Prezident şad xəbər verdi: “Hər birinizə 12 sot ayrılıb” .....                        Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI .....                        Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq .....                        Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım .....                        Nazir müavini Hikmət Hacıyevlə görüşdü .....                        İlham Əliyev Ərdoğanı təbrik etdi .....                        Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTO .....                        İranın naziri xəstəxanaya yerləşdirildi .....                        Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident .....                       
30-05-2023, 13:23
İtkin düşmüş hərbi qulluqçularla bağlı yeni prosedur müəyyənləşir


İtkin düşmüş hərbi qulluqçularla bağlı yeni prosedur müəyyənləşir

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Təklif olunan dəyişikliyə əsasən isə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
30-05-2023, 13:02
Sabahın havası


Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 20-25° isti olacaq.
30-05-2023, 11:57
“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edildi


“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edildi

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini ratifikasiya edib. Layihəyə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb. Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğz respublikalarıdır.
30-05-2023, 11:39
Prezident israilli həmkarını qarşıladı


Prezident israilli həmkarını qarşıladı

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi. Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamladı. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
30-05-2023, 11:03
Onlayn reseptlər pilot layihə kimi təqdim olundu


Onlayn reseptlər pilot layihə kimi təqdim olundu

Adətən həkimlərin yazdığı reseptləri oxumaq asan olmur. Sanki onların ayrıca əlifbaları var və bunu yalnız özləri və əczaçılar oxuya bilir. Amma bəzən onlar da belə reseptləri oxumaqda çətinlik çəkirlər. Əczaçılar da bəzən resepti oxuya bilmədiklərindən onu yazan həkimlə danışmaq məcburiyyətində qalırlar. Bu mümkün olmadıqda reseptin şəklini həmkarları ilə bölüşür, yazılan preparatların adlarını aydınlaşdırmağa çalışırlar. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi rəqəmsal resept layihəsini hazırlayır. Onlayn reseptlər artıq Bakı şəhər Narkoloji Dispanserində pilot layihə kimi təqdim olunub. İlin sonuna qədər onun bütün tibb müəssisələri və apteklərdə tətbiqi gözlənilir. Layihənin bir sıra digər üstünlükləri də var. Bu barədə Səhiyyə Nazirliyinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib. O qeyd edib ki, rəqəmsal resept kağız dövriyyəsini aradan qaldıracaq, həmçinin vətəndaşlara daha sürətli və elektronlaşdırlmış şəkildə xidmət göstəriləcək: "Reseptsiz satışına icazə verilməyən dərman preparatlarının qanunsuz satışının qarşısını alacaq. Yəni bu sahədə şəffaflığı təmin edəcək”. Bəzən pasiyentlər əl ilə yazılmış kağız resepti itirdiklərinə və ya həmin resept yarasız hala düşdüyünə görə həkimləri ilə yenidən görüş təyin etməli olurlar. Layihə bu cür halların aradan qaldırlmasında müsbət rol oynayacaq. Şöbə müdiri işi xeyli asanlaşdıracaq elektron reseptlərin istifadə qaydası barədə belə deyib: “Sistem həm fərdi kompüter, həm də mobil cihazlarda istifadə üçün nəzərdə tutulub. Belə ki, vətəndaşlar sistemə asan login vasitəsilə daxil ola biləcəklər. Eləcə də tibb müəssisəsində vətəndaşların fərdi identifikasiya nömrəsinə əsasən onlara elektron resept tərtib olunaraq mərkəzi uçot sistemi bazasına ötürüləcək. Vətəndaşlar onlara təqdim olunmuş elektron reseptin və ya fərdi identifikasiya nömrəsini, eləcə də QR kodunu əczaçılıq müəssisəsinə təqdim edərək lazım olan dərman preparatlarını ala biləcəklər”. Elektron reseptə yazılacaq preparatlar Taarif Şurasının qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələri bazası əsasında həyata keçiriləcək.
29-05-2023, 22:53
“Qarabağ” 300-cü ev qələbəsini qazandı


“Qarabağ” 300-cü ev qələbəsini qazandı

“Qarabağ” futbol klubu Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verib. Ağdam klubu mövsümün son matçında “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub ediblər. Qurban Qurbanovun yetirmələri 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur. Komandanın ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb.
29-05-2023, 22:19
Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatı təqdim olundu


Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatı təqdim olundu

Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. Mərasimdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər. Çunqvon Çu Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.



29-05-2023, 19:23
Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı


Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında ABŞ vaxtı ilə saat 22:30-da baş tutan bu möhtəşəm hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini çəlb edib. ACMA üzvləri və Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq hadisəni izləyiblər. Həmvətənlərimiz xalqımızın birlik və həmrəyliyinin rəmzi olan “Yallı” milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib. Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlandırılıb.

29-05-2023, 19:16
İlham Əliyev xanımı ilə dünya çempionatının açılışında iştirak etdi


İlham Əliyev xanımı ilə dünya çempionatının açılışında iştirak etdi

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər. Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlət başçısı və birinci xanım “Baku Crystal Hall”a gəldilər. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşdülər. Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim etdi. Dövlət başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər. Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirildi. Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı oldu. Sonra Dünya Taekvondo Federasiyasının himninin sədaları altında qurumun bayrağı səhnəyə gətirildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra hakimlər, idmançılar və məşqçilərin andiçmə mərasimi oldu. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırladıb. Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: “Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb”. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb. K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi. Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu. Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.









29-05-2023, 19:07
Müdafiə Nazirliyindən məlumat - Emənilər növbəti təxribata əl atdılar


Müdafiə Nazirliyindən məlumat - Emənilər növbəti təxribata əl atdılar

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!