Azarkeşlər klubun bazasına hücum etdilər .....                        Roma Papasından Ukrayna və Qəzza ilə bağlı çağırış .....                        "Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi .....                        Britaniya kəşfiyyatının gözlənilən ilk qadın rəhbəri .....                        Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi .....                        Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan .....                        Ermənistanda valideynlər şagirdləri məktəbə buraxmır .....                        Rusiya Ukraynada hərbi əməliyyatları bərpa etdi .....                        Magistraturaya qəbul imtahanı yekunlaşdı .....                       
28-10-2022, 14:50
Region gəncləri üçün “İrəli”dən yeni layihə

Region gəncləri üçün “İrəli”dən yeni layihə

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə start verilir.
Birliyin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığı təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
Layihə çərçivəsində region gənclərinin inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq məqsədilə 7 müxtəlif regionda təlim proqramının icrası nəzərdə tutulur. Qeyd olunub ki, “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda baş tutacaq təlimlərdə ümumilikdə 200-dən çox gənc iştirak edəcək.
Müraciətlərin qəbulu 2 noyabr 2022-ci il tarixinədək davam edəcək. Layihədə qeyd olunan regionlarda yaşayan 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/regiongencleri
27-10-2022, 18:32
Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq


Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlər davam edir. Bunu açıqlamasında Yunus Əmrə İnsitutunun rektoru Selçuk Karakılıç deyib. Türkiyəli rektor bildirib ki, yaxın zamanda birgə universitetin təməli qoyulacaq:“Təxminən 1 il sonra birgə universitetlə bağlı bəzi məsələlər öz müsbət həllini tapacaq. Hər il Azərbaycandan Türkiyəyə təxminən 5 mindən çox tələbə təhsil almağa yollanır. Onların böyük əksəriyyəti tibb, mühəndislik və hüquq fakültələrinə üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə yerləşən universitetləri daha çox seçirlər. Bu günə kimi 28 min tələbə Azərbaycandan Türkiyəyə oxumaq üçün yollanıb. Türkiyədən də gəlib Azərbaycanda təhsil alan xeyli sayda tələbə var”. Rektor, həmçinin vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra həmin ölkədən Türkiyəyə oxumağa gələn tələbələrin sayında artım müşahidə olunur: “Ukraynadakı kimsəsiz uşaqları Türkiyə öz himayəsinə alıb. Hazırda həmin uşaqlar Antalyada təhsil alırlar”. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. Bundan öncə yayılan xəbərlərdə bildirilirdi ki, 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə birgə universitetin açılması nəzərdə tutulur.


27-10-2022, 18:27
"Qış parkı" yaxınlığında yanğın


"Qış parkı" yaxınlığında yanğın

Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

27-10-2022, 18:24
Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladı


Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladı

Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib. Bununla bağlı sosial şəbəkədə məlumat verilib."Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83". Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev açıqlamasında məsələnin nəzarətə götürüldüyünü bildirib:"Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".
27-10-2022, 18:22
“Qırmızı Kitab”a düşən ağacları kəsdilər - İşə prokurorluq baxacaq


“Qırmızı Kitab”a düşən ağacları kəsdilər - İşə prokurorluq baxacaq

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102 200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

27-10-2022, 18:14
Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi


Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi

Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. Bununla bağlı xərclər 48,282 milyon manat müəyyən edilib.
27-10-2022, 18:05
Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”


Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb. Bu barədə NTV məlumat yayıb. Yıldırım qəza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.“Düz bir həftə əvvəl, oktyabrın 20-də prezident Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar nümayəndə heyəti olaraq bir günlük səfərə çıxdıq. Maşınımız geri dönərkən qəzaya uğradı. Ağır qəza oldu, bir az salto etdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün 2 əməliyyat lazım idi. Qabırğamda da 2 sınıq var, onlar da zamanla sağalacaq. Müalicəmizə evdə davam edəcəyik", - Yıldırım qeyd edib. Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.
27-10-2022, 17:55
Sərhəddə əməliyyat - Atəş açıldı


Sərhəddə əməliyyat - Atəş açıldı

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

27-10-2022, 17:49
Cümə gününün hava proqnozu


Cümə gününün hava proqnozu

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.
27-10-2022, 17:24
"Xocasən" stansiyası açılışa tam hazırdır


"Xocasən" stansiyası açılışa tam hazırdır

Bakı metropoliteninin "Xocasən" stansiyası və "Xocasən" elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:"Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb və sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!