Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
20-04-2024, 19:28
“Taxta bazarı”ndakı yanğın söndürüldü


“Taxta bazarı”ndakı yanğın söndürüldü

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.
20-04-2024, 19:23
“Qarabağ”la “Qəbələ” oyunu heç-heçə bitirdi


“Qarabağ”la “Qəbələ” oyunu heç-heçə bitirdi

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.
“Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün digər matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.
Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.
20-04-2024, 18:17
Bazarda baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA


Bazarda baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.
Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
20-04-2024, 17:36
Ceyranbatanda bir nəfər batdı


Ceyranbatanda bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
20-04-2024, 17:31
Nərimanovda yanğın baş verib


Nərimanovda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
20-04-2024, 16:16
İranın Azərbaycandakı səfiri ölkəni tərk edir


İranın Azərbaycandakı səfiri ölkəni tərk edir

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, hazırkı dönəmdə, tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər.
Qeyd edilib ki, hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda, regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Görüş zamanı, tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
20-04-2024, 16:08
Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı


Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı

Türkiyə Xarici işlər Nazirliyi (XİN) Azərbaycan ilə
Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların 8-ci görüşündə əldə olunmuş razılaşmaya dair bəyanat yayıb.
Bəyanatda sözügedən razılaşma alqışlanıb.
Bildirilib ki, müvafiq komissiyaların 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılıq təqdirəlayiq hadisədir.
"Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır", - bəyanatında deyilir.
20-04-2024, 15:04
Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi


Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.
Bu barədə Rusiya KİV-ləri xəbər verib.
Məlumata görə, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.
Naməlum şəxs Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb. Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb. Qətlin motivləri hələlik bəlli deyil.
Cinayəti törədən şəxsin axtarışı həyata keçirilir.
20-04-2024, 14:55
Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyandan etiraf


Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyandan etiraf

"Bir daha qeyd etmək istəyirəm ki, əlbəttə, bu qərar Azərbaycan üçün nailiyyətdir, lakin vurğulamaq istəyirəm ki, razılaşma Ermənistan üçün də mühüm əhəmiyyət daşıyır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşündə əldə olunmuş razılıq qərarına istinadən bildirib.
“Əslində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını artıq ikitərəfli imzalarla təsdiqlədi. Onlar təsdiq etdilər ki, demarkasiya prosesi zamanı yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı hüquqi əhəmiyyət kəsb edən de-yure sərhəd bərpa olunur”, - deyə Paşinyan qeyd edib.
"Bu təməl daşıdır və bu təməl daşının ətrafında tikinti və yaradılma prosesini həyata keçirə bilməliyik", - Baş nazir əlavə edib.
Paşinyan onu da deyib ki, işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə qərar Ermənistanın Baganis-Kirants-Voskepar bölgəsində sahib olduğu üstünlüyü əhəmiyyətli dərəcədə azaldacaq.
“Biz Taviş bölgəsi istiqamətində razılığa gəldik, lakin biz həm də sərhədin sonrakı demarkasiyası prosesi üçün əsas prinsipi qəbul etdik, bu da o deməkdir ki, biz danışıqlar masası arxasına əyləşə və bütün mübahisəli məsələləri həll edə bilərik. Artıq əldə olunmuş razılaşmalar var”, - deyə Ermənistanın baş naziri vurğulayıb.
Xatırladaq ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub.
Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.
Qərara alınıb ki, sərhəd xəttinin bu kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.
20-04-2024, 13:16
TƏBİB Əməkdar artistin ölümü barədə məlumat yaydı


TƏBİB Əməkdar artistin ölümü barədə məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-in məlumatına görə, bu gün saat 12:03-də Cavanşir Məmmədovla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!