Prokuror hakim sevgilisini güllələdi .....                        Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldıldı .....                        Sabiq Prezidenti üçün edam cəzası tələb olunur .....                        Dövlət xidmətinə rəis müavini təyin edildi .....                        Qusarda məktəbli qızları maşın vurdu .....                        Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb .....                        Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı .....                        Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO .....                        Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb .....                       
3-02-2024, 19:32
Zakir Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi


Zakir Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

Zakir Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün 70 yaşını qeyd edir.
3-02-2024, 18:45
Qurban Qurbanov: “Qələbəyə görə futbolçularımı təbrik edirəm”


Qurban Qurbanov: “Qələbəyə görə futbolçularımı təbrik edirəm”

"Çox vacib qələbə qazandıq. Qarşımızda istəkli komanda var idi. Qələbəyə görə futbolçularımı təbrik edirəm".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis süni meydançada oynamağın çətin olduğunu söyləyib: "Səbail" bu cür örtükdə oynamağa öyrəşib. Amma mən bunu bəhanə etmirəm. Futbolçularım istədiklərimi meydanda yerinə yetirdi".
O, UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyunlarda heyətdə ciddi dəyişikliklər etməyəcəyini vurğulayıb.
Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergünün matçı stadiondan izləməsinə də münasibət bildirən Q. Qurbanov əlavə edib: "Bu barədə məlumatım yox idi. Azərbaycana xoş gəlib".
Təcrübəli çalışdırıcı rusiyalı baş məşqçi Murad Musayevin "Sabah"la yollarını ayırmasına da toxunub: “Güclü məşqçidir. Təəssüf ki, Musayev kimi istəkli mütəxəssis Azərbaycandan getdi. Ona qarşı oynamaq mənim üçün xoş idi. Ancaq verilən qərarlar bizdən asılı deyil".
3-02-2024, 18:16
Xilasetmə işlərində iştirak edən qardaşlarımıza təşəkkür edirəm - Ərdoğan


Xilasetmə işlərində iştirak edən qardaşlarımıza təşəkkür edirəm - Ərdoğan

“Təxminən 1 il əvvəl, 6 fevralda baş verən zəlzələ nəticəsində həyatını itirən 53 mindən çox vətəndaşımızın hər birinə Allahdan rəhmət diləyirəm”.
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib:
“Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.
3-02-2024, 00:23
Azərbaycanlı zabit Ukrayna döyüşlərində həlak oldu


Azərbaycanlı zabit Ukrayna döyüşlərində həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub.
2001-ci il təvəllüdlü M.Babayev Donetsk vilayəti Novomixaylovka kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub.
O, Dnepropetrovsk vilayətində dəfn edilib.
2-02-2024, 23:57
“Qalatasaray” rəqibini məğlub edib finala yüksəldi


“Qalatasaray” rəqibini məğlub edib finala yüksəldi

Futbol üzrə Türkiyə Superliqasında XXIV turun matçlarına start verilib.
İlk oyun günündə üç qarşılaşma baş tutub.
Çempionluq mübarizəsi aparan "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul nəhənginin heyətində 5-ci dəqiqədə Viktor Nelson hesabı açıb. Barış Yılmaz 11-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.
Günün digər görüşlərində "Hatayspor" "Fatih Karagümrük"ə 3:1 hesabı ilə qalib gəlib. "Ankaragücü" - "Sivasspor" matçındə isə qapılara qol vurulmayıb.
Bu nəticələrdən sonra "Qalatasaray" hazırda 63 xalla liderliyə yüksəlib. Bir oyun az oynayan "Fənərbağça" 60 xalla 2-ci, 37 xalı olan "Trabzonspor" 3-cüdür. "Beşiktaş" isə 36 xalla dördüncü pillədə qərarlaşıb.
2-02-2024, 22:11
“İRƏLİ” İB Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib


“İRƏLİ” İB Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib

“İRƏLİ” İctimai Birliyi 2 Fevral – Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib.
Birliyin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, tədbirlər planının keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvləri Fəxri xiyabanda dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Təşkilat tərəfindən 30 yanvar tarixində “Gənclik İrəlidədir” həftəsi elan olunub. Tədbirlər planı çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif sahələr üzrə panel görüşlər, sərgi, ekskursiya, konsert və digər kütləvi-mədəni tədbirlərin təşkili həyata keçirilir. 5 fevral tarixinədək davam edəcək tədbirlər vətənpərvərlik, yaşıl dünya, şəxsi inkişaf, Qərbi Azərbaycan, təhsil, tarix, mədəniyyət və idman istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Gününədək Azərbaycan Xalça Muzeyində “Mədəni İrsimİZ”, Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgiləri baş tutub. Sərgilərlə yanaşı Azərbaycan Real Aykido Klubunun tərəfdaşlığı ilə özünümüdafiə təlimi, DİN İdman Cəmiyyətinin tərəfdaşlığı ilə isə əlbəyaxa döyüş təlimi həyata keçirilib. Qarşıdakı günlərdə bir sıra istiqamətdə görüş və təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
“İRƏLİ” İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” proqramının növbəti görüşü də 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.
Görüş müddətində Xalq şairi Vahid Əziz Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrdən, Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, yaradıcı sənayenin müasir tendensiyalardan söhbət açıb. Tədbir “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirə ilə davam edib.




2-02-2024, 21:29
Döyülən idmançı: “Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil, təkbətək gəlin” - VİDEO


Döyülən idmançı: “Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil, təkbətək gəlin” - VİDEO

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov Bakupost TV-nin qonağı olub.
H.Əzizov videomüsahibədə indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.
O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.
Döyülməsinin təfərrüatlarına aydınlıq gətirən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.
Onun sözlərinə görə, "Dəniz Mall"da baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:
"6-7 nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil, təkbətək gəlin. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. Uzadın, qaldırın, vurun deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər".
Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.
Ətraflı videoda:

2-02-2024, 21:26
Bu səfirliyimizdə də seçki məntəqəsi yaradıldı


Bu səfirliyimizdə də seçki məntəqəsi yaradıldı

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən bildirilib.
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.
18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:
Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.
Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

Əlaqə üçün: +995555250993 , +995322243004”, - səfirlikdən bildirilib.
2-02-2024, 19:55
Baş nazir mühüm Qərar imzaladı


Baş nazir mühüm Qərar imzaladı

"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na 2.1-1-ci bənd əlavə edilib. Yeni bəndə əsasən, yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Həmçinin, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilib. Yeni bəndə görə, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Bundan başqa, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 2.1-1-ci bənd əlavə edilir. Əlavəyə görə, arayışın alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2-02-2024, 18:48
BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır


BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır

BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.
Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
BMT rəsmisi Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərini yüksək qiymətləndirib.
Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.
O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib: "Artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələri bölüşməyə hazırıq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!