Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
7-01-2024, 19:30
“Fənərbağça” rəqibini darmadağın etdi


“Fənərbağça” rəqibini darmadağın etdi

Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
Bu gün daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.
7-01-2024, 19:19
Təhsil naziri 2024-cü ilin hədəflərini açıqladı


Təhsil naziri 2024-cü ilin hədəflərini açıqladı

2024-cü ildə yeniliklərdən çox başladığımız işləri tamamlamağı düşünürük.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, işlər yarımçıq qalmamalıdır. Nazirin sözlərinə görə, qarşıdakı 10 il elm və təhsil sahəsində prioritet Böyük Qayıdış olacaq.
"Çünki proses çox sürətli olmalıdır. Bu il 5 məktəbdən danışırıqsa, 2026-ci ilə qədər 100-dən artıq məktəbin fəaliyyəti bərpa olunmalıdır. Bu, öz-özlüyündə mürəkkəb prosesdir. Ona görə ki, məcburi köçkün məktəbləri bağlanır və işğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılır. İnsanlar öz yurdlarına qayıdır. Bizim müəllimlərimizin əksəriyyəti də sevinə-sevinə qayıdırlar. Ümumiyyətlə, çox böyük tələb görürük. Ağalı məktəbində 10-11 yerə bir neçə yüz müəllim müraciət etmişdi. Bu, çox yaxşı haldır. Proses davam edəcək. O cümlədən Qarabağ Universiteti 2024-cü ilin əsas layihələrindən, təşəbbüslərindən biri olmalıdır. Bu universitetə qayıdış və 2024-cü ilin sentyabrında Xankəndidə artıq azərbaycanlı tələbələrin tədrisinin təşkili qürurverici bir istiqamətdir. Həm də düşünürəm ki, bu da kifayət qədər ambisiyalı prosesdir. Digər yandan sertifikatlaşdırma prosesi davam edəcək. Daha 30 min müəllimi prosesə cəlb edəcəyik. Bu o deməkdir ki, onların böyük əksəriyyətinin ya əməkhaqqı artacaq və ya əmək haqlarına əlavələr edilməklə gəlirləri artacaq".
Nazir çoxsaylı gündəlik məsələlərin də olduğunu söyləyib:
"Eyni zamanda bizim çoxsayda gündəlik əsasda gördüyümüz işlərimiz var. Müəllimlərin, direktorların işə qəbulu proseslərinin təkmilləşdirilməsi olduqca vacibdir. Mənə görə bizim qarşımızda hələ də bəzi məsələlər var ki, onlarla bağlı daha çox işlər görməliyik. Bu ilk növbədə inküliziv təhsil istiqamətidir.Digər yandan ümumiyyətlə keyfiyyətin qaldırılması üçün repetetorluq və bu istiqamətdə müzakirələrimizi biraz da intensivləşdirəcəyik. Yəqin ki, təmayülləşmə və digər alətlərdən istifadə etməklə şagirdlərimiz daha yaxşı öyrənməsi və repetitorluğun ailələrə və məktəblərə vurduğu zərərli məsələlərin aradan qaldırılması istiqamətində yeni təşəbbüslərimiz olacaq. Hər il biz ali təhsil müəssisələrinə qəbulda rekordlarımızı təzələyib daha çox insanı ali təhsilə qəbul edirik. Peşə təhsilində də vəziyyət belədir. Peşə və ali təhsil müəssisələrində daha çox insanın təhsil alma imkanını təmin etməyi düşünürük. Xaricdə təhsil proqramına çox nikbin baxırıq. Məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin ilk dəfə imtahan yolu ilə qəbulu başlayıb. Bu sahədə təhsil verənlərin də sertifikatlaşdırılmasını planlaşdırırıq. Yəqin ki, bu barədə daha çox məlumat verəcəyik. Ümumilikdə sahələr və istiqamətlər çoxdur. İnanıram ki, hər birinin müəyyən olunmuş hədəflərə doğru irəliləməsinə nail olacağıq".
7-01-2024, 18:51
Ermənistan Azərbaycanla bağlı məlumatları təkzib etdi


Ermənistan Azərbaycanla bağlı məlumatları təkzib etdi

Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin Zod kəndi istiqamətində atəş açması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O, habelə Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə məlumatı da yalan adlandırıb.
7-01-2024, 18:34
Peru Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir


Peru Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir

Peru dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim sadiqdir.
Bunu Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Dias etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
Səfir ölkəsinin buna xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu xüsusda Perunun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini diqqətə çatdırıb.
7-01-2024, 16:46
Tibb Universitetinin tələbəsi vəfat etdi


Tibb Universitetinin tələbəsi vəfat etdi

Azərbaycan Tibb Universitetinin tələbəsi vəfat edib.
Bu barədə Universitetdən xəbər verilib.
Qeyd edilib ki, ATU-nun II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı dünyasını dəyişib.
7-01-2024, 16:04
Prezident Lüksemburqun yeni təyin olunmuş səfirini qəbul etdi


Prezident Lüksemburqun yeni təyin olunmuş səfirini qəbul etdi

Prezident İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun səfirinin Azərbaycanda akkreditə olunmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Bu barədə Prezident İlham Əliyev yanvarın 7-də Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycan ilə Lüksemburq arasında əlaqələrin həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından önəmini qeyd edib.
Prezident İlham Əliyev əməkdaşlığın inkişafı üçün səylərin fəallaşdırılmasının zəruriliyini bildirib.
7-01-2024, 13:43
Zahid Oruc vəzifələrinin icrasını dayandırdı


Zahid Oruc vəzifələrinin icrasını dayandırdı

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.
Bu barədə STM-dən bildirilib.
Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyasının 06 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb.
"7 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.
Zahid Oruc Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb", - məlumatda vurğulanıb.
7-01-2024, 12:37
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi


Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib.
Bu barədə Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində etdiyi paylaşımda qeyd olunub:
"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".
7-01-2024, 12:21
Erməni seperatçı yenidən məhkəməyə çıxarıldı


Erməni seperatçı yenidən məhkəməyə çıxarıldı

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vaqif Xaçaturyan ifadə verib.
O bildirib ki, barəsində olan hökmdən apellyasiya şikayətini həm özü, həm də müdafiəçisi Radmila Abılova verib:
"Vicdanıma and olsun ki, günahsızam. Məndən şikayətçi olanların heç birini tanımıram. İttiham aktında qeyd olunur ki, mən silah əlimə alıb camaatı öldürmüşəm. Mən nə orda olmuşam, nə də kimisə görmüşəm".
V.Xaçaturyanın vəkili Radmila Abılova isə çıxışı zamanı məhkəmədən müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov, eləcə də dövlət ittihamçısı şikayətinin təmin olunmamasını istəyib.
Növbəti məhkəmə prosesi yanvarın 15-nə təyin edilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçaturyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Qeyd edək ki, V.Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
6-01-2024, 20:41
“Neftçi” Antalyada keçirilən oyunda uduzdu


“Neftçi” Antalyada keçirilən oyunda uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb.
"Ağ-qaralar" yerli komanda olan "Ərzurumspor"la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçda hesabı 10-cu dəqiqədə Rəhman Hacıyev açıb. Rəqibin heyətində 58-ci dəqiqədə Eren Tozlu penaltidən fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirib. Digər qolları isə 77-ci dəqiqədə Muhammed Özhan və 79-cu dəqiqədə Özger Sərt vurub.
Qeyd edək ki, "Neftçi" yanvarın 14-dək Türkiyədə toplanış keçəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!