Ceyhun Cəlilov özünə köməkçi təyin edib? .....                        Tramp arıqlamaq istəyir .....                        Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR .....                        Terroru maliyyələşdirməkdə ittiham olunan şəxslərə ağır cəza verildi .....                        AFFA Hakimlər Komitəsində yeni sədr .....                        Azər Allahverənov yeni vəzifəyə seçildi .....                        Oğuzda ağır qəza - ölən var .....                        Sülh danışıqlarında ciddi irəliləyiş var .....                        Ceyhun Bayramov Vatikanda .....                       
12-08-2023, 16:15
Mopedlərlə bağlı yeni qayda müəyyən edildi


Mopedlərlə bağlı yeni qayda müəyyən edildi

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur.
Bu haqda DYPİ-nin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib. Qeyd olunub ki, mopedlərin qeydiyyatı və onları idarə edənlərin sürücülük hüququnun olması məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə xidmət edir: “Belə ki, həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması - faktiki olaraq həm onları idarə edən, həm də digər şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilmiş, eləcə də xəsarət, ölüm, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin dinamikasında ciddi artıma səbəb olmuşdu.
Eyni zamanda, moped sürücülərinin təkcə cari ildə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan pozuntularla əlaqədar vətəndaşlardan daxil olmuş 3000-dən artıq şikayətin hər birində hərəkət iştirakçıları polisdən bu sahədə təsirli tədbirlərin görülməsini tələb edirdi”.
Mopedlərin alqı-satqısı və qeydiyyat məsələlərinə gəlincə, Araz Əsgərli qeyd edib ki, alqı-satqı müqaviləsi əsasında mopedlər DİN-in Baş Dövlət Yol Polis İdarəsində rəsmiləşdirilir: “Əgər moped hissə-hissə ödəmə (kredit) ilə alınıbsa, qeydiyyat məsələsi satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə həll edilir. Heç bir sənədi olmayan moped sahibləri isə həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu yalnız məhkəmə qərarı əsasında rəsmiləşdirə bilərlər. Zəruri halda polis əməkdaşları öz səlahiyyətləri daxilində moped sürücülərinə bütün lazımi köməklikləri də göstərirlər”.
12-08-2023, 16:03
Energetika nazirlərinin üçtərəfli görüşü keçirildi


Energetika nazirlərinin üçtərəfli görüşü keçirildi

Azərbaycan, İran və Rusiya energetika nazirlərinin müavinlərinin görüşü olub.
Görüş Rusiyanın paytaxtı Moskvada baş tutub.
Görüş zamanı İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub.
Nazir müavinləri layihələrin həyata keçirilməsi üçün ən son texniki tədbirləri nəzərdən keçiriblər.
Bundan əvvəl iyulun 16-da İranın energetika naziri Əli Əkbər Mehrabyan bəyan etmişdi ki, İran və Rusiya Azərbaycan Respublikası vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaqlar.
12-08-2023, 14:14
Kirpiləri kütləvi şəkildə öldürənlər saxlanıldı


Kirpiləri kütləvi şəkildə öldürənlər saxlanıldı

Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verib.
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.
Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
12-08-2023, 12:55
İçərişəhərdə ictimai qaydanı pozan şəxs cərimələndi


İçərişəhərdə ictimai qaydanı pozan şəxs cərimələndi

İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir.
İttihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların təpkisinə baxmayaraq səsini alçaltmayıb.
O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə cəzası kəsilib.
12-08-2023, 12:08
Ermənilərin “Laçın” sərhədindən sərbəst keçidinə şərait yaradıldı


Ermənilərin “Laçın” sərhədindən sərbəst keçidinə şərait yaradıldı

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.
Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.
Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus 9 nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan 3 nəfəri BQXK-nin üzvü, 9 sürücü, 10 xəstə, 7 müşayiətçi, 1 tibb işçisi) Laçın DSBM-dən keçidi təmin olunub.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
12-08-2023, 11:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yagmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.
11-08-2023, 23:26
Nazir Elon Maskla görüşdü


Nazir Elon Maskla görüşdü

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, eks (keçmiş twitter) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb.
Bu barədə Rəşad Nəbiyev "X" (twitter) hesabında paylaşım edib.
“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - o qeyd edib.
11-08-2023, 23:15
"Fənərbağça" "Mançester Yunayted"in futbolçusunu transfer etdi


"Fənərbağça" "Mançester Yunayted"in futbolçusunu transfer etdi

"Fənərbağça" futbol klubu İngiltərə "Mançester Yunayted"inin futbolçusu Fredi transfer edib.
Braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqaviləyə imza atamaq üçün avqustun 12-də İstanbula yollanacaq.
Hələlik 30 yaşlı oyunçu ilə sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Fred 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. Təcrübəli futbolçu "qırmızı şeytanlar"ın heyətində 213 oyun keçirib.
11-08-2023, 18:49
XİN-dən Paşinyanın iddialarına cavab


XİN-dən Paşinyanın iddialarına cavab

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 11-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayarkən Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verməsi heç bir məntiqə sığmır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur. Ermənistanın bu iddiaları davamlı olaraq təkrarlaması göstərir ki, Laçın sərhəd buraxılış məntəqəsi təsis edilənədək Ermənistanın Laçın yolundan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması bu ölkəni narahat edir.
"Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi Ağdam-Xankəndi yolundan istifadə edilməsi mümkündür. Ermənistan tərəfi, əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir", - deyə XİN-in şərhində vurğulanıb.
11-08-2023, 17:43
Valideyn bağça rəhbərliyini hədələyərək 15 min manat pul tələb etdi


Valideyn bağça rəhbərliyini hədələyərək 15 min manat pul tələb etdi

339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.
Tezliklə uşaq tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.
Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb. Əsl hadisə bundan sonra başlayıb.
Valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib. Maraqlıdır ki, özəl bağçanın ödəniş haqqının da dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.
Prosesin ardıcıllığı və valideynin çəkinmədən və təhdidlə bağça rəhbərliyindən pul tələb etməsi məsələnin qurama olduğuna dair şübhələr yaradır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!