Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
25-12-2023, 22:16
Prezident yeni illə bağlı paylaşım etdi


Prezident yeni illə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az həmin paylaşımı təqdim edir.

25-12-2023, 19:32
“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalandı


“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalandı

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır.
Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə tutulub:
- Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar;
- Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir;
- Böyük, orta və kiçik xüsusi rütbələr müvafiq təqdimat əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.
25-12-2023, 19:07
Peskov Azərbaycan və Ermənistan liderlərinin görüşüylə bağlı sualı cavabladı


Peskov Azərbaycan və Ermənistan liderlərinin görüşüylə bağlı sualı cavabladı

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin də sabah səfəri gözlənilir. Hər iki lider MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sammit çərçivəsində İlham Əliyev və Paşinyanın ikitərəfli görüşünün nəzərdə tutulub-tutulmadığı barədə jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr baş tuta bilər.
"Ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır, lakin hər kəs tədbir çərçivəsində ünsiyyət qura biləcək", - o qeyd edib.
25-12-2023, 17:02
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında aviasiya müzakirəsi


Azərbaycanla Səudiyyə Ərəbistanı arasında aviasiya müzakirəsi

Azərbaycan və Səudiyyə Ərəbistanı nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşü barədə özünün "X" hesabında yazıb.
"Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir əlavə edib.
25-12-2023, 15:13
TƏBİB məlumat yaydı: 11-40 yaşlı əhali arasında..


TƏBİB məlumat yaydı: 11-40 yaşlı əhali arasında..

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində 11-40 yaşlı əhali arasında qızılca əleyhinə immunizasiya tədbirlərinin aparılması üçün müvafiq təlimat hazırlanır.
Bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Azərbaycana gətirdiyi peyvəndlərin təhvil-təslimi yekunlaşdıqdan sonra tibb müəssisələrində qeyd olunan əhali kateqoriyasından olan şəxslərin qızılcaya qarşı peyvəndlənmə prosesinə başlanılacaq.
Peyvəndlənmə prosesinin aparılma qaydaları və prosesin təşkil olunacağı ambulator-poliklinik xidmət göstərən tibb müəssisələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir və peyvəndləmə prosesi könüllülük əsasında aparılacaq.
Xatırladaq ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.
25-12-2023, 15:00
Sülh müqaviləsiylə bağlı daha bir təklif paketi almışıq - Ermənistan XİN


Sülh müqaviləsiylə bağlı daha bir təklif paketi almışıq - Ermənistan XİN

"İrəvan sülh müqaviləsi ilə bağlı Bakıdan daha bir təklif paketi alıb".
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Qeyd edək ki, bunu daha öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb. Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:
“Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər".
24-12-2023, 17:34
İlham Əliyev xanımıyla Xaçınçay su anbarının açılışında iştirak etdi - FOTO


İlham Əliyev xanımıyla Xaçınçay su anbarının açılışında iştirak etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.
Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva su anbarında görülən işləri əks etdirən videoçarxa baxdılar.
Dövlətimizin başçısı Xaçınçay su anbarını işə saldı.
Qeyd edildi ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.





24-12-2023, 17:13
Prezident Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak etdi


Prezident Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.
Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin — 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.
Prezident İlham Əliyev görüləcək işlər barədə videoçarxa baxdı.
Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.
Prezident İlham Əliyev Baş Qərvənd kəndinin təməlini qoydu.
24-12-2023, 17:07
İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoydu


İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub.
Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.
Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.
Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar.
Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.
Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoydu.
24-12-2023, 16:50
Prezident Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak etdi - FOTO


Prezident Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.
Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!