Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
22-12-2023, 17:12
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərdi


ICESCO-nun Baş
direktoru İlham Əliyevə təbrik məktubu göndərdi


ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizin üçün bu əlamətdar gündə Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı, səadət diləyirəm.
Mən, həmçinin möhtəşəm liderliyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Sizin rəhbərliyinizlə bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib. Regionda sülhün, sabitliyin və inkişafın təşviq edilməsinə Sizin sadiqliyiniz təqdirəlayiqdir.
Eyni zamanda, mən ICESCO və Azərbaycan arasında inkişaf edən əməkdaşlığı da vurğulamaq istərdim. Bu əməkdaşlıq mədəniyyət sahəsində mübadilənin aparılmasına, təhsil sahəsində inkişafa və elm sahəsində əməkdaşlığa təkan verilməsində mühüm rol oynayıb. Bu əməkdaşlıq qarşılıqlı anlaşma, tolerantlıq, eləcə də sülh, sabitlik və davamlı inkişafın təşviqi prinsiplərinə birgə sadiqliyimizi nümayiş etdirir.
Biz əminik ki, mövcud əməkdaşlıq Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, Azərbaycan xalqına və bütün İslam dünyasına müsbət nəticələr gətirəcək. Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, bu təşəbbüsün Sizin himayəniz altında reallaşması ICESCO üçün bir şərəf olacaqdır. Bundan başqa, Sizin xeyir-duanızla İslam dünyasının qovşağına çevrilməyi qarşısına məqsəd qoyan ICESCO-nun Bakıda tezliklə regional ofisinin rəsmi açılışı olacaqdır.
Cənab Prezident, COP29-a ev sahibliyi edəcəyinizlə əlaqədar bildirmək istəyirik ki, biz ölkənizin rəhbərliyinin dünyada iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin formalaşdırılmasında çox mühüm rol oynayacağına inanırıq. ICESCO-nun iştirakı Azərbaycan ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcək.
Həmçinin məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, hazırda ICESCO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır.
Zati-aliləri, bir daha doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik. Qarşıdan gələn ildə Sizə və Azərbaycan xalqına firavanlıq, sülh və inkişaf arzulayırıq".
22-12-2023, 16:57
İlham Əliyev Xocalının Pirlər kəndində oldu


İlham Əliyev Xocalının Pirlər kəndində oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.
Dövlət başçısı kəndin ərazisinə baxış keçirib.
Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.



22-12-2023, 16:39
Dövlət Başçısı Xocalının Pircamal kəndində


Dövlət Başçısı Xocalının Pircamal kəndində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub.
Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.


22-12-2023, 16:26
Prezident Naxçıvanlı kəndində oldu


Prezident Naxçıvanlı kəndində oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.
Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.
Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.



22-12-2023, 16:18
İlham Əliyev Şuşanın Turşu qəsəbəsinə baş çəkdi - FOTO


İlham Əliyev Şuşanın Turşu qəsəbəsinə baş çəkdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub.
Dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirdi.
Qeyd edək ki, qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşir. Turşsu qəsəbəsi işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub. Qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılan siyahıyaalmaya əsasən, qəsəbədə 755 nəfər yaşayıb. Burada fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər binalar mövcud olub. Əhalinin məşğulluğu əsasən kənd təsərrüfatı sahəsində təmin edilib. Sadalanan infrastruktur işğal dövründə tam dağıdılıb.
Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda Turşsu qəsəbəsində 353 ailə - 1403 nəfər qeydiyyatdadır.







22-12-2023, 16:10
Ermənistan Qarabağ seperatçılarının maliyyə öhdəliklərini qarşılayacaq


