SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
2-08-2023, 13:17
Sabiq baş nazir doğma torpağında dəfn olundu


Sabiq baş nazir doğma torpağında dəfn olundu

Keçmiş baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.
Onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə Surət Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər. Daha sonra sabiq baş nazir 4 saylı qəbiristanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 64 yaşlı S.Hüseynov iki gün əvvəl Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.
2-08-2023, 13:06
Qarabağda yaşayan ermənilər vətəndaşlıq üçün Bakıya zəng etdi


Qarabağda yaşayan ermənilər vətəndaşlıq üçün Bakıya zəng etdi

Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub.
Bunu açıqlamasında Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər "Qaynar xətt"ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər.
Bundan əlavə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.
“Əvvəlki aylarda "Qaynar xətt"imizə 100-ə yaxın müraciət daxil olub. Ermənilər əsasən Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar soruşurlar ki, Azərbaycan vətəndaşlığına necə keçmək olar, vətəndaşlıq aldıqdan sonra onların hansı hüquqları təmin olunacaq. Bir də onlardan rüşvət istənilməsi barədə bizə müraciətlər edilib. Ermənilər Laçın yolundan keçmək üçün Rusiya sülhməramlılarının onlardan rüşvət istədiyini diqqətə çatdırıblar", - deyə Dilarə Əfəndiyeva vurğulayıb.
Qeyd edək ki, dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən "qaynar xətt"ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.
1-08-2023, 20:58
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi


Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci, 17-1.1-ci, 17-1.5-ci və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğunun, Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci, 17-1.1-ci, 17-1.5-ci və 17-1.6-cı maddələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir.
Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
1-08-2023, 20:20
Cəlilabad şəhər bələdiyyəsinin sədri həbs olundu


Cəlilabad şəhər bələdiyyəsinin sədri həbs olundu

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov həbs olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
1-08-2023, 19:37
Hərbi qulluqçular tərəfindən dövlət sərhədini pozmuş erməni saxlanıldı


Hərbi qulluqçular tərəfindən dövlət sərhədini pozmuş erməni saxlanıldı

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
1-08-2023, 15:33
Türkiyə ilə qardaşlıq münasibəti regionda təhlükəsizliyimizin təminatıdır - XİN


Türkiyə ilə qardaşlıq münasibəti regionda təhlükəsizliyimizin təminatıdır - XİN

“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, strateji müttəfiqlik regionda təhlükəsizlik və inkişafın təminatıdır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
O, iyulun 31-də Azərbaycan xarici işlər Ceyhun Bayramovla birlikdə Türkiyəyə səfər etməkdən məmnunluğunu bildirib.
Qeyd edək ki, C.Bayramov dünən Ankarada rəsmi səfərdə olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan, habelə digər rəsmilərlə görüşüb.
1-08-2023, 15:16
Azərbaycan və erməni nümayəndələriylə görüşün təşkili üzrə iş aparılır


Azərbaycan və erməni nümayəndələriylə görüşün təşkili üzrə iş aparılır

Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.
Bu barədə "Caliber" nəşri məlumat yayıb.
Bildirilib ki, görüş təklifi üçüncü ölkədən gəlməyib, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.
"Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər", - "Caliber" qeyd edib.
1-08-2023, 15:09
Məşhur şahmatçıdan Bakıyla bağlı şikayət


Məşhur şahmatçıdan Bakıyla bağlı şikayət

Amerikalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldə su tapmadığına görə şikayətlənib.
O, bu barədə twitter hesabında paylaşım edib.
Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster Bakıda hoteldə su olmadığını bildirib: “Artıq dünya kuboku üçün Bakıdayam. Amma qaldığım otelin hamamında su gəlmir. Yaxşı bir başlanğıcdır”.
Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.
1-08-2023, 14:20
Paytaxtın bir çox ictimai yerlərində dezinfeksiya tədbirləri həyata keçirildi


Paytaxtın bir çox ictimai yerlərində dezinfeksiya tədbirləri həyata keçirildi

Ölkə başçısı İlham Əliyev tapşırıqlarına uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni parklar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud parklar təmir edilir, yenilənir. İnsanların istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edən bu parklarda sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, isti yay günlərində parklardakı yaşıllıqlara qulluq göstərilməsi, burada təmizlik-sanitariya qaydalarına riayət olunması və sakinlərimizin normal istirahətinin təşkili məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtın kommunal xidmətləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində paytaxtın park və istirahət bağlarında kommunal xidmət əməkdaşları tərəfindən təmizlik-dezinfeksiya tədbirləri görülür. İlk növbədə parklarda idman qurğuları, uşaq əyləncə avadanlıqları, mövcud tikili və pavilyonların ətrafı dezinfeksiya edilir, cücü və həşəratlara qarşı dərmanlanır, skyamya və oturacaqlar yuyulur və digər təmizlik işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülür.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən parklardakı ağacların dibi yumşaldılır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda yaşıllıq zolaqları və parklarda qazon örtüyünə daimi qulluq göstərilir.
Bu kimi təmizlik-dezinfeksiya tədbirləri şəhərdəki park və istirahət bağlarında, yaradılan abad məhəllələrdə mütəmadi olaraq keçiriləcək, parklarda təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.







1-08-2023, 13:42
“Azparking” mobil tətbiqi istifadəyə verildi


“Azparking” mobil tətbiqi istifadəyə verildi

Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
Nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.
İstifadəçilər tətbiqə mobil nömrə ilə qeydiyyatdan keçib daxil ola bilərlər. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malik olacaq.
Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə biləcək. Belə ki, boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnib. Fiziki imkanları məhdud sürücülər də diqqətdən kənarda qalmayıb. Onlar üçün nəzərdə tutulan yerlər xüsusi rənglə göstərilir.
Qeyd edək ki, proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq imkanı yaradılıb.
İstifadəçilərə 3 dildə xidmət təqdim edən tətbiqdə 1, 7 və 30 gün ərzində edilən ödənişləri görmək mümkündür.
Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir. Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!