Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
21-01-2022, 13:24
Ronaldo və baş məşqçi arasında GƏRGİNLİK - VİDEO

İngiıtərənin "Mançester Yunayted" komandasında futbolçu Kriştianu Ronaldo ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.

Bütöv.az xəbər verir ki, hadisə "Mançester Yunayted"in "Brentford"a 3:1 hesabı ilə qalib gəldiyi matçda baş verib.

71-ci dəqiqədə baş məşqçi Ronaldonu əvəzləyib. Ulduz futbolçu meydandan çıxdıqdan sonra Ranqnikə qışqıraraq "Niyə mən? Niyə məni meydandan çıxardın"? deyə qəzəblənib.

Baş məşqçi isə Ronaldonun kiçik zədəsi olduğunu, komandanın mənafeyi naminə belə etdiyini deyib:

"Bu, normal haldır, o da oynamaq və qol vurmaq istəyir. Daha əvvəl kiçik zədəsi olmuşdu. İrəlidə daha bir vacib qarşılaşmamızın olduğunu unutmayaq. Ronaldo məndən əvəzlənmə səbəbini soruşduqda cavab verdim ki, bu qərarı komandanın mənafeyi naminə qəbul etmişəm. Bir neçə ildən sonra özü məşqçi olduqda məni anlayacaq".

21-01-2022, 13:20
Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.







Bütöv.az
21-01-2022, 13:05
Bukelenin Ankara səfəri: Pərdəarxasından boylanan niyyətlər – TƏHLİL

Türkiyənin xarici siyasət prioritetlərinin önündə yeni strateji panorama açılır. Ankaranın hədəflərini şaxələndirmək üçün yaratdığı istiqamətlərdə Mərkəzi Amerika (Latın Amerikasının bir hissəsini əhatə edir) ölkələri ilə münasibətlərin yaxşılaşdırılması da dayanır.

Yanvarın 20-də Ankarada səfərdə olan Salvadorun Prezidenti Nayib Bukelenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qəbulunda olması da Ankaranın Latın Amerikasına yön alan siyasətində növbəti səhifə açıldığını göstərir.

Ankara-San Salvador əlaqələri Türkiyənin müşahidəçi statusunda olduğu Amerika Dövlətləri Təşkilatı, Mərkəzi Amerika İnteqrasiya Sistemi, Karib Hövzəsi Dövlətləri Assosiasiyası, Karib Birliyi, MERKOSUR kimi təşkilatlardakı mövqeyinin güclənməsi və strateji maraqlarının təmini önündə duran maneələri aşmaq baxımından önəmlidir.

Beynəlxalq konyunkturada nüfuz dairələrinin statik vəziyyətdən çıxarılıb yenidən bölüşdürülməsi uğrunda aparılan savaşın nişanələrinin aydın nəzərə çarpdığı bir zamanda dövlətlər var olma instinktini işə salaraq güclənməyin formulunu axtarır.

Dünyanın siyasi sistemi üçün ortaya çıxan yeni sınaqlar, bir qədər gözdən-könüldən “uzaq düşmüş” yerləri də yada salmağa təhrik edir.

Türkiyə-Salvador münasibətlərinin rəngini açmaq prosesinin başlaması da həmin strateji məntiqdən doğur.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti zamanı ölkənin Latın Amerikası regionu ilə əlaqələrinin səviyyəsi yüksəlib.

Bəzi məqamları diqqətə çatdırmaq istərdik:

1. 2002-ci ildə Türkiyə ilə Latın Amerikası ölkələri arasında ticarətin həcmi 1 milyard dollar idisə, 2021-ci ildə bu rəqəm 15 milyard dollar təşkil edib,

2. Türkiyə 15 milyardlıq həcmi iki və ya üç dəfə artırmağı qarşıya məqsəd qoyub,

3. Türkiyəli biznesmenlərin həmin regionda investisiyalarını artıracağı gözlənilir.

İqtisadi pəncərələrin artması siyasi məramın yerinə yetirilməsində baryer olan düyünlü nöqtələri açır ki, bu da Ankaranın xeyrinədir.

Nayib Bukelenin Türkiyəyə səfərində iki ölkə arasında iqtisadiyyat, ticarət, diplomatiya, müdafiə sənayesinə dair altı sənəd imzalanıb ki, bu da əlaqələri yüksək səviyyəyə çatdırmaq yolunda vacibdir.

Burada ən diqqət çəkən məqam müdafiə sənayesi ilə bağlı sənəddir, hərçənd ki, sənədin mətni açıqlanmır. Lakin düşünmək mümkündür ki, Türkiyənin Salvadora müdafiə sənayesi məhsulları ixrac edəcəyi gözlənilir ki, bu da Latın Amerikası ölkəsinin ordu gücünü artırmağa hesablanıb.

