Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-01-2024, 21:48
Binəqədidə baş vermiş partlayışda ölənlərin sayı 7-ə yüksəldi


Binəqədidə baş vermiş partlayışda ölənlərin sayı 7-ə yüksəldi

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.
Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15-01-2024, 21:42
Yataqxana binasında baş vermiş yanğınla bağlı araşdırma aparılır


Yataqxana binasında baş vermiş yanğınla bağlı araşdırma aparılır

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.
İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.
15-01-2024, 21:36
Partlayışda xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır


Partlayışda xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır

Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır.
Bu barədə TƏBİB məlumat yayıb.
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.
1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.
15-01-2024, 21:10
Binəqədidə baş vermiş yanğında xəsarət alan şəxs danışdı


Binəqədidə baş
vermiş yanğında xəsarət alan şəxs danışdı


“Bir anda partlayış oldu, yanğın baş verdi. Hərə bir tərəfə qaçdı”.
Bu sözləri Binəqədidə sexdəki partlayış-yanğında xəsarət alan Vidadi Həsənov bildirib.
O qeyd edib ki, işlədikləri yerdə 10 nəfər olublar:
“Bilmədik niyə baş verdi. Bir də gördük ki, hər şey dağıldı. Ancaq canımızı götürüb qaçdıq, heç kimdən xəbərimiz yoxdur”, - o qeyd edib.
15-01-2024, 20:09
Jurnalist Şahin Rzayev həbs olundu


Jurnalist Şahin Rzayev həbs olundu

Jurnalist Şahin Rzayev həbs olunub.
Məhkəmə Ş.Rzayev barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.
Jurnalist inzibati xəta törətməkdə təqsirli bilinib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı faktı təsdiq edib.
15-01-2024, 19:37
Rusiyadan Azərbaycana başsağlığı


Rusiyadan Azərbaycana başsağlığı

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.
“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində yeddi nəfər ölüb, 24 nəfər yaralanıb.
15-01-2024, 19:23
Güclü partlayışda dağıntılar altında qalanların kimliyi açıqlandı


Güclü partlayışda dağıntılar altında qalanların kimliyi açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonunda yerləşən mebel sexində güclü partlayış verib.
Salonda dərzi işləyən Ülviyyə adlı qadının və Rəşad adlı sex müdirinin dağıntılar altında olduğu ehtimal edilir.
Hazırda onların axtarışları davam etdirilir.
15-01-2024, 18:43
“Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradıldı


“Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradıldı

Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
15-01-2024, 18:25
Şamaxı üzümçüləri üçün tarla seminarı FOTOLAR


Şamaxı üzümçüləri üçün tarla seminarı- FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) mütəxəssisləri tərəfindən Şamaxı rayonunda üzümçü fermer təsərrüfatında budama ilə bağlı tarla seminarı keçirilib.
Üzümçülükdə ən vacib və mürəkkəb aqrotexniki tədbirlərdən biri də quru budamadır. Respublika ərazisində quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. Quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şəraitdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budama zamanı çətinliklə qarşılıaşırlar. Budama zamanı optimal yük normasının (tənəkdə saxlanılan bar zoğlarının, gözcüklərin miqdarı, bar zoğlarının kəsilmə uzunluğu) müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə (quraqlığa, yüksək temperatura və s.), xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır.
Budamada məqsəd:
Tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi;
 Bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi;
 Tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, tənəyin uzunömürlülüyünün təmin edilməsi;
 Dərmanlama, məhsul yığımı və s.əməliyyatların asanlaşdırılması;
 Tənəkdə əl əməyinin, yaşıl əməliyyatların və s. Azaldılması.

Budama zamanı çubuqların buğumların normal uzunluqda olması vacibdir. Çox qısa və çox uzun buğumarasına malik olan zoğlardan bar budaqlarının və əvəzedici çiliyin saxlanılması məqsədəuyğun deyil. Həmçinin budama zamanı birillik zoğların dib gözlərinin barvermə xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki adətən ikillik zoğa çox yaxın olan 1-2 göz “kor gözlər” adlanır və onlardan çıxan zoğlar barsız olur. Ona görə də budama zamanı bu gözcüklər göz sayında nəzərə alınmır.
Təlim zamanı qeyd edilən məsələlər praktiki olaraq yerinə yetirilərək göstərilib.

Afət SABİRQIZI (Hüseynova)
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafiya, seleksiya və tingçilik şöbəsinin müdiri a.e.ü.f.d., dosent.














15-01-2024, 17:22
Keçən il əsirlikdən qurtulan hərbiçilərimizin son vəziyyəti açıqlandı


Keçən il əsirlikdən qurtulan hərbiçilərimizin son vəziyyəti açıqlandı

Ötən il 13 dekabr tarixində Ermənistanda əsirlikdə olan hərbçilərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov ölkəmizə qaytarıldılar.
Hərbçilərimiz əsirlikdə olanda Ermənistan tərəfi onları işgəncəyə məruz qoyub. Bir müddət əvvəl əsirlərin anaları ilə əlaqə saxladıqda övladlarının sağlıq durumlarının yaxşı olmadıqlarını və müalicə aldıqlarını bildirmişdilər.
Bəs indi Aqşin və Hüseynin səhhəti necədir?
Əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə əlaqə saxlayıb.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova saytımıza açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını söyləyib:
“Gözümüzün qabağında balalarımız saralıb-solub. Aqşinin ciyərləri pis vəziyyətdədir, qabırqaları qırıqdır. Böyrəkləri bərbad vəziyyətdir. Ağrılar içərisində ayaqda durmağa çalışırıq. Maddi durumumuz da aşağıdır. Bu gün bir çörək alanda, digərini ala bilmirəm. Necə onu xəstəxanaya aparım? Nə olsun sığortadır, müalicə müftə olmur? Dərmanlar hamısı pulladır. Allah heç bir ananı bizim günümüzə salmasın. Yenə də şükürlər olsun ki, cənab prezidentimizin sayəsində övladlarımız bu gün yanımızdadır. Prezidentə minnətdarlığımı bildirirəm. Nə qədər təşəkkür etsəm azdır. Bir daha deyirəm, cənab prezidentin qarşısında baş əyir, əllərindən öpürəm. Evimin tək oğlunu qaytardı bizə. Bizim elə dövlət başçımız var ki, onunla qürur duyuruq. Heç vaxt kiməsə dövlətimiz haqqında artıq-əskik nəsə deməyə nə mən, nə də Hüseynin anası icazə verər. Səhv edənələrə dövlətimiz yaxşı bilir nə edəcək”.
D.Bəbirova oğlunun səhhəti yaxşı olmasa da, işləmək istədiyini söyləyib:
“Uşaqlarımız evin vəziyyəti ilə əlaqədar işləmək istəyirlər. Cavan oğlanlardır, istəyirlər ki, onların da cibində 5 manat olsun. Aqşin qürurunu sındırıb atasından pul istəmir. Axı, o da gəncdir. İstəyir ki, işləsin, cibində 5 manat olsun. Sağlamlığı olmasa da, övladlarımızın işləmək istəməsi bir ana kimi mənim ürəyimi dağlayır. Çölə çıxıb gəzmək istəyirlər. Ürəkləri istəyəni alıb yemək istəyirlər. Balalarımız iki il ev çörəyi yemədi. Uşaqlarımız haqqında artıq-əskik yazanların hamısını Allaha həvalə edirəm. Sosial şəbəkədə mənfi yazanlar bizim övladlarımıza yox, dövlətimizə ləkə gətirəcək sözlər yazırlar. Biz də, dövlətimiz də belə yazanların kim olduğunu, kimlər tərəfindən idarə olunduğunu yaxşı bilir. Allah böyükdür. Cənab Ali Baş Komandan düşmənin əlində işgəncədə olan iki əsgərini azad edibsə, elə virusları da təmizləyə bilər. Ona görə də biz göydə Allahımıza, yerdə cənab prezidentimizə sığınmışıq. Çünki bizim övladlarımızı Dəmir Yumruqun sahibi, cənab prezidentimiz azad edib, artıq-əskik yazanlar yox. Hər iki övladımızı alnıaçıq, başıdik əsgər göndərdik. İnanıram ki, cənab prezident onların yanında olacaq və kişi kimi həyatlarını davam etdirmələrinə kömək edəcək”.
Hüseyn Axundovun anası Şəlalə Axundova isə oğlunun hazırda müalicələr qəbul etdiyini və yaxşı olmağa çalışdığını söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!