Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
15-04-2023, 15:30
Bayrağımızın yandırılmasıyla bağlı cinayət işi açıldı


Bayrağımızın yandırılmasıyla bağlı cinayət işi açıldı

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Azərbaycan Baş Prokurorluğu hadisə ilə əlaqədar cinayət işi başladıb. Bildirilib ki, Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb. Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyayaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır.
15-04-2023, 15:00
İşgəncə görən əsgərin anası sosial şəbəkə istifadəçilərinə müraciət etdi


İşgəncə görən əsgərin anası sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Bir neçə gün əvvəl Ermənistanda əsir götürülərək işgəncələrə məruz qalan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova sosial şəbəkə istifadəçilərinə müraciət edib. Əsgər anası sosial şəbəkələrdə övladı ilə bağlı yalan məlumatlar yayıldığını bildirib. Onun sözlərinə görə, "TikTok" və digər sosial şəbəkələrdə Hüseynin Azərbaycana qaytarılması haqda saxta xəbərlər yayılıb. "Xahiş edirəm, yalan xəbər yaymasınlar. Ürəyim tab gətirmir daha. Şad xəbər deyirlər, sonra məlum olur ki, yalandır. Etməyin belə, bizə yazığınız gəlsin", - deyə Ş.Axundova söyləyib. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Bu yaxınlarda sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.
15-04-2023, 14:00
Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi


Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvü Hovik Ağazaryan İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib. Erməni deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”, - deyə iqtidar deputatı bildirib. Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.
15-04-2023, 13:00
Paşinyan Azərbaycan bayrağını yandıran şəxsi işdən çıxardı


Paşinyan Azərbaycan bayrağını yandıran şəxsi işdən çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə Aysor.am özəl mənbələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni Azərbaycan bayrağını yandırmağa cəhd edib. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.
15-04-2023, 12:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 16-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
15-04-2023, 00:23
XİN-dən İrəvandakı təxribatla bağlı cavab


XİN-dən İrəvandakı təxribatla bağlı cavab

“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "twitter" hesabında yazıb. O qeyd edib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: “Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
14-04-2023, 22:00
Zabux kəndində ölümlə nəticələnən qəza baş verib


Zabux kəndində ölümlə nəticələnən qəza baş verib

Laçın rayonunun Zabux kəndi ərazisində "Şaqman" markalı yük avtomobili aşıb, ölən var. DİN-in mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü 1987-cil il təvəllüdlü Samir Zülfüqarov hadisə yerində ölüb. Araşdırma aparılır.
14-04-2023, 21:30
Azərbaycana qarşı növbəti təxribat


Azərbaycana qarşı növbəti təxribat

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni oğlan Azərbaycan bayrağını yandırmağa cəhd edib. Yanan bayraq səhnədən yığışdırılıb və yenisi ilə əvəz olunub. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. Qeyd edək ki, Avropa çempionatında iştirak edən Azərbaycan ağırlıqqaldırma yığması İrəvandadır. Ölkəmiz yarışda 12 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.
14-04-2023, 21:00
“Neftçi” “Qəbələ”yə məğlub oldu


“Neftçi” “Qəbələ”yə məğlub oldu

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “Neftçi” klubu “Qəbələ” ilə üz-üzə gəlib. Görüş “Bakcell Arena”da keçirilib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini qoruyub. Üçüncü yerdə qərarlaşan “Neftçi”nin isə aktivində 60 xal var.
14-04-2023, 20:28
TƏBİB uşaq sağlamlığının qorunmasına dair müşavirə keçirib


TƏBİB uşaq sağlamlığının qorunmasına dair müşavirə keçirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yeni Klinikada uşaq sağlamlığının qorunmasına dair geniş müşavirə keçirilib. Müşavirədə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin direktorları, TƏBİB-in struktur bölmə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov açıb.


Daha sonra çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana və uşaq sağlamlığının qorunması sahəsinə dövlət səviyyəsində xüsusi önəm verildiyini vurğulayaraq tabeli tibb müəssisələrində bu istiqamətdə görülən işlərdən və çatışmazlıqlardan danışıb.
İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev çıxışında neonatal və pediatrik xidmətin təşkili məsələlərinə toxunaraq ötən illərdə ana və uşaq sağlamlığı ilə bağlı həyata keçirilən layihələrdən söz açıb, 2023-cü il üçün görüləcək işlər haqqında məlumat verib.

Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva uşaqların icbari dispanserizasiyadan keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək onlar arasında rutin immunizasiyanın önəmini qeyd edib. O, valideyn himayəsindən məhrum olan uşaqların da hər il dövlət proqramı çərçivəsində dispanserizasiya müayinələrinə cəlb edildiyini, TƏBİB-in tabeliyindəki poliklinikalarda dispanserizasiyadan keçirildiyini vurğulayıb. Ş.Şahgəldiyeva tibbi reabilitasiyanın təşkili, patronaj xidmətinin yeni modelinin tətbiqi, “Körpə Dostu Klinikası” layihəsi haqqında ətraflı bəhs edib:
“Xəstə və xəstələnmə riski olan uşaqların bərpa müalicəsinin təşkili məqsədilə 2021-ci il ərzində Uşaq Bərpa Mərkəzinə 20 990 müraciət daxil olub. 2 528 xəstəyə 23 526 fizioterapevtik prosedur, 1 482 xəstəyə 18 081 müalicəvi bədən tərbiyəsi prosedurları aparılıb”.
Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova çıxışında 2022-ci il ərzində regionlarda neonatal köçürülmələrə və kuratorların fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda yenidoğulmuşları qəbul edən əsas perinatal mərkəzlər olaraq Sumqayıt Perinatal Mərkəzi, Respublika Perinatal Mərkəzi, Şəki Regional Perinatal Mərkəzi (RPM), Quba RPM, Lənkəran RPM, Gəncə RPM və Elmi-Tədqiqat Pediatriya İnstitutu göstərilib:
“Köçürülmə, əsasən, vaxtından əvvəl doğulmuş körpələrə reanimasiyon qulluq və ya cərrahi müdaxilələr tələb olunan hallarda baş verib. Doğuşayardım xidməti üzrə 37 rayonda I səviyyəli, 9 rayonda II səviyyəli, 5 rayonda III səviyyəli tibb müəssisəsi fəaliyyət göstərir”.
H.Kazımova bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin həkim-neonatoloqlarının yerində nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması məqsədilə kuratorlar Bərdə, Gəncə, Göyçay, Lənkəran rayonlarına uzunmüddətli ezam olunublar. Eyni zamanda işin düzgün təşkili istiqamətində müəssisə rəhbərlərinə müvafiq təkliflər veriblər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Afaq Əliyeva çıxışında respublika üzrə peyvəndləmə işlərinin təşkili və nəticələrindən bəhs edib. O, 2018-2022-ci illər üzrə profilaktik peyvəndlərin yerinə yetirilməsi statistikasını bölüşüb:
“COVID-19 pandemiyası dönəmində peyvəndləmə üzrə göstəricilər aşağı düşsə də, 2022-ci ildə yenidən peyvənd statistikasında dinamika müşahidə olunur. Peyvənd təqviminə əsasən doğulduqdan sonrakı ilk 12 saat ərzində, 2, 3, 4, 6, 12, 18 aylıqlarda, 6 yaşında vurulmalı olan peyvəndlər var. Peyvəndlə idarə olunan xəstəliklərə isə qızılca, məxmərək, epidemik parotit, difteriya, göyöskürək, tetanus, poliomielit xəstəliklərini misal göstərə bilərəm”.

TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin aparıcı məsləhətçisi Romella Osmanova bildirib ki, dünyada vərəm xəstəliyinin rastgəlmə tezliyinə görə 25-44 yaşlar arasında vərəmə yoluxma riski daha yüksəkdir:
“15 yaşdan kiçik uşaqlar və gənc yeniyetmələr isə qlobal miqyasda vərəmli insanların təxminən 11%-ni təşkil edir. Bu, hər il dünyada 15 yaşa qədər 1,1 milyon uşaq və yeniyetmənin vərəmə yoluxması, onlardan 225 000-dən çoxunun həyatını itirməsi deməkdir”.
R.Osmanova vərəmlə mübarizə sahəsində əsas məsələnin diaqnozun erkən qoyulması olduğunu da bildirib. Bu səbəbdən R.Osmanova risk qrupunda olan şəxslərin daim nəzarətdə olmasını və vaxtaşırı müayinə olunmalarının zəruriyyətini dilə gətirib.
Tədbirin sonunda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yekun nitqlə çıxış edərək bundan sonra da ana və uşaq sağlamlığının, immunizasiya və vaksinasiya proseslərinin daim nəzarətdə saxlanılmasına və təkmilləşdirilməsinə dair tabeli tibb müəssisələri rəhbərlərinə tapşırıqlarını verib. O, müəssisə rəhbərləri qarşısında mövcud nöqsanların qısa zamanda aradan qaldırılmasını tələb kimi qoyub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!