37 mindən çox namizəd müəllim olmaq istəyir .....                        İkinci Dünya müharibəsindən qalma mərmi partladı - 7 yaralı var .....                        "Qarabağ"ın növbəti qələbəsi .....                        Prezidentlər Şuşada birgə nahar etdilər .....                        8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü .....                        Lukaşenko Füzulidən ölkəsinə qayıtdı .....                        Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                       
7-10-2021, 11:33
Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər?

"Yeni binalar tikilərkən mərkəzləşmiş qaydada istilik təchizatına qoşulmaq üçün müraciət edə bilərlər”.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün öncə binadaxili istilik sistemi qurulmalıdır:

"Bundan sonra biz texniki şərtlər çərçivəsində yaxınlıqda yerləşən istilik sisteminə qoşulmanı təmin edirik. Lakin bəzi MTK-lar özləri fərdi şəkildə qazanxanalar tikir. Mərkəzi istilik sisteminə qoşulma məcburi olmadığı üçün biz sadəcə bu istiqamətdə tövsiyə verə bilərik".

Paytaxtın bəzi yerlərində köhnə tikililərin sökülməsi ilə əlaqədar mərkəzi istilik sisteminin əhatə dairəsinin daralmasına gəlincə isə qurum rəsmisi ciddi azalma olmadığını bildirib:

"Bu gün sökülən köhnə tikililər əsasən birmərtəbəli, ikimərtəbəli evlərdir. Doqquzmərtəbəli binaların söküntüsü demək olar aparılmır. Sökülən beşmərtəbəli binaların sayı isə az olduğundan, bu, ümumi faizə çox cüzi təsir edir. Həmçinin mərkəzi istilik təchizatına yeni binaların qoşulması ilə vəziyyət kompensasiya olunur".

(Trend)

Butov.az
7-10-2021, 11:07
Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri ucuzlaşıb.

WTI markalı neftin noyabr fyuçersləri 0,96 % ucuzlaşaraq, bir bareli 76,69 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin noyabr fyuçersləri 0,47 % ucuzlaşaraq, bir bareli 80,70 ABŞ dolları olub.

Mənbə: “Bloomberg”

Butov.az
6-10-2021, 21:15
Azərbaycanda daha 1009 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb, 6611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 181 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 828 , ötən müddət ərzində isə ümumilikdə 4 912 156 test aparılıb.

Butov.az
6-10-2021, 18:36
6-10-2021, 17:49
Prezident qadın icra başçısı təyin etdi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Butov.az məlumat yayıb.

Sərəncama əsasən, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Mahirə Adnayeva bu təyinata qədər Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

6-10-2021, 13:37
Azərbaycan - Norveç oyunu təxirə salınıb

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

AFFA-dan Butov.az-a verilən məlumata görə, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin üzvlərindən COVID-19 testi götürüləcək.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.
6-10-2021, 13:35
Narkokuryerliyə cəlb edilən daha bir şəxs saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmıtindən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.



Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!