Yollarımıza düşən inam işığı .....                        Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                       
6-10-2022, 22:49
İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdü


İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdü

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub. Butov.az xəbər verir ki, görüş Avropa Siyasi Birliyi liderlərinin sammitindən əvvəl baş tutub. Hər üç ölkənin liderləri ilk dəfə olaraq üçtərəfli formatda bir araya gəliblər.




6-10-2022, 22:45
Klubdakı partlayışa görə tutulanlara hökm oxundu


Klubdakı partlayışa görə tutulanlara hökm oxundu

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, digər təqsirləndirilən Ruslan Məmmədova şərti cəza verilib. Ötən prosesdə prokuror Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulovun 7 il 6 ay, Orxan Səfərli və Ruslan Məmmədovun isə 5 il 3 ay azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, hadisə bu ilin aprelində Səbail rayonunda baş verib. Belə ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb. Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub. Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib. İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.
6-10-2022, 22:41
Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib


Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib

"Ermənilərin işğal dövründə qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağ ərazisinə səfər etmiş 19 nəfər axtarışa verilib". Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib."Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırki vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib", - qurum rəsmisi vurğulayıb.
6-10-2022, 22:32
Messi rekordunu yenilədi


Messi rekordunu yenilədi

“Pari Sen-Jermen” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Lissabonun "Benfika" komandasına qarşı oyunda (1:1) qol vuraraq Çempionlar Liqasının rekordunu yeniləyib. Bu barədə "Opta" portalı bildirib. Portuqaliya klubu Çempionlar Liqasında Messinin qapısına qol vurduğu qırxıncı komanda olub. Bundan əvvəlki nailiyyət - 39 klub da argentinalıya məxsus idi. Bu göstəriciyə görə ikinci yerdə “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo gəlir. O, turnirdə 38 fərqli komandaya qol vurub."Benfika"ya vurduğu qolla Messi Çempionlar Liqasının 18 mövsümündə rəqib qapısına top göndərən yeganə oyunçu olmaqla növbəti rekorda imza atıb.
6-10-2022, 22:30
Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib


Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”. Bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib. K.Əliyev qeyd edib ki, dəfələrlə ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırıb:“Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.
6-10-2022, 22:28
Azərbaycan Ordusu qış rejiminə keçir


Azərbaycan Ordusu qış rejiminə keçir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. MN-dən verilən məlumata görə, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır. Həmçinin döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılır. Yüksək dağlıq və sərt iqlim şəraitində xidmət aparan hərbi qulluqçulara normadan əlavə təminat və təchizat vasitələri ayrılır. Aparılan təminat və təchizat işləri, texnikaya qulluq hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də şəxsi heyətin payız-qış mövsümündə heç bir çətinlik çəkmədən xidmət aparmağına imkan verəcək.










6-10-2022, 22:22
Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb


Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb

44 günlük Vətən Müharibəsi zamanı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər öldürülən azərbaycanlı Azərbaycan tərəfinə təhvil verilib. Bunu Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırkən deyib. O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir.
6-10-2022, 22:15
İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb


İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb

Oktyabrın 1-dən alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV-nin bir hissəsi geri qaytarılmır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb. Bununla yanaşı, “ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.
6-10-2022, 22:12
Erməni meyitləri ilə bağlı görüntülər saxtadır


Erməni meyitləri ilə bağlı görüntülər saxtadır

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb. Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib. Onun sözlərinə görə, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət aparan 2 hərbi qulluqçunun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin 2 hərbi qulluqçusunun Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri faktları ilə bağlı istintaq aparılmış, 4 nəfər şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin şəxslər barədə cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər. "Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bununla bağlı social şəbəkələrdə yayılmış video və foto materiallarla bağlı bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur. Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən video görüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilmişdir", - deyə qurum rəsmisi əlavə edib.
6-10-2022, 22:08
Rusiyadan Azərbaycana 309 min nəfər gəlib


Rusiyadan Azərbaycana 309 min nəfər gəlib

Sentyabr ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, ötən ay Azərbaycana 158 803 əcnəbi səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 faiz çoxdur. Belə ki, ötən ilin sentyabrında ölkəyə 72 688 nəfər gəlib. Bu ilin yanvar-sentyabr ayları ərzində isə ölkəyə 1 162 949 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 9 ayında ölkəyə 515 280 xarici turist səfər etmişdi. Ən çox turist isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandan (5432) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 29,07, Türkiyə üzrə 18,58, Yaxın Şərq üzrə 11,35, İran üzrə 10,53, Cənubi Asiya üzrə isə 9,32 faiz olub. Bu ilin ilk 9 ayında ən çox əcnəbilərin gəldiyi top 15 ölkənin statistikasına görə, Rusiyadan 309 min, Türkiyədən 228 min, İrandan 128 min, Səudiyyə Ərəbistanından 86 min, Gürcüstandan 56 min, Pakistandan 38 min, Hindistandan 36 min, BƏƏ-dən 27 min, Qazaxıstandan 22 min, Ukraynadan 21 min, İsraildən 20 min, Küveytdən 19 min, Özbəkistandan 18 min, Omandan 16 min, Birləşmiş Krallıqdan isə 13 min əcnəbi gəlib. Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 43 faiz azdır. Belə ki, 2019-cu ilin sentyabrında ölkəyə 279 618 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-sentyabr aylarında isə gələnlərin sayı (2 415 854) bu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çox olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!