Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
18-06-2023, 14:17
65 xəstə erməni öz vətənlərinə təxliyə olunub


65 xəstə erməni öz vətənlərinə təxliyə olunub

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. “Bu ay biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, 65 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq”, - deyə o bildirib.
18-06-2023, 13:56
SABAH qruplarının test imtahanı keçirildi


SABAH qruplarının test imtahanı keçirildi

Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda 2978 tələbənin iştirakı gözlənilirdi. İmtahanın idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.
18-06-2023, 12:38
Ərdoğan SOCAR-a mükafat verdi


Ərdoğan SOCAR-a mükafat verdi

Haliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib. Bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib. SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq müvafiq mükafatı qazanmaq şansı əldə edib. “SOCAR” ilk 10-luq içərisində 3-cü yerə layiq görülüb. Hər il təşkil olunan bu tədbirlər planı, TİM missiyasının bir hissəsidir. 1993-cü ildə qurulan Türkiyə İxracatçılar Məclisinin (TİM) əsas missiyası, Türkiyənin xarici ticarət həcmini artırmaq, xarici ticarətin inkişafını təmin etmək, ticari tərəfdaş ölkələr ilə ikili ticarət, sosial və mədəni əlaqələri inkişaf etdirmək, dövlət ilə ixracatçılar arasında ünsiyyətin davamlılığını təmin etməkdir. Qurum, 27 sektor, 61 ixracatçı birliyi ilə 100 mindən çox ixracatçını təmsil edir. “SOCAR”-ın Vitse-Prezidenti Süleyman Qasımov qeyd edib ki, SOCAR-ın törəmə müəssisəsi olan “Petkim”in Türkiyənin top ixracatçı müəssisəsi arasında yer alması qürurvericidir. Azərbaycanla yanaşı qardaş Türkiyənin ixracatına verdiyimiz töhfələrin xüsusi dəyərləndirilməsi, gələcək fəaliyyətimizdəki uğurları müəyyən edir. Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin qərarıyla qurulan TİM, 2009-cu ildən etibarən yeni qanunvericilik əsasında fəaliyyətini davam etdirir. Ötən il TİM “2021-ci il İxracat Çempionları” siyahısına “SOCAR Türkiyə” 8-ci yerə layiq görülüb. Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb. Ötən ilki mükafatlandırma mərasimində SOCAR adına mükafatı Türkiyə Respublikasınınh Prezidenti cənab Rəcəb Tayyib Erdoğan Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova təqdim edib.


18-06-2023, 12:12
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
18-06-2023, 09:23
Güləşçimiz ikinci dəfə Avropa çempionu oldu


Güləşçimiz ikinci dəfə Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub. Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Hacı Kərimov finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. Tiranada güləş üzrə U-17 Avropa çempionatının beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb. Mübarizəyə 1/4 finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Hacı Kərimov (55 kq) əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib - 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qalipi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırıb. Mirzəağa bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kambayevə heç bir şans tanımayıb (12:2) və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb - 4:9.
Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı "tuş"la yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olub. Gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə (4:4) qələbə qazanan Ağstafa güləş məktəbinin yetirməsi titulunu qoruyub.
17-06-2023, 18:20
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutdu


Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutdu

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
17-06-2023, 17:56
Şəkidə 3 nəfərin xəsarəti ilə nəticələnən partlayış baş verdi


Şəkidə 3 nəfərin xəsarəti ilə nəticələnən partlayış baş verdi

Şəkidə evdə partlayış olub, ikisi azyaşlı olmaqla 3 nəfər ağır xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunub ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
17-06-2023, 16:22
Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu


Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

İyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
17-06-2023, 15:30
Pandemiya ilə əlaqədar karantin rejimi davam edir - TƏBİB


Pandemiya ilə əlaqədar karantin rejimi davam edir - TƏBİB

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi davam edir. Bunu TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov deyib. O bildirib ki, karantin rejiminə uyğun olaraq tibb müəssisəsində koronavirus xəstələrinin müalicəsi aparılır. “Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir”, - deyə V.Qurbanov bildirib. İcraçı direktor vurğulayıb ki, stasionar və ya ambulator şəkildə müalicə alan xəstələrə yardımlar göstərilir. "Ölkədə karantin rejimi davam etdiyindən müalicə üsulu da əvvəlki səviyyədə olduğu kimi qalır", - Vüqar Qurbanov vurğulayıb. O əlavə edib ki, Azərbaycan əhalisi tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub: "Hazırda ehtiyac olan kateqoriyadan olan şəxslər müraciət etdikdə peyvənd olunurlar. Müvafiq tibb müəssisələrində vaksinasiya prosesi bu gün də davam edir. Peyvəndlərlə bağlı bu gün hər hansı sıxıntı yoxdur".
17-06-2023, 15:16
Prezident Tatarıstanın Rəisini qəbul etdi


Prezident Tatarıstanın Rəisini qəbul etdi

İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub. Tatarıstan Respublikasının Rəisini salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli Rüstəm Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə çox şadam. Əlbəttə, bu gün birgə Mərkəzin açılışı əlamətdar hadisədir. Lakin daha vacibi bizim sizinlə ünsiyyətimizdir. Mən bizim həm Kazanda, həm də Bakıda görüşlərimizi məmnuniyyətlə yada salıram. Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq. Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıqdır çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir. Beləliklə, bir daha xoş gəlmisiniz. Sizə burada - həm Cəbrayılda və Zəngilanda, həm də sabah Bakıda xoş səfər arzulayıram. Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib:
- Hörmətli İlham Heydər oğlu, hər şeydən əvvəl gözəl ölkədə olmaq imkanına, Sizin dəvətinizə görə təşəkkür etmək və əlbəttə, Sizə - Azərbaycan Prezidentinə və bizim Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk. Tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!