Ermənistan Qarabağ seperatçılarının maliyyə öhdəliklərini qarşılayacaq

Ermənistan hökuməti ləğv edilmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın “hakimiyyət orqanlarının, dövlət fondlarının, hüquqi və fiziki şəxslər”in maliyyə öhdəliklərinin böyük hissəsini ödəməyə hazır olduğunu bildirib.
Bu barədə Armenpress-in məlumatına deyilir.
Bildirilib ki, müvafiq qanun layihəsini parlamentə Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan təqdim edib. Dekabrın sonunda qondarma “Qarabağ hakimiyyəti”nin maliyyə öhdəlikləri 315 milyard dram (təxminən 700 milyon dollar) həcmində qiymətləndirilib.
“Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir. Qanun layihəsi Ermənistan və “Dağlıq Qarabağ” arasında maliyyə öhdəliklərinin 70% və 30% nisbətində restrukturizasiyasını nəzərdə tutur. Ermənistan öz hissəsini maliyyələşdirmək üçün restrukturizasiyaya məruz qalan öhdəliklərin bütün məbləğini tələb etmək hüququ əldə edərək dövlət xəzinə istiqrazları buraxacaq.
Hovhannisyan qeyd edib ki, “Dağlıq Qarabağ”ın bir çox “fiziki və hüquqi şəxsləri” Ermənistan banklarında maliyyə öhdəlikləri götürüblər. Onun sözlərinə görə, onların ödənilməməsi Ermənistanın maliyyə və bank sistemi üçün problemlər yarada bilər.
“Hökumət yükün böyük hissəsini öz üzərinə götürməyə hazır olduğunu bildirdi. Bu yolla biz bankların üzləşməli olduğu təzyiqi azalda biləcəyik, çünki “Dağlıq Qarabağ hökuməti” pul öhdəliklərinə xidmət edə bilmir”, - Vahe Hovhannisyan əlavə edib
Xatırladaq ki, bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirib. Nəticədə Qarabağdakı separatçıların yaratdıqları qondarma “Artsax” rejimi təslim olaraq üzünü buraxdığını elan edib. “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 28-də sərəncam imzalayıb. Orada deyilir: “2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax respublikası”nın mövcudluğu dayandırılsın".
22-12-2023, 14:31
Gəzinti qayığından xilas edilənlərin vəziyyəti açıqlandı


Gəzinti qayığından xilas edilənlərin vəziyyəti açıqlandı

Gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar.
Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) KTM-ə hospitalizasiya olunub: "Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub".
22-12-2023, 13:22
Erməni spiker Hikmət Hacıyevin fikrini dəstəklədi


Erməni spiker Hikmət Hacıyevin fikrini dəstəklədi

Demarkasiya və delimitasiya prosesi çox uzun çəkə bilər.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatına istinad edərək bildirib: "Mən istisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər. Düşünürəm ki, biz bunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt baxımından uzun müddət çəkə bilər"
Parlamentin spikeri qeyd edib ki, əgər tərəflər öz cəmiyyətlərini həqiqi sülhə hazırlayırlarsa, normallaşmada maraqlıdırlarsa, sərhəd məsələsi həllinin sonraya saxlanılması ssenarisi kifayət qədər məqbuldur: “Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və sülh müqaviləsi bağlanandan sonra da bu məsələnin həllinə başlamaq olar”.
22-12-2023, 12:52
Vaqif Xaçaturyan ailəsilə əlaqə saxladı


Vaqif Xaçaturyan ailəsilə əlaqə saxladı

Xocalı rayonunun Meşəli kəndindəki soyqırımına görə Bakı Hərbi Məhkəməsinin 15 il azadlıqdan məhrum etdiyi Vaqif Xaçaturyan ailəsilə danışıb.
Bu barədə xəbəri onun qızı Ermənistan KİV-nə açıqlayıb.
Xaçatryanın qızı Vera Xaçatryan bildirib ki, atası ilə telefon danışığı bir neçə gün əvvəl baş tutub.
“Atam hər şeyin qaydasında olduğunu, dərman qəbul etdiyini bildirdi”.
Vera Xaçaturyanın sözlərinə görə, telefon danışığı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə gerçəkləşib:
“O, yalnız yaxşı olduğunu, dərman qəbul etdiyini dedi. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”, - Vera Xaçatryan deyib.
Noyabrın 7-də Bakı Hərbi Məhkəməsi 68 yaşlı Vaqif Xaçatryan haqqında hökm çıxarıb. O, 1992-ci ildə Meşəli kəndində baş verən qətliamda təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
22-12-2023, 12:27
Sabahın havası: Buludlu, yağmursuz keçəcək


Sabahın havası: Buludlu, yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 747 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!