“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
25-11-2022, 15:57
“Sosial sahəyə dəstək artırılacaq” - Sahil Babayev


“Sosial sahəyə dəstək artırılacaq” - Sahil Babayev

“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”, - deyə nazir vurğulayıb.
25-11-2022, 15:56
Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi


Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi

“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alan şəxslər var”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. "Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır", - deyə nazir deputatların təkliflərinə münasibət bildirib. Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.
25-11-2022, 15:50
Separatçılar Ağdam və Xocavəndi atəşə tutdular


Separatçılar Ağdam və Xocavəndi atəşə tutdular

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
25-11-2022, 15:46
Pakistan hər zaman bizim yanımızda olub - İlham Əliyev


Pakistan hər zaman bizim yanımızda olub - İlham Əliyev

Son iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”
25-11-2022, 15:40
Hava kəskin dəyişəcək, qar yağacaq


Hava kəskin dəyişəcək, qar yağacaq

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir. Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.
25-11-2022, 15:38
Ermənilərin növbəti yalanı - Müdafiə Nazirliyi açıqlama yaydı


Ermənilərin növbəti yalanı - Müdafiə Nazirliyi açıqlama yaydı

"Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir". Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.
24-11-2022, 18:26
Qırğızıstanla bağlı sənəd təsdiqləndi


Qırğızıstanla bağlı sənəd təsdiqləndi

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib. Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
24-11-2022, 18:14
Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov


Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov

"Ermənistanın postmünaqişə dövründə hərəkətləri münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. “Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilməyib. Avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar 2021-ci ildə istehsal edilib", - XİN başçısı bildirib.
24-11-2022, 18:05
Jurnalistlər üçün onlayn təlimlər keçiriləcək


Jurnalistlər üçün onlayn təlimlər keçiriləcək

Jurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək. Bu haqda Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib. Layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir. Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaq. Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
24-11-2022, 18:00
Qarabağda 268 nəfər minaya düşüb


Qarabağda 268 nəfər minaya düşüb

2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, onlardan 3 nəfər jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!