17-07-2024, 11:34
YAP-ın deputatlığa namizədlər siyahısında veteranlar da var - Musa QuliyevYAP İdarə Heyətinin iclasında partiya namizədlərini irəli sürüb.
Bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev iclasdan sonra bildirib.
“Siyahı bu gün dərc olunacaq. Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”.
O, siyahıda dəqyilşikliok olduğunu deyib: “Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.
16-07-2024, 23:00
Vəfat edən tələbələr dost imiş - Hər ikisi dənizdə boğulub Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov və Bakı Mühəndizlik Universitetinin III kurs tələbəsi Rəsul Nurməmmədli vəfat edib. Hər iki tələbə barədə məlumatı universitetlərin özləri yayıb.
Vəfat xəbəri yayılan tələbələr dost imiş.
Məlumata görə, onlar birlikdə dənizə gedib. Bir müddət sonra hər ikisi dənizdə boğulub.
Dostlar Nardaran qəsəbəsində nəzarətsiz ərazidə çimirlərmiş. Rəsul evin tək uşağı olub və Nardaranda yaşayırdı. Ailəsi də onun boğulduğundan axşam saatlarında xəbər tutub.
16-07-2024, 22:21
Tanınmış cüdo məşqçisi vəfat etdi Tanınmış cüdo məşqçisi Murad Heydərli vəfat edib.
Gənc mütəxəssis bu gün beyin xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, 27 yaşlı M.Heydərli Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.
16-07-2024, 17:49
Zərdabda yeniyetmə Kürdə batıbZərdab sakini Kür çayında batıb.
Bu gün axşam saatlarında şəhər sakini 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb.
Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.
Axtarışlara başlanılıb. S. Məmmədəliyevin hansı şəraitdə Kür çayında batması barədə hələlik dəqiq məlumat yoxdur.
16-07-2024, 17:17
6 ayda Qarabağa xərclənən vəsait açıqlandıBu ilin I yarısında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 64,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 42,9 %-nə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 % çoxdur.
16-07-2024, 17:07
Şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək - Yeni qanunAzərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.
Bununla bağlı Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Bununla da, yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.
16-07-2024, 16:43
Ailə Məcəlləsinə dəyişiklik təsdiqləndiXaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda müəyyənləşib.
Bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər.
Habelə, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə edilib.
16-07-2024, 16:14
Rusiyadan gələn qatar Siyəzəndə relsdən çıxdı - RƏSMİRusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı Siyəzən rayonunun Zarat kəndi ərazisində relsdən çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, aşan atar Rusiyanın özəl şirkətinə məxsusdur.
Qurumdan bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb: “Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb. "Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.
16-07-2024, 16:14
Rusiyadan gələn qatar Siyəzəndə relsdən çıxdı - RƏSMİRusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı Siyəzən rayonunun Zarat kəndi ərazisində relsdən çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, aşan atar Rusiyanın özəl şirkətinə məxsusdur.
Qurumdan bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb: “Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb. "Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.
16-07-2024, 16:11
Havayla bağlı xəbərdarlıq: Anomal istilər olacaqYay fəslinin qarşıdan gələn günlərində əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur.
Xidmət rəisi qeyd edib ki, yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır: "Ümumilikdə iyul-avqust ayları Azərbaycanın yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur. Qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur".