
Ermənistanın Sumqayıt hadisələriylə bağlı irəli sürdüyü iddialar əsassızdır - XİN


Ermənistanın Sumqayıt hadisələriylə bağlı irəli sürdüyü iddialar əsassızdır - XİN

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.
O vurğulayıb ki, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir:
"Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi.
Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir.
Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.
27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.
Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib.
Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur.
Ermənistan XİN-ə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib.
Ermənistan tərəfinin guya ermənilərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirildiyi, tarixi və dini abidələrin hədəf alındığı barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!