Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
22-04-2024, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 % olacaq.
Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
22-04-2024, 01:00
İlham Əliyev və Putin birgə nahar ediblər


İlham Əliyev və Putin birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
21-04-2024, 14:57
Naxçıvanda buraxılış imtahanı keçirildi


Naxçıvanda buraxılış imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar 17 binada təşkil olunub.
Qeyd edilir ki, imtahanlarda 4 607 şagird iştirak edib. İmtahanlarda ümumilikdə 59 imtahan rəhbəri, 458 nəzarətçi cəlb olunub, 384 zal ayrılıb.
21-04-2024, 14:36
Bu gün 46 mindən çox şagird imtahan verib


Bu gün 46 mindən çox şagird imtahan verib

21 apel 2024-cü il tarixində Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46169 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
21-04-2024, 13:13
Qubadlıda top mərmiləri aşkarlandı


Qubadlıda top mərmiləri aşkarlandı

Qubadlıda top mərmiləri aşkar edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.
Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
21-04-2024, 12:21
Sabahın havası


Sabahın havası

Aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
21-04-2024, 10:20
Atasıyla Kürdə batan qızın meyiti tapıldı


Atasıyla Kürdə batan qızın meyiti tapıldı

Aprelin 12-də Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN Mətbuat xidmətində bildililib.
Qeyd edək ki, Vaqi Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. Aprelin 19-da S.Süeymanovanın atası Süleymanov Vaqif Tahir oğlunun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
20-04-2024, 21:30
Azərbaycan-Ermənistan Almaniyadan reaksiya


Azərbaycan-Ermənistan Almaniyadan reaksiya

“Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır".
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib.
Açıqlamada deyilir ki, Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.
20-04-2024, 21:19
“Zirə” “Neftçi”ni darmadağın etdi


“Zirə” “Neftçi”ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.
"Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda reallaşan görüş "qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 19-cu dəqiqədə penaltidən qonaqların heyətində Emin Mahmudov açıb. 42-ci dəqiqədə Rəhim Sadıxov tablodakı rəqəmləri bərabərləşdirib. Fuad Bayramov 77-ci dəqiqədə komandasını önə keçirib. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Vladislav Kulaç müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə 47 xalla dördüncü yerə enib.
Günün ilk oyununda "Qarabağ" və "Qəbələ" qollu heç-heçə edib - 2:2.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.
Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.
20-04-2024, 20:55
Qurban Qurbanov "Beşiktaş"la bağlı açıqlama verdi


Qurban Qurbanov "Beşiktaş"la bağlı açıqlama verdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, "Beşiktaş" klubuna keçəcəyi ilə bağlı iddialara da cavab verib.
Ağdam klubunun baş məşqçisi “Beşiktaş” rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə müraciət olunub?" sualına belə cavab verib:
"Çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur".
Xatırladaq ki, İstanbul nəhənglərindən sayılan “Beşiktaş” klubunun daha öncə Qurban Qurbanovla danışıqlar apardığı bildirilsə də, “Qarabağ” klubu tərəfindən rəsmi heç bir açıqlama verilməyib. Təcrübəli çalışdırıcı Qurban Qurbanov da daha öncəki mətbuat konfranslarında “Qarabağ” klubundan ayrılmaqla bağlı fikrinin olmadığını bildirməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!