Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
31-10-2022, 21:23
Soçidə üçtərəfli görüş başladı


Soçidə üçtərəfli görüş başladı

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. Butov.az xəbər verir ki, görüş Rusiyanın Soçi şəhərində keçirilir. Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşüb.
31-10-2022, 21:14
Soçidə İlham Əliyevlə Putinin görüşü olub


Soçidə İlham Əliyevlə Putinin görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Butov.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını qarşılayıb. Sonra birgə foto çəkdirilib. Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu! Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir. Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm. Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir. Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.
31-10-2022, 20:45
“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev


“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb. Bugünkü görüş regional məsələlərə həsr olunub. Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”. Bunu Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib. Dövlət başçısı görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub, buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb, bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.
31-10-2022, 20:33
Paşinyan Putindən Azəbaycan Ordusunu geri çəkməyi xahiş etdi


Paşinyan Putindən Azəbaycan Ordusunu geri çəkməyi xahiş etdi

Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üçün "Rusiya layihəsi"nin təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bəyan edib. “Keçən həftə “Valday” Diskussiya Klubunda siz Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi məsələsini qaldırdınız, bu prosesin Dağlıq Qarabağla bağlı bəzi parametrlərini vurğulayaraq, həmin prinsipləri dəstəkləyəcəyinizi bildirdiniz. KTMT-nin (KTMT Kollektiv Təhlükəsizlik Şurası - red.) sizin iştirakınızla keçirilən son qapalı iclasında mən də bu barədə danışdım. Bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağla bağlı Rusiya tərəfindən təklif olunan yanaşmalar, Moskvanın Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri və parametrlərinə dair layihəsi bizim üçün məqbuldur”, - Paşinyan bildirib. O ümid etdiyini bildirib ki, Rusiya lideri bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüşün yekunları üzrə mümkün üçtərəfli bəyanatın mətnində bu sənədə istinad edilməsi təklifini dəstəkləyəcək."Ermənistan bunu təklif edib, lakin hələ ki Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir təsdiqimiz yoxdur... Bu, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş təkliflərə zidd deyil”, - Paşinyan bildirib. Ermənistanın baş naziri deyib ki, İrəvan üçün Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından Azərbaycan qoşunlarının çıxarılması da çox vacibdir. “Bizim üçün Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından (Fərrux dağı və ətraf əraziləri nəzərdə tutur-red.) çıxarılması məsələsi çox önəmlidir... Ən yüksək səviyyədə razılaşmalara zidd olaraq, Azərbaycan qoşunları hələ də məsuliyyət zonasını tərk etməyib. Ümid edirəm ki, bugünkü müzakirələrdən sonra bu məsələ öz həllini tapacaq”, - Paşinyan bildirib. Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə erməni əsirlərin azad edilməsi məsələsinin hələ də həll olunmadığını bildirib.“Mən Azərbaycanda saxlanılan bütün Ermənistan vətəndaşlarının azad edilməsinin və repatriasiyasının vacibliyini vurğulamaq istəyirəm. Bu məsələni onlarla dəfə müzakirə etməyimizə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əksinə olaraq, məsələ hələ də həllini tapmayıb”, - deyə Paşinyan bildirib.
31-10-2022, 20:26
Münaqişəyə son qoyulmalıdır - Putin


Münaqişəyə son qoyulmalıdır - Putin

Azərbaycan və Ermənistan arasında münaqişə uzun illərdir davam edir və buna son qoyulmalıdır. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib. Putin bildirib ki, bütün məsələlərdə razılaşmaq lazımdır. “Əsas odur ki, sülh və inkişafı təmin edək. Kommunikasiyaların açılması Ermənistan üçün sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”,- deyə Rusiya lideri vurğulayıb.
31-10-2022, 20:23
Putin Paşinyanla görüşdü - İrəvan Qarabağ təklifini qəbul etdi


Putin Paşinyanla görüşdü - İrəvan Qarabağ təklifini qəbul etdi

Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüşdən sonra liderlərin çıxışlarından sitatlar mətbuatda dərc olunub.“Nə vaxtsa bitirməliyik. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var və bunun üçün əsas məqamları üçtərəfli görüşdə müəyyənləşdirmək lazımdır. Əsas odur ki, sülh və inkişafı təmin edək. O cümlədən Ermənistan iqtisadiyyatı, çünki kommunikasiyaların açılması Ermənistan üçün də sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Çox ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”,- deyə Putin bildirib. Paşinyan isə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın Qarabağla bağlı təklif etdiyi yanaşma rəsmi İrəvan üçün məqbuldur.
31-10-2022, 20:12
Kəlbəcərdə əsir düşdüyü ehtimal edilən qadının qalıqları tapıldı


Kəlbəcərdə əsir düşdüyü ehtimal edilən qadının qalıqları tapıldı

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülüb. Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir. Hazırda araşdırma davam etdirilir.
31-10-2022, 13:45
İlham Əliyev Soçiyə getdi


İlham Əliyev Soçiyə getdi

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
31-10-2022, 13:39
Sabahın havası - Yağış, qar yağacaq...


Sabahın havası - Yağış, qar yağacaq...

Noyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
31-10-2022, 13:37
Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb


Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 146 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 24-dən 29-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 97 mina və 398 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 350 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!