SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
1-08-2023, 13:21
Boks üzrə millimizin sabiq baş məşqçisi həyatını itirdi


Boks üzrə millimizin sabiq baş məşqçisi həyatını itirdi

Uzun müddət Azərbaycanın müxtəlif yaş qrupları üzrə boks millilərinin baş məşqçisi vəzifəsində çalışmış Şamil Əlimzanov vəfat edib.
SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi 77 yaşında dünyasını dəyişib.
Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şamil Əlimzanov Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər bir çox titullu boksçunun məşqçisi olub.
1-08-2023, 13:15
Prezident Mərkəzi Bankla bağlı fərman imzaladı


Prezident Mərkəzi Bankla bağlı fərman imzaladı

Mərkəzi Banka yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq bəzi hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı məlumatları Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankına:
- kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları;
- fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları;
- fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin (iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi şəxslərin mənfəəti (gəlir və zərəri).
1-08-2023, 12:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.
1-08-2023, 11:53
Qubad İbadoğlunun ev dustaqlığıyla bağlı vəsatəti təmin olunmadı


Qubad İbadoğlunun ev dustaqlığıyla bağlı vəsatəti təmin olunmadı

İyulun 23-də saxlanılan Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.
Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.
31-07-2023, 23:41
XİN Başçısı Ərdoğanın baş müşaviri ilə görüşdü


XİN Başçısı Ərdoğanın baş müşaviri ilə görüşdü

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb.
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra yeni reallıqların yaranması və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yarandığını diqqətə çatdırıb. Bununla yanaşı, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.
Nazir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə bə suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatları barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib.
Baş müşavir Akif Çağatay Kılıç, bugün Azərbaycan və Türkiyənin iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin fəlsəfəsinə uyğun olaraq uğurla əməkdaşlıq etməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-07-2023, 20:02
Sürət Hüseynov vəfat etdi


Sürət Hüseynov vəfat etdi

Sabiq Baş nazir Surət Hüseynov vəfat edib. O, İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
31-07-2023, 19:39
Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmalı olduğunu bildirdi


Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmalı olduğunu bildirdi

Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.
O, Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirib.
31-07-2023, 19:07
İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı


İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
31-07-2023, 18:03
Ceyhun Bayramovla Ərdoğanın müzakirə mövzuları açıqlandı


Ceyhun Bayramovla Ərdoğanın müzakirə mövzuları açıqlandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
31-07-2023, 16:39
Ordunun yeni təlim prosesi yüksək səviyyədə davam edir


Ordunun yeni təlim prosesi yüksək səviyyədə davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlara, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin təlim-tədris prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələbləri şəxsi heyətə çatdırılıb. Yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığının, keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Keçiriləcək dərslərdə əsas diqqət komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!