“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
24-11-2022, 17:57
Ermənistan Laçın yolundan qeyri-qanuni istifadə edir


Ermənistan Laçın yolundan qeyri-qanuni istifadə edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb. Qeyd edək ki, cari ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış keçiriblər. 24 noyabr tarixində əraziyə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər ediblər. Qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir. Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur.
24-11-2022, 13:38
Cümə gününün hava proqnozu


Cümə gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.
24-11-2022, 13:36
Yeni ildə 5 gün iş olmayacaq


Yeni ildə 5 gün iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.
24-11-2022, 13:31
Çap mediası çətinliklə üz-üzədir


Çap mediası çətinliklə üz-üzədir

Media sahəsində yeni konseptual baxış tələb olunur. Bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov deyib. O qeyd edib ki, müasir dövrdə çap mediası çətinliklərlə üzləşib. “Azərbaycanda bu problem reklam və yayım məsələlərindədir. Ümumilikdə götürüləndə son dövr ərzində çap mediasında forma və məzmun baxımından dəyişikliklər var. Müasir dövrün güclü mediası rəqəmsal texnologiyalara uyğunlaşmalıdır”, - deyə K.Həsənov bildirib. Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.
24-11-2022, 13:30
Qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək


Qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək

“Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan “E-köşk” elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır”. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır: “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”. Qurum rəhbəri qeyd edib ki, yazılı medianın müasir simasının formalaşması yönündə MEDİA Agentliyinin konseptual yanaşması gələcəyə hesablanıb və bu kimi proseslər davamlı xarakter daşıyır: “E-köşk” platformasını Azərbaycanın çap mediası tarixində sadəcə yenilik yox, eyni zamanda innovativ düşüncəyə əsaslanan əhəmiyyətli bir addım kimi dəyərləndirəcəyinizi düşünürük”.
24-11-2022, 13:28
Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirildi


Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirildi

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.


24-11-2022, 13:24
Orduda islahatlar aparılır - Zakir Həsənov


Orduda islahatlar aparılır - Zakir Həsənov

Ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə islahatlar həyata keçirilir. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. O, ən yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.
24-11-2022, 13:20
Paşinyan niyə Putinin maşınına mindi…


Paşinyan niyə Putinin maşınına mindi…

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında iştirak etmək üçün dünən Ermənistana gəlmişdi. Ev sahibi kimi Ermənistanın təşkil etdiyi sessiya bir sıra maraqlı məqamlarla yadda qalıb. Diqqət çəkən məqamlardan biri dövlət başçılarının İrəvan hava limanında necə qarşılanmağı olub. Belə ki, İrəvana gələn 5 dövlət başçısından 4-nü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmonu aeroportdan KTMT iclasının keçirldiyi “Dvin” mehmanxanasına qədər müşayiət edib. Yalnız Rusiya Federasiyasının prezidenti Vladimir Putini şəxsən erməni baş nazir Nikol Paşinyan qarşılayıb. Digər maraqlı hadisə prezidentlərin hərəkət etdiyi maşınlarla bağlı olub. Belə ki, 5 ölkənin liderlərindən yalnız Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidməti maşınlarını özləri ilə İrəvana gətiriblər ki, burada öz avtomobilləri ilə hərəkət etsinlər. Qırğızıstan, Belarus və Tacikistan prezidentləri - Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmon isə erməni tərəfinin verdiyi zirehli maşınlarla qarşılanıb. İrəvan hava limanında müşahidə olunan digər maraqlı fakt Paşinyanın Putinin maşınına minməsi olub. Rusiya prezidentini şəxsən qarşılayan erməni baş nazir “Dvin” mehmanxanasına yola düşərkən Putinin avtomobilinə əyləşib. Maraqlı hadisələrdən biri də Putinin İrəvana Rusiya istehsalı olan “Aurus” zirehli maşınlarından ibarət kortejini gətirməsi olub. Putin özü ilə ayrıca təyyarədə 6 hamısı zirehli olan “Aurus” maşını gətirib, 3- sedan, 3-ü mikroavtobus. Putinin özü Paşinyanla birgə sedanlardan birində əyləşib. Putini müşayiət edən karvanda Ermənistanın verdiyi avtomobillər olub.



Diqqət çəkən məqamlardan biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin avtomobilinin nisbətən sadə olması idi: W222 kuzovlu zirehli Mercedes Maybach. Digər ölkələrin liderlərini - Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadir Japarovu və Tacikistan Prezidenti Emomali Rahmonu Ermənistanın təqdim etdiyi köhnə W221 kuzovlu S-Class Mercedes avtomobilləri aparıb. Onlar zirehli olsalar da fiziki cəhətdən köhnəlmiş maşınlar idi. Dövlət başçılarının zirehli maşınlarla qarşılanması protokol tələbidir. Yəni böyük tədbirlərə ev sahibi edən ölkə yüksək rütbəli qonaqları qarşılamaq, lazım gəldikdə onların təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlara malik olmağa borcludur. Erməni mətbuatı yazır ki, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı kifayət qədər bərbad və acınacaqlı vəziyyətdədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına W222 kuzovlu iki zirehli Mercedes alınıb ki, onlardan biri və ya bəlkə hər ikisi növbə ilə baş nazirə xidmət edir. Təhlükəsizlik Xidmətinin avtomobil parkındakı digər maşınlar daha yaşlı, təxminən on və ya daha çox yaşı olan W221 gövdəli S-klass Mercedeslərdir. Həmin maşınlardan biri üçüncü prezident Serj Sarkisyana həvalə olunub. Ermənistan mətbuatının məlumatına görə, həmin maşın tez-tez texniki problemlər yaradır, mühərriki daha çox "yağ yandırır". Təhlükəsizlik Xidmətinin avtomobil parkında bir vaxtlar sabiq prezident Armen Sarkisyana xidmət etmiş bir zirehli BMW-760 da var. Amma onun da yaxşı texniki vəziyyətdə olmadığı qeyd edilir. 2018-ci ildə Almaniya kansleri Angela Merkel həmin BMW ilə qarşılanıbmış. Həmin gün Armen Sarkisyan qarşılanma mərasiminə şəxsi Cadillac avtomobili ilə getməli olub, çünki ona təyin edilmiş zirehli BMW Angela Merkelə verilmişdi.

24-11-2022, 00:13
“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur
“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir. Layihənin fəaliyyət planı çərçivəsində növbəti tədbiri, 50 nəfər şagird və gənc müəllimlərin iştirakı ilə Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin akt zalında keçirilmişdir. Tədbiri Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin direktoru Hüseynova Esmira açaraq məktəbin Elm və Təhsil Nazirliyinin təlimatları əsasında qurulan informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışdı.

Layihənin rəhbəri Kənan Qubadzadə iştirakçılara Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verdi. O, bildirdi ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır. Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verdi. Tədbirdə layihə çərçivəsində nəşr olunan “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı kitabça iştirakçılara paylanıldı. Sonda şagirdlərə və gənc müəllimlərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin direktoru Hüseynova Esmira “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edildi.
23-11-2022, 20:59
Günün sensasiyası: Almaniya məğlub oldu


Günün sensasiyası: Almaniya məğlub oldu

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk oyununda sensasiya qeydə alınıb. Butov.az xəbər verir ki, Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. Yaponiya yığması qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rika ilə üz-üzə gələcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!