Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
25-08-2023, 18:59
İlham Əliyev və xanımı “İstisu”da aparılan yenidənqurma işləriylə tanış oldu


İlham Əliyev və xanımı “İstisu”da aparılan yenidənqurma işləriylə tanış oldu

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq.
“İstisu” Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirilib ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.
Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.
Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.
Qeyd olunub ki, “Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.
25-08-2023, 18:41
Prezident və xanımı Kəlbəcər rayonuna səfər etdi


Prezident və xanımı Kəlbəcər rayonuna səfər etdi

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası “AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən “AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.
Dövlətimizin başçısı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə saldı.
Qeyd edildi ki, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.
25-08-2023, 17:17
Azərbaycan və Rusiya XİN Başçılarının müavinləri görüşdü


[b]Azərbaycan və Rusiya XİN Başçılarının müavinləri görüşdü[/b]

25 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə, Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan və Rusiyanın ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malik olduqları bildirilib.
Görüş zamanı, iki ölkə arasında siyasi dialoqun, müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Nazir müavini, Elnur Məmmədov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, Ermənistan tərəfinin bu səylərə xələl gətirən, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olan hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25-08-2023, 17:09
Attaşelərin Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsinə səfəri təşkil olundu


Attaşelərin Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsinə səfəri təşkil olundu

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı videoçarxlar nümayiş etdirilib, sonra onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.




25-08-2023, 16:27
Prezident xanımıyla birlikdə Laçına səfər etdi


Prezident xanımıyla birlikdə Laçına səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.
Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.
25-08-2023, 16:20
Azərbaycana artıq beşinci təkliflər paketi təqdim olunub - Paşinyan


Azərbaycana artıq beşinci təkliflər paketi təqdim olunub - Paşinyan

"Ermənistan Azərbaycana sülh müqaviləsinin artıq müzakirə olunmuş variantı çərçivəsində beşinci təkliflər paketini verib".
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Pastinfo"ya bildirib.
25-08-2023, 16:05
Füzulini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb


Füzulini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb

Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən layihə həyata keçirilib.
Füzuli şəhərini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, Füzuli şəhərində yeni içməli su təchizatı sistemləri yaradılanadək mövcud imkanlardan istifadə olunması qərara alınıb. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Su mənbəyindən Füzuli şəhərinə qədər 630 mm diametrli magistral su kəməri inşa edilib. Magistral kəmər hazırda inşa edilən Füzuli yaşayış kompleksinin paylayıcı şəbəkəsinə qoşulub və binalara suyun verilişi təmin edilib. Kompleksdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Bu qurğularda sutka ərzində 600 kubmetr tullantı suları təmizlənərək kənarlaşdırılacaq.
Təxirəsalınmaz tədbirlərlə yanaşı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası davam etdirilir. 05 may 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş infrastruktur 2040-cı ilədək perspektiv inkişafı nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən, Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 yeni subartezian quyusu qazılacaq, şəhər ərazisində ümumi tutumu 22 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Su mənbəyindən Füzuli şəhərinə 10,7 km uzunluğunda magistral su kəmərinin inşasına başlanılıb və kəmərin tikintisi işləri intensiv qaydada davam etdirilir.
Layihəyə əsasən Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Füzuli şəhərində formalaşacaq tullantı sularının ekoloji baxımdan təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.
Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Subartezian quyularının işçi vəziyyəti, anbarlarda suyun səviyyəsi, paylayıcı şəbəkədə hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. Yaradılacaq infrastrukturun imkanları hesabına gələcəkdə Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur.


25-08-2023, 15:33
Ermənistana məxsus kvadrokopter ordumuz tərəfindən məhv edildi


Ermənistana məxsus kvadrokopter ordumuz tərəfindən məhv edildi

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

25-08-2023, 13:28
ANAMA-dan Cəbrayılda baş vermiş partlayışla bağlı açıqlama


ANAMA-dan Cəbrayılda baş vermiş partlayışla bağlı açıqlama

Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.
Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.
25-08-2023, 13:15
İlham Əliyev və xanımı Kəlbəcərə səfər etdi


İlham Əliyev və xanımı Kəlbəcərə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!