Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
19-12-2023, 19:47
Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsini qəbul etdi


Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsini qəbul etdi

Dekabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xəbərə görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19-12-2023, 18:56
Təhsil müəsisələrində telefon qadağan edilib? - Rəsmi


Təhsil müəsisələrində telefon qadağan edilib? - Rəsmi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatların təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini açıqlayıb.
Bu barədə Dövlət Agentliyindən bildirilib.
"Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib.Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.
Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir", - qurumdan qeyd olunub.
19-12-2023, 18:34
Qaz balonu partladı, ana və qızı xəsarət aldı


Qaz balonu partladı, ana və qızı xəsarət aldı

Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.
Hadisə rayonun Şəmsabad kəndində baş verib.
1977-ci il təvəllüdlü Niyaməddin İkram oğlu Həmidova məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb.
Nəticədə 1981-ci il təvəllüdlü Elnarə Akif qızı Həmidova və övladı, 2007-ci il təvəllüdlü Elcan Niyaməddin qızı Həmidova xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
19-12-2023, 18:13
Öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik - Hikmət Hacıyev


Öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik - Hikmət Hacıyev

"Partiyamızın qurultayında növbədənkənar Prezident seçkilərində öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik".
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
H.Hacıyev deyib ki, radikal müxalifət qüvvələri məhz onun namizəd ola biləcəyindən qorxaraq seçkiləri boykot edirlər.
"Radikal müxalifət mənim namizədliyimi əsas gətirərək seçkilərə qatılmaq istəmədilər. Mən də bunu nəzərə alaraq geri çəkilirəm. İndi meydanı onlara buraxıram, buyursunlar, özlərinə güvənirlərsə, seçkilərə getsinlər".
H.Hacıyevin sözlərinə görə, Müasir Müsavat Partiyası növbədənkənar seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.
"Əziz qardaşım, dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə etməklə bağlı partiyaların rayon təşkilatlarına tapşırıqlar verilib, qərargahlar yaradılıb. Düşünürəm ki, düzgün qərar verdik. Mən növbədənkənar seçkilərdə namizədliyimi irəli sürmədim. Radikal qüvvələr mənim namizədliyimdən çəkinirdilər. Deyirdilər ki, "Hafiz Hacıyev namizəd olacaq, bizi televiziyada təhqir edib söyəcək". İndi hünərləri çatır, seçkiyə getsinlər.
Partiyamız dövlətçiliyn yanındadır".
Müasir Müsavat Partiyasının sədri namizədliyini irəli sürən digər siyasətçiləri geri çəkilməyə çağırıb:
"Birinci seçki debatında namizədliklərini geri götürsünlər. Hamısı Qarabağı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləsinlər. Bu insanlar bilməlidir ki, İlham Əliyev olan meydanda digərlərinin gücü, imkanları yoxdur. İlham Əliyev olan yerdə o biriləri cücəyə bənzərdirlər. Müasir Müsavat Partiyası növbəti Prezident kimi indidən İlham Əliyevi təbrik edir və uğurlar arzulayır".
H.Hacıyev hakimiyyət daxilindəki bəzi məmurlara da mesaj göndərib:
"Hakimiyyət daxilində çox ciddi kadr islahatları aparılmalıdır. Biz bu məsələdə cənab Prezidentin yanındayıq. Kimin cəsarəti çatırsa, qarşımıza çıxsın. Düşünürəm ki, növbədənkənar seçkilərdən sonra iqtisadi islahatlar həyata keçiriləcək, hakimiyyət daxilində Qərbə işləyən müəyyən qüvvələr sıradan çıxarılacaq".
Xatırladaq ki, 2024-cü fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.
19-12-2023, 17:55
"Real"ın müdafiəçisi Ferlan Mendi zədələndi


"Real"ın müdafiəçisi Ferlan Mendi zədələndi

"Real"ın müdafiəçisi Ferlan Mendi zədələnib.
O, La Liqanın 17-ci turunda "Vilyarreal"la oyunda sıradan çıxıb. 28 yaşlı futbolçu növbəti turda "Alaves"lə matçı buraxacaq. Fransalı oyunçu zədə səbəbindən təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
Həmçinin Dani Karvahal da 18-ci turun oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Alaves" - "Real" görüşü dekabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.
19-12-2023, 17:35
Azad edilmiş ərazilərə 300 ailənin köçürülməsi üçün hazırlıq işləri gedir


Azad edilmiş ərazilərə 300 ailənin köçürülməsi üçün hazırlıq işləri gedir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür.
Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.
19-12-2023, 16:54
Ağdamda inşa olunacaq İşğal və Zəfər Muzey Komplekslərində hasar tikiləcək


Ağdamda inşa olunacaq İşğal və Zəfər Muzey Komplekslərində hasar tikiləcək

Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev "Mədəni İrs" Forumunun "Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri" panelində çıxışı zamanı deyib.
"Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır", - F.Hacıyev söyləyib.
O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib: "Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir".
F.Hacıyev "Böyük Qayıdış" planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kənd, Füzulidə 1 şəhər 10 kənd, Xocavənd rayonu Hadrut qəsəbəsi Tuğ kəndi layihələndirilərək inşa ediləcəyini vurğulayıb.
19-12-2023, 16:17
İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb


İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.
Bu barədə MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində seçkinin qanuna uyğun keçirilməsi üçün şərait yaradılııb.
Məlumata görə, azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
19-12-2023, 15:59
MSK İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq etdi


MSK İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq etdi

Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.
Bu barədə Komissiyanın iclasında bildirilib.
Məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin sənədləri 16 dekabrda MSK-ya təqdim edilib.
İclasda, həmçinin hakim partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi qeydə alınıb.
Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
19-12-2023, 14:58
“Prokurorluq haqqında” qanuna təklif edilən dəyişiklik ediləcək


“Prokurorluq haqqında” qanuna təklif edilən dəyişiklik ediləcək

Prokurorluq işçiləri ilə yanaşı, prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan “Prokurorluq haqqında” qanunun 39-cu maddəsi prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərini tənzimləyir. Həmin qanunun 1-ci maddəsinə əsasən, prokurorluq işçiləri dedikdə prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları nəzərdə tutulur. Təklif edilən layihəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və “Prokurorluq haqqında” qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaq.
Qeyd edək ki, Prokurorluq haqqında qanunun 39-cu maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:
- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!