Salvadorla hərbi sahədə əməkdaşlıq Türkiyənin Mərkəzi Amerikadakı hərbi iştirakı üçün əsaslar yaradır.

Təbii ki, bu proseslərdə Türkiyənin təkbaşına hərəkətlilik nümayiş etdirməsi barədə düşüncələrə dalmaq sadəlövhlük olardı. Yəqin ki, Qərb siyasi dairələrinin “dərin beyinləri” Türkiyənin artan qüdrətini öz yararına yönəltmək istəyir.

Rusiyanın Venesuelada və Kubada hərbi baza yaratmaq ideyalarının dövriyyədə olduğu zamanlarda Qərb digər oyunçuların regiona gəlməsinə şərait yaradır.

Bukelenin Ərdoğanla birgə mətbuat konfransında verdiyi mesajın alt qatında Türkiyənin Mərkəzi Amerikada aktiv siyasi gücə çevrilməsinin izlərini görürük.

Bukele deyib: “Türkiyə daha böyük güc olacaq və bu, dünya üçün önəmli rol oynayacaq. Biz də Türkiyənin böyüməsinin bir parçası olmaq və onu müşayiət etmək istəyirik”.

Təəssüflər olsun ki, siyasi-strateji vitrinə yeni “məhsullar”ın qoyulması beynəlxalq güclər arasında qarşıdurmaya rəvac verir.

Bütöv.az
21-01-2022, 12:48
Pensiyaya vaxtından əvvəl çıxmaq istəyənlər...

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.

Bütöv.az
21-01-2022, 10:53
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunur.

WTI markalı neftin mart fyuçersləri 2,03 % ucuzlaşaraq bir bareli 83,81 ABŞ dolları olub.

“Brent” markalı neftin mart fyuçersləri 1,78 % ucuzlaşaraq bir bareli 86,81 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
20-01-2022, 20:07
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11756566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5208739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4723586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1824241 təşkil edir.

Bütöv.az
20-01-2022, 20:03
İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bütöv.az
20-01-2022, 13:09
Baş nazir: “Ərdoğan dediyini edən yeganə insandır...”

“Bir söz var: mən müsəlman deyiləm, katolikəm, həyat yoldaşım müsəlmandır. İstər Avropa İttifaqında olsun, istərsə də Albaniyada Türkiyə ilə aramızdakı münasibətlər heç kəsi narahat etməsin”.

Bütöv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Albaniya Baş naziri Edi Rama deyib.

Baş nazir Albaniyanın həmişə Türkiyə ilə yaxın əlaqələrinin olduğunu bildirib:

“Hər yer bağlı olanda da Albaniyanın Türkiyə ilə əlaqələri olub. Türkiyə ilə əlaqələr çox qədimlərə gedib çıxır. Cənab Prezident Ərdoğanla aramdakı münasibətə gəlincə, narahat olacaq bir şey yoxdur. Verilən şərhlərin hamısı gülüncdür. Bunu ancaq konspirasiya nəzəriyyəsi irəli sürənlər edirlər. Bununla belə, xüsusilə Avropa İttifaqı daxilində bu şərhləri ciddiyə alanlar da var. Bəzi şeylər var ki, onları pozmaq olmur. Prezident Ərdoğanın hökumətindən başqa bir ölkə tanımıram ki, bizim üçün xüsusi görüş təşkil edərək bizi dəstəkləsin. Ayrıca, Türkiyə Albaniyanı dövlət kimi tanıyan ilk ölkələrdən biridir. Bunu yanımdakı cənab (Ərdoğan) etdi.

Konspirasiya nəzəriyyəsi bir yana qalsın, Türkiyənin bölgədəki rolu dəyişməz və bənzərsizdir. Bu, şübhəsiz ki, çox konstruktiv roldur. Bu, sülhü təşviq edən konstruktiv roldur. Başda Türkiyə olmaqla prezidentin üstünə salınan kölgələr hamısı ssenaridir. Bunlar müxtəlif düşüncələrin ssenariləridir, reallığa uyğun gəlmir. Bu, mənim üçün imtiyazdır. Kiçik bir ölkənin baş naziri kimi Ərdoğanla bu qədər tez-tez görüşmək bir imtiyazdır. Onunla görüşlərimdə heç vaxt onu mənə dərs verən müəllim kimi görməmişəm”.

Edi Rama bildirib ki, Ərdoğanın mövqeyi heç vaxt onu çətin vəziyyətə salmayıb:

“Bizim belə bir münasibətimiz olmayıb. Əksinə, qarşılıqlı hörmət var. Bunlar vacib şeylərdir. Mənim üçün özəl gündür. Bu qədər açıq deməmişəm, beynəlxalq aləmdə çox da rast gəlinmir ki, həmişə xeyirxah işə “bəli” deyən liderlərlə görüşəsən, onları asanlıqla tapa bilməzsən. Əsl lider tapmaq asan deyil. Ərdoğan dediyini edən yeganə insandır”.
20-01-2022, 13:02
Baş Qərargah rəisi “Şahinlər”imizə tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib.
Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Bütöv.az
20-01-2022, 12:06
Sabir Rüstəmxanlı yazır: "Qazaxıstanın rus qışı, Rusiyanın qazax xofu"


Sabir Rüstəmxanlı


Qazaxıstanın rus qışı, Rusiyanın qazax xofu
1990 cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətbuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır. Hər qəzetin də öz variantı, öz yanaşması...
Nəhayət, internet açılıb, əlaqələr bərpa olunub. Narahatlıq və sual dolu yazılarımız qazax dostlarımıza çatıb və onlar da bəzisi ehtiyatla, bəzisi açıq şəkildə cavablar yazır, həmin günlərdə görüb- izlədikləri haqqında fikirlərini bölüşürlər. Otuz il əvvəl Sovet ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərdən sonra bizim göz yaşı ilə dolu yazılarımız, dünyanın eşitmək istəmədiyi harayımız yada düşür. O vaxt Sovet Ordusu Bakı işğalını bir müddət gizli saxlada bilmişdi, lakin Qazaxstan hadisələri gizli qalmadı.
Bir qazax ziyalısının yazısında oxuyuram:
“Tokayev ölkəyə ordu yeritdi və biz dünənki gündən Rusiyanın işğalı altındayıq.Tokayevin apardığı iyrənc təbliğata aldanmayın.. Yağmaçılar, vəhşilik törədib evləri yandıranlar hakimiyyətin öz adamlarıydı. Xalqın dinc mitinqini gözdən salıb boğmaq üçün.”
Başqa bir akademik dostum qazax xalqına müraciət edir ki, adını dəyişmək istəyiriksə, Nursultan şəhərinə türklərin böyük sərkərdəsi Çingiz xan adını verək...Üstəlik, türk dünyasının və Qazaxıstanın ağsaqqalı N.Nazarbayev də bir çoxlarının sevincinə, marağına, narahatlığına son qoyub mətbuatda açıqlama ilə çixiş edib, baş verən olaylarda düşmən əli olduğunu bildirib, xalqı yekdilliyə çağrıb və Tokayevin qiyamı yatırmaq üçün atdığı addımları bəyəndiyini bəyan edib…
Görünən budur ki, Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrin ordusunu Qazaxıstana soxmaqla qazax xalqının iradəsini qıracaqlarını, xalqın türklük sevdasını söndürəcəklərini düşünənlər yanıldılar...Bu baxımdan da Qazaxıstandakı durum bizdə 20 Yanvardan sonrakı vəziyyətə çox bənzərdir.
Şübhəsiz, bu hadisələr haqqında əsl həqiqəti müəyyən vaxt keçəndən sonra öyrənəcəyik. Bu arada Rusiya mətbuatında on beş gündür “Qazax qiyamının texnologiyası”na həsr edilmiş məqalələr uc-uca calanıb. Məşhur qəzetlərdən birində oxuyuruq:
“Artıq məlumdur-Qazaxıstandakı proqram klassik “rəngli inqilablara” bənzəmirdi. Qazax qiyamı bir şəhərdəki dinc etirazdan ildırım sürəti ilə bütün ölkəni bürüyən xaos alovlanmasına çevrildi.” Bu qiyamı “kim və necə təşkil edib?” sualına cavab gəzən icmalçılar və siyasətçilər təxminən eyni mövqeyi bölüşürlər. Onlar hesab edirlər ki, bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da hakimiyyət orqanları sosial tələblərlə küçəyə çıxan narazı insanlarla vaxtında dil tapa bilmədi və buna görə də vəziyyətdən kimliyi bəlli olmayan dağıdıcı qüvvələr, “düşmənlər, hakimiyyət hərisləri” bacarıqla istufadə etdirlər. Əhalinin bir bölgədə başlanan dinc mitinqlərinə hakimiyyətin cavabı gecikəndə, görünür, öncədən yüksək səviyyədə hazırlanmış qüvvələr təşəbbüsü ələ aldılar. Ya Qazaxıstanı parçalamaq, ya da hakimiyyəti zəbt etmək məqsədilə...
Dinc mitinqləri qanlı toqquşmalara çevirənlər arasında prezident Tokayevin də adı çəkilir, təqaüddə olan N. Nazarbayevin də, xarici qüvvələrin də...Hətta Moskvanın “Versiya” qəzeti “inqilabı küçələrdə yox, saraylarda edirlər” hökmü ilə öz ehtimalını aksiom kimi, qəzetin üz qabığını dolduran iri hərflərlə verməkdən də çəkinməmişdir:
“Qazaxıstanda Maydanın rejissoru (tərtibçisi) prezident aparatında idi.” Demək olar ki, bütün təhlilçilər küçələrə axan insanların arasında qonşu ölkələrdən gəlmiş və xüsusi hazırlanmış silahlı dəstələrin olduğunu vurğulayırlar. Maraqlıdır ki, hələ bir il əvvəl Nazarbayevin nəvəsi, Aysultan (Londonda naməlum şəkildə dünyasını dəyişib) feysbukda məlumat yaymışdı ki, babasını aradan götürmək üçün Qazaxıstanda cələfilərdən ibarət 400 nəfərlik xüsusu gizli dəstə var.
Rusiya mətbuatı xüsusi bir arxayınçılıqla köhnə illə bərabər Nazarbayevin də yola salındığını vurğulayaraq, onun və ailəsinin xaricdəki əmlaklarının suyahısını dərc edərkən, Qazaxıstana gələn “rus qışı”nın “ərəb baharı”na bənzəmədiyini də unutmur; çünki bu qışın Rusiyada “qazax sindromu”na cevrilmək qorxusu var.. ( Bu yaxınlarda məlumat yayılmışdı ki, dünyanın milyarder ölkə başçıları arasında V.Putin birinci yerdədir)
Bəzi Moskva şərhçiləri Rusiyanın bu hadisədən dərs çıxarmalı olduğunu da dönə-dönə vurğulayır. Dimitri Papov adlı müəllif “Qazıxstanın rus qışı” adlı məqaləsində yazır:
“ Qazaxıstan inqilabından bir neçə dərs almaq olar. Qazaxıstanda da, bizdəki kimi, ... işlər plana uyğun gedir: əhali kasıblaşır, oliqarxlar zənginləşir, sənaye dağılıb. Qazaxıstan hakimiyyti Rusiyanın təcrübəsini nəzərə almamaqla ciddi səhv buraxıb. Vəhşi oliqarx kapitalizmində sabitliyi saxlamaq üçün əhalini tam dilənçiyə çevirmədən kasıblıq həddində saxlayır, həm də böyüyüb orta təbəqəyə çevrilməsinə, dirçəlməsinə, özünü arxayın hiss edib siyasi tələblər irəli sürməsinə imkan vermirlər... (Bunlar hamısı bizim də keçdiyimiz yollardır).
Başqa müəlliflər, deputatların, beynəlxalq əlaqələr üzrə mütəxəsislərin yazılarında xoruzun quyruğu daha aydın görünür; əllərinə bəhanə düşüb: Qazaxıstanda rus əhalisinin demoqrafik vəziyyəti üzrə statistikalar aşkarlanır, rusofobiyanın güclənməsi, rus dilinin dövlət dili olmaması və hətta 1986-cı ilin Kolbin hadisələri xatırlanır...
Sanki bunları demək üçün susub bu günü gözləyirmişlər. Qazaxıstanın gələcəyi ilə bağlı suallara verilən cavablarda isə belə bir arxayınçılıq var ki, bu qiyamdan sonra ölkədə Rusiyanın təsiri artacaq, Tokayev Putindən daha çox asılı olacaq; neft-qaz istehsalında İngiltərə-ABŞ- ın təsiri məhdudlaşacaq, “latınlaşma”(yəqin əlifbanı nəzərdə tuturlar) və “millətçilik” meyllərinin qarşısı alınacaq... Onu da açııq-aşkar, yazırlar ki, bu hadisələrin Rusiyaya sıçramaq qorxusu da var.
Yadımdadır, 1990 cı ildə sovet ordusunun Azəraycana yeridilməsinin bir bəhanəsi də burda güya millətçiliyin güclənməsi idi. Yəni rus, ingilis, fransız millətini sevə bilər, biz yox!
Maraqlıdır ki, ilk mitinqlərə çıxanlar neftin, qazın qiymətinin artırılmasına etiraz edir, sosial tələblər irəli sürürdülərsə Rusiya mətbuatının maraq və istəkləri qazaxların bu tələblərini kölgədə qoyur və daha aqressivdir: rus dilinin rəsmi status alması, siyasi hakimiyyətə ruspərəst qüvvələrin gətiriləsinə yardım, rusların köçünün qarşısının alınması və hətta Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmuş ölkələrin SSRİ-dən qopmuş başqa ölkələrdə də belə hadisələrin ola biləcəyini nəzərə alması və hazır olması. Anlamaq olmur, bu təşkilat ölkələrin daxili işlərinə hansı haqla qarışa bilərlər...
Bəli, Qazaxstan faciəsindən “dