Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi .....                        Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq .....                        Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi .....                        Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq .....                        Nazirlik əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin .....                        "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır .....                        Maliyyə Nazirliyində kollegiya iclası keçirilib .....                        İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub - SENSASİYA .....                        "Formula 1"in ikinci sərbəst yürüşündə bu pilot 1-ci oldu .....                       
9-11-2023, 11:27
İlham Əliyev Pakistanın Baş naziriylə görüşdü


İlham Əliyev Pakistanın Baş naziriylə görüşdü[/size]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib. Həmçinin enerji və nəqliyyat bağlantıları sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İmtiyazlı ticarət münasibətlərinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib. İnformasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın, iki ölkənin şəhərləri arasında bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının müsbət addım olduğu bildirilib, bunun turizm sahəsində əməkdaşlığa və insanlar arasındakı təmaslara müsbət təsir göstərəcəyi vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edilib.
9-11-2023, 10:14
İlham Əliyev Dövlət Bayrağı Günüylə bağlı paylaşım etdi


İlham Əliyev Dövlət Bayrağı Günüylə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az Prezidentin paylaşımını təqdim edir:

9-11-2023, 08:33
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

Çoxəsrlik tariximizin ən şanlı və qürurlu səhifələrindən olan 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən işğaldan azad olunmuş və yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində Zəfər Gününə həsr olunmuş tədbir, şəhid övladları üçün master-klasslar, “Qarabağa qayıdış və dirçəliş” mövzusunda gənclərin iştirakı ilə müzakirələr, Vətən müharibəsində iştirak edən döyüşçü şairlərlə “Mən Vətənəm” adlı görüş, Hərbi Qənimətlər Parkına ekskursiya, “Müharibə Fotoqrafiyası” mövzusunda görüş, Birinci Fəxri xiyaban və İkinci Şəhidlər xiyabanına ziyarət təşkil olunub.
Tədbirlər planına əsasən Qarabağ gənclərinin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu keçirilib. İntellektual oyunun keçirilməsində əsas məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Ağalı kəndində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub. 60 nəfər yeniyetmə və gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar mükafatlandırılıb.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində Vətən müharibəsi qaziləri və tələbə gənclərin iştirakı ilə görüş keçirilib. Görüşdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlər planına uyğun olaraq şəhid övladları üçün keçirilən master-klasslar zamanı uşaqlar fincan, kətan çanta və kağızlar üzərinə rəsm çəkərək əyləncəli vaxt keçiriblər. Sonda iştirak edən hər bir şəhid övladına müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Qayıdış prosesinə gənclər təşkilatlarının töhfəsi və gələcək addımlar” mövzusunda görüş keçirilib. Həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) ilə birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qarabağın yenidən qurulması” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə Qarabağ bölgəsinin dirçəldilməsində gənclər təşkilatlarının və gənclərin rolundan bəhs edilib, eləcə də bölgənin yenidən qurulması prosesində effektiv yollardan danışılıb.
Zəfər Günü və Bayraq Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələri, qazilər, üzv və könüllü gənclər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, daha sonra İkinci Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət olunub.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbəni, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətini, qalib Azərbaycan xalqının qələbədəki rolunu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrini gənc nəslə ətraflı şəkildə çatdırmaqdan ibarət olub.









8-11-2023, 22:38
Zəfər Günüylə bağlı Şuşada möhtəşəm atəşfəşanlıq oldu


Zəfər Günüylə bağlı Şuşada möhtəşəm atəşfəşanlıq oldu

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq olub.
Bayram atəşfəşanlığı Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

8-11-2023, 21:55
Təbrizdə Zəfər Günü ilə əlaqədar təbdir keçirildi


Təbrizdə Zəfər Günü ilə əlaqədar təbdir keçirildi

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təbdir keçirilib.
Tədbirdə Zəfər Gününə həsr edilmiş tarixi-sənədli film nümayiş etdirilib və fotosərgi təşkil olunub.
Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək 8 Noyabr - Zəfər Gününün müstəqil Azərbaycanın tarixində ən şərəfli günlər sırasında özünə layiqli yer tutduğunu əbədiyyətə qədər müstəqilliyimizə qızıl hərflərlə yazılmış tarixi gün olduğunu qeyd edib. Baş konsul "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə öz azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsini əzmlə davam etdirən Azərbaycan xalqının 2020-ci ilin payızında növbəti dəfə bir yumruq kimi birləşərək öz torpaqlarını düşməndən azad etdiyini, Azərbaycanın regionda yeni geosiyasi reallıq yaratdığını qeyd edib. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusu öz şücaəti ilə bütün dünyaya onilliklər boyu xalqımızı təslimçiliyə məcbur etmək cəhdlərinin əbəs olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı heç bir halda Ana Vətən torpağından kimsəyə güzəşt etməz. Vətən müharibəsinin tarixi nəticələri, eyni zamanda, iki yüz illik erməni təcavüzkarlığının ifşası üçün tarixi şans yaratdı. Azərbaycan bu tarixi Zəfəri ilə həm də öz döyüşkənliyi ilə bərabər, humanistliyini və insansevərliyini ortaya qoydu. Bütün dünya aydın şəkildə gördü ki, təcavüzkar Ermənistan 30 illik işğal dövründə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kimi ağır cinayətlərlə sakitləşməyərək, zəbt etdiyi ərazilərdə ağır vandalizmlər törədib. Ermənistanın işğal olunmuş ərazilərdə mədəni-tarixi abidələrimizi məhv etməsi erməni vandalizminin və barbarlığının ən bariz göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizdə məscidlərin, tarixi və mədəni abidələrin tamamilə məhv edilməsi faktlarının Vətən müharibəsindən sonra üzə çıxması bu ölkənin əsl simasını bütün dünyaya göstərdi.
Baş konsul vurğulayıb ki, 2023-cü ilin sentyabrında təxminən 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələri tam olaraq diz çökdürüldü. Uzun illər separatçı fəaliyyəti ilə beynəlxalq hüququn bütün aspektlərinə qarşı həqarət edən qanunsuz rejimin terrorçu başbilənləri ağ bayraq qaldıraraq təslim oldular. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq növbəti dəfə regionda hamı üçün əhəmiyyətli olan sülh, sabitlik və ortaq inkişaf mesajı verdi.
Ə.Hüseynov, həmçinin azad olunmuş ərazilərdə uğurla davam edən quruculuq işlərindən, Ermənistanın mina terrorundan bəhs edib. O, sonda vurğulayıb: "Bu gün iftixarla deyə bilərik ki, bu tarixi Zəfər ömrünü Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpasını ən böyük arzusu və həyat amalı kimi qəbul edən Ümummilli Lider Heydər Əliyevin ruhunu şad edən milli şərafət səltənətidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bütün elementləri 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiqlədi. Prezident İlham Əliyevin liderliyində dövlət-xalq vəhdəti Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ona görə də Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bu Qələbə hər bir Azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq".


8-11-2023, 21:17
Naxçıvanda Zəfər Gününə həsr olunan konsert təşkil olundu


Naxçıvanda Zəfər Gününə həsr olunan konsert təşkil olundu

Naxçıvan şəhərinin mərkəzi meydanında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.
Konsertdə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və ifalar səsləndirilib. Gecəyə rəng qatan ifalar muxtar respublika sakinlərində xoş ovqat yaradıb.
Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
Qeyd edək ki, bu gün, həmçinin Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.
8-11-2023, 19:53
İlham Əliyev Özbəkistana səfər etdi


İlham Əliyev Özbəkistana səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gəlib.
Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.


8-11-2023, 19:22
DTX-nin Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirildi


DTX-nin Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirildi

8 Noyabr - Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.
DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə baxıb, daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli şəraitlə yaxından tanış olublar.
Belə bir inzibati binanın istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb, Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilib.
8-11-2023, 18:35
Bayraktardan Zəfər Günü paylaşımı


Bayraktardan Zəfər Günü paylaşımı

Silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə qazanılan ilk qələbə kimi tarixə keçən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə anıram.
Bu fikirlər Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Zəfər Günü ilə bağlı sosial media hesabında etdiyi paylaşımda bildirib.
Təbrik mesajında deyilir: “Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik”.
Paylaşım Türk və Azərbaycan dillərində edilib.
Selçuk Bayraktar mesajına şanlı Qarabağ Zəfəri ilə bağlı hazırlanan xüsusi videoçarxı əlavə edib.
8-11-2023, 17:44
Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən olacaq - Prezident


Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən olacaq - Prezident

Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə
nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
“Biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!