25-08-2023, 12:21
Cəbrayılda mərmi partladı - Bir nəfər yaralandıAvqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
25-08-2023, 11:17
Baş Prokurorluq Xəzərdə baş vermiş hadisəylə bağlı açıqlama verdiBaş Prokurorluq aqvqust 24-də Xəzər dənizində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
24-08-2023, 23:02
Müvəkkil Hüquq Mərkəzinin sədrinin İmirlidə araşdırmaları davam edir - FOTOLAR
Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Vedibasar mahalının Hörtun kəndindən departasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az- a açıqlamasında bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Dərləyəz mahalının Çivə kəndində doğulub kişik yaşlarında İmirli kəndinə köçmək məcburiyyətində qalmış şəxslər İmran Nürəliyev, Əhəd Vəkilov, İslam Məmmədov, Yunis Sadıqov, Nəsib Calalov, Göyçə mahalının Mollalı kəndində doğulub İmirli kəndinə köç etmiş Baxış Fətəliyev, Dətələyəz mahalının Sallı kəndində doğulub kiçik yaşlarında İmirli kəndinə köçmək məcburiyyətində qalmış Mehbalı (Möhüb) Həziyev və başqalarının şəxsi hekayəsini qeydə almışam. Şəxsi hekayələrdəki ağrı-acıları həyacansız dinləmək mükün deyil”.
Pərvanə FərhadqızıFOTOLAR
24-08-2023, 20:47
Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız vəfat etdiBir neçə ay öncə Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız Zahir Rəhimov xəstəxanada vəfat edib.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
O, əslən Qazax rayonundan olub.
Qeyd edək ki, Zahir Rəhimov bir neçə gün öncə Ukrayna SQ tərəfindən təltif olunub.
24-08-2023, 19:17
Hərbiçilərimiz Tbilisidə keçirilən beynəlxalq təşkilata qatıldılarAzərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər.
MN-dən verilən xəbərə görə, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər.
Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edilib ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir.
24-08-2023, 18:11
Ermənistan şərtlərini verəndən bir iki gün sonra bunu elan edir - XİN BaşçısıSülh sazişi ətrafında gedən danışıqlar bəzən bir neçə gün davam edir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Danışıqlar bəzən bir neçə gün gedir. Tərəflərdən biri geri qayıdıb şərtləri müzakirə edirlər. Bəzən qarşı tərəf 60 gün məsələnin şərhlərini müzakirə edir. Biz burada heç bir müzakirə aparmırıq. Ermənistan isə şərtlərini verəndən bir iki gün sonra bunu elan edirlər. İndi isə rekorda imza atıblar. Şərtlərini verdikdən 40 dəqiqə sonra anons veriblər", - o qeyd edib.
24-08-2023, 17:57
Hadja Labib: “ Azərbaycana təşəkkür edirik ki, Ukraynaya yardım göstərir”Enerji sahəsində Azərbaycanın rolu böyükdür.
Bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Azərbaycan bərpa olunan enerji sahəsində böyük rolu oynayır. Azərbaycana təşəkkür edirik ki, Ukraynaya yardım göstərir. Ukraynada bəzi məktəblər Azərbaycan maliyyəsi ilə bərpa olunub. İstərdik, sizinlə əməkdaşlığımızı daha da çox olsun", - o qeyd edib.
24-08-2023, 17:51
Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermirTəbii ki, biz post-münaqişə mövzusunda danışarkən digər istiqamətlərdə aparılan layihələr və danışıqlar barədə də fikir mübadiləsi apardıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistanın bir sıra öhdəlikləri diqqətə çatdırıldı. Hansı ki bunlardan nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması əsas məqamlardan biridir. Bu istiqamətdə iki il yarım gedən danışıqlarda bəlli bir irəliləyiş olsa da, Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir”, - nazir əlavə edib.
24-08-2023, 17:43
Belçika XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”Qarabağla bağlı narahatlığımızı bildirdik.
Bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Təşəkkür edirəm ki, bizimlə bu məsələləri müzakirə etdiniz. Mən Ararat Mirzoyana bildirdim ki, indi dayanıqlı sülh əldə olunsması üçün tarixi fürsətdir. Biz bu məsələdən dialoqla çıxa bilərik. Səmimi şəkildə bildirirəm ki, əla fürsətdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Sülh təşəkkül tapmalıdır. Budur səfərimizin məqsədi", - o deyib.
24-08-2023, 17:36
Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi qınanılmalıdır - XİN BaşçısıLaçın dəhlizi ətrafındakı prosesləri müzakirə etdik.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması erməniləri qıcıqlandırıb:
"Bunu həzm etməyən ermənilər təxribatlara əl atıb. Ancaq Azərbaycan konstruktiv yol tutub. Bu gün də yoldan ermənilər keçirlər. Humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdik. Ermənistanın bunu bloklamağa çalışması qəbuledilməzdir. Humanitar yardımın siyasiləşdirilməsi qəbuledilməzdir. Əgər bir tərəf bir yolu qəbul edib, digərini qəbul etmirsə, bu hadisənin siyasiləşdirilməsi cəhdini göstərir. Azərbaycan bunun üçün addımlar atıb. Lakin Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi beynəlxalq aləm tərəfindən qınanılmalıdır"