18-11-2022, 17:30
Qumbara “hədiyyəsinə” görə 19 yaşlı gənc tutulduNəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir. Xatırladaq ki, noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib.
18-11-2022, 17:26
İlham Əliyev Mişustinlə görüşdüNoyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.
Butov.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin rəsmi foto çəkdiriblər.
17-11-2022, 22:38
İlham Əliyev və Putin telefonla danışdıNoyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
17-11-2022, 22:29
Qanunsuz erməni dəstələri təxribata cəhd etdiNoyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
17-11-2022, 22:24
Ermənistanın yaydığı bu məlumat yalandırNoyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.
17-11-2022, 16:58
Təbriz həbsxanasında Azərbaycan bayrağına görə davaİranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki həbsxanada Azərbaycan Respublikasının dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Məlumata görə, həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb. Bundan sonra xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Yaralanan Kərim İsmayılzadə həbsxananın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb. Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi də vurğulanıb.
17-11-2022, 16:47
Sosial yardımı ləğv edib, uşaqpulu verək! “Uşaqpulu məsələsi ilə bağlı sistemli dəyişiklik etmək lazımdır”. Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputat diqqətə çatdırıb ki, vətəndaşlar ünvanlı sosial yardımdan narazılıq edir: “Buna görə də hamının razı qalması üçün ünvanlı sosial yardım ləğv edib, onun əvəzinə uşaqpulu vermək lazımdır”.
17-11-2022, 16:41
Qardaşlarımız dirçəliş ruhunun güclü olduğunu göstərdilər - Türkiyə MN“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının mühüm dönüş nöqtəsi oldu. Qardaşlarımız 32 ildən sonra Qarabağda böyük zəfər qazandılar və dirçəliş ruhunun nə qədər canlı olduğunu göstərdilər”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşımında bildirilib. "Türkiyə “İki Dövlət, Bir Millət” anlayışı ilə hər zaman azərbaycanlı qardaş və bacıları ilə bir yerdə olmağa davam edəcək", - paylaşımda qeyd olunub.
17-11-2022, 16:35
Hərbçilərə verilən ödənişlərin artırılması təklif edildiDelimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişlərinin artırılması təklif edilib. Bu təkliflə Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. “Onların ödənişlərinin indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılmasını təklif edirik. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”, - deyə komitə sədri təklif edib.
17-11-2022, 16:34
Günəşli hava sabah da davam edəcəkNoyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.