Zabil Qəhrəmanov bu hadisəyə görə saxlanılıb .....                        Rasim Balayev Nazirlikdən NARAZIDIR .....                        “Tayfun” hədəfini dəqiqliklə məhv etdi .....                        Bu ölkədə 1 illik matəm elan olundu .....                        Azərbaycan qışda Ukraynanı XİLAS EDƏCƏK .....                        Ağstafada müəllim dərs zamanı vəfat etdi .....                        Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ .....                        Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ .....                        Pensiya və müavinətlərlə bağlı vacib xəbər .....                       
28-04-2023, 16:00
Sabaha olan hava proqnozu


Sabaha olan hava proqnozu

Aprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
28-04-2023, 15:30
Əli Əsədov taxılla bağlı qanuna edilən dəyişikliyi təsdiqlədi


Əli Əsədov taxılla bağlı qanuna edilən dəyişikliyi təsdiqlədi

Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən Fonda taxılın tədarükü və Fondda taxılın yeniləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Dövlət Sifarişçisinin qərarı, Fonddan taxılın istifadəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər. Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilir. Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd edilir.
28-04-2023, 14:30
Təhsil Nazirliyi öz funksiyasını tam yerinə yetirə bilmir - Deputat


Təhsil Nazirliyi öz funksiyasını tam yerinə yetirə bilmir - Deputat

Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. “Bu gün təhsil sahəsində ciddi problemlər var. Yəqin ki, biz bu qanunlara yenidən baxmalı olacağıq. Proseslər də çox yavaş gedir. Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu qanunvericiliklə əsaslandırırlar. Sertifikasiya ilə bağlı ali təhsilin keyfiyyətində ciddi probemlər var. Həmçinin sertifikasiyada da problemlər var. Biz diplom veririk, sonra deyirik ki, sizin diploma güvənmirik və sertifikasiyaya cəlb edirik. Bununla da biz mütəxəssis müəllim yerləşdirə bilmirik”, - deyə deputat vurğulayıb.
28-04-2023, 13:30
Peşə məktəblərində qiyabi təhsil ləğv edilir


Peşə məktəblərində qiyabi təhsil ləğv edilir

Peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. Bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif olunub. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlar akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.
28-04-2023, 13:00
Sertifikatlaşdırmadan keçməyənlərin yenidən iştirak hüququ olacaq


Sertifikatlaşdırmadan keçməyənlərin yenidən iştirak hüququ olacaq

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Qanun layihəsinə görə, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
28-04-2023, 11:30
Dövlət başçısı Zərifə Əliyevanın məzarını ziyarət etdi


Dövlət başçısı Zərifə Əliyevanın məzarını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.






28-04-2023, 11:00
Şəhid anasına qarşı oğurluq əməli törədildi


Şəhid anasına qarşı oğurluq əməli törədildi

Mingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib. Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.


27-04-2023, 21:30
Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandı


Qardaş ölkələr arasında “Əməkdaşlıq Protokolu” imzalandı

Azərbaycan və Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb. Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop twitter hesabında bildirib. “Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik. Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik. İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, - türkiyəli spiker qeyd edib.
27-04-2023, 16:49
İki tərəfin də zərər çəkməsini istəmirik - Fransa XİN


İki tərəfin də zərər çəkməsini istəmirik - Fransa XİN

İstəmirik ki, iki tərəf (Azərbaycan və Ermənistan-red) zərər çəksin. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib. O, Fransanın sülh səylərini artırmaq istədiyini söyləyib. "Fransa səylərini artırmaq istəyir. Regionda jest lazımdır, bununla da sülh prosesi başlaya bilər",- deyə fransalı nazir qeyd edib.
27-04-2023, 16:47
Ceyhun Bayramov Fransanın XİN başçısına iradlarını qeyd etdi


Ceyhun Bayramov Fransanın XİN başçısına iradlarını qeyd etdi

Avropa ölkələri arasında Fransa hər zaman danışıqlarda fəal iştirak edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanın əsas istəyi ədalətli yanaşmadır. "Bizim hər zaman istəyimiz ədalətli yanaşma olub. Təcavüzkar və təcavüzə məruz qalan ölkə arasında tarazlıq qoyulurdu. Biz bir dəfə də olsun Fransadan iki il ərzində Ermənistana çağırış görmədik. Fransa bir dəfə də demədi ki, Ermənistan 10 min qanunsuz silahlını öz büdcəsi ilə Qarabağda silahlandırır. Bunların hamısı sülhə mənfi təsir edir. Bunları xanım nazirə xatırlatmaq istəyirik", - deyə XİN başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!