Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
14-11-2023, 18:14
Zakir Həsənovun BƏƏ-yə səfəri davam edir


Zakir Həsənovun BƏƏ-yə səfəri davam edir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
14-11-2023, 17:43
Azərbaycanla Mərakeş arasında Anlaşma Medmorandumları imzalandı


Azərbaycanla Mərakeş arasında Anlaşma Medmorandumları imzalandı

Rabatda keçirilən I Azərbaycan-Mərakeş Biznes Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Mərakeşin müvafiq qurumları arasında Anlaşma Memorandumları imzalanıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir açılış nitqi ilə çıxış etməsinə də diqqət çəkərək bundan məmnun olduğunu vurğulayıb. XİN başçısı onu da əlavə edib ki, Biznes-Forum qarşılıqlı faydalı imkanların araşdırılmasında mühüm mərhələ olacaq.
14-11-2023, 17:27
Hökumət Ödəniş Portalı mobil tətbiqinin fəaliyyətini dayandırır


Hökumət Ödəniş Portalı mobil tətbiqinin fəaliyyətini dayandırır

Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq 10 yanvar 2024-cü ildən HÖP-ün internet səhifəsinin (//gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
14-11-2023, 17:19
XİN Başçısı Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış etdi


XİN Başçısı Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış etdi

Mərakeşə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib.
Bu barədə Azərbaycan XİN-in "X" hesbaında paylaşım edilib.
Bildirilib ki, forum hər iki ölkədə mövcud biznes və investisiya imkanları barədə praktiki fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olub.
14-11-2023, 16:55
Növbəti köç karvanı Laçın şəhərinə çatdı


Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.





14-11-2023, 16:05
Yeni il üçün orta aylıq əmək haqqı artacaq


Yeni il üçün orta aylıq əmək haqqı artacaq

“Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşmiş və güclənib. Aparılan islahatlar nəticəsində 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2.5 dəfə, orta aylıq pensiya 2.1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2.1 dəfə, əmək haqqı fondu 2.6 dəfə artmış, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb. Müzakirənizə təqdim olunan 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutaraq tərtib edilib.
Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur”.
Bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Fondun gəlirlərinin 5 mlrd. 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcəkdir.
Orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaqdır. 2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat və ya 5,2% azdır”,- komitə sədri bildirib.
14-11-2023, 15:25
Əkin sahəsindən qəbir aşkarlandı


Əkin sahəsindən qəbir aşkarlandı

Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.
Rayonun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və əkin sahəsində məzara olduğu məlum olunub.
Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib.
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.
14-11-2023, 15:13
İmtahandan keçməyən müəllimlər digər işlə təmin olundu


İmtahandan keçməyən müəllimlər digər işlə təmin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib. Bu baxımdan onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixində xitam verilib.
İdarədən bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb. Komissiya 5 sentyabr 2023-cü il tarixində fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Hazırki dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
14-11-2023, 12:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
13-11-2023, 21:27
Ceyhun Bayramov mərakeşli həmkarıyla bir sıra mövzuları müzakirə etdi


Ceyhun Bayramov mərakeşli həmkarıyla bir sıra mövzuları müzakirə etdi

13 noyabr 2023-cü il tarixində xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın (Komissiya) Azərbaycan tərəfdən həmsədri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri, Komissiyanın Mərakeş tərəfdən həmsədri Nasser Bourita ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov və nazir Nasser Bourita arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
İkitərəfli görüşlərdən sonra, Azərbaycan və Mərakeşin aidiyyəti dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib.
Görüşlər zamanı Azərbaycan ilə Mərakeş arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Komissiyanın iclası zamanı Ulu Öndər Heydər Əliyevin Mərakeşə 1994-cü ildə səfəri məmnunluqla xatırlanıb. Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına yeni impuls verilməsi baxımından bu və digəe ali səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti və rolu qeyd olunub. İki ölkə arasında siyasi dialoqun daha dayanıqlı edilməsi və zənginləşdirilməsi xüsusunda Xarici İşlər Nazirlikləri arasında mövcud siyasi məsləhətləşmələr mexanizminin önəmi vurğulanıb.
Azərbaycan ilə Mərakeşin indiyədək bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdikləri dəstək məmnunluqla xatırlanıb, BMT, İƏT və QH kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti barədə həmfikirlik ifadə olunub.
Mərakeş ilə iqtisadiyyat, ticarət və investisiyalar üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, bu xüsusda Komissiyanın iclaslarının daha müntəzəm şəkildə təşkilinin və sözügedən iclasların çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Həmçinin iqtisadi əməkdaşlıq üçün hüquqi baza rolunu oynayacaq müvafiq ikitərəfli sənədlərin tezliklə qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İnfrastruktur quruculuğu sahəsində əməkdaşlıq potensialından danışılıb, habelə beynəlxalq limançılıq sahəsi üzrə təcrübə mübadiləsinin ikitərəfli gündəliyimizə əlavə töhfə verəcəyi barədə həmfikirlik ifadə olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud aqrar potensialdan bəhs olunub və bu ərazilərdə fermer təsərrüfatlarının qurulması və idarəçiliyi sahəsində mümkün Azərbaycan-Mərakeş tərəfdaşlığı barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Mərakeş arasında turizm, mədəniyyət, təhsil və beynəlxalq inkişafa yardım istiqamətləri üzrə əməkdaşlığın təşviqinin ölkələrimizin xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, dövlətlərarası əlaqələrimizin dərinləşməsinə də töhfə verə biləcəyi vurğuıanıb.
Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb. 
 
Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonda enerji, logistika, ətraf mühit sahələri daxil olmaqla, Azərbaycan-Mərakeş ikitərəfli sənədlər, o cümlədən Komissiyanın 2-ci iclasının protokolu imzalanıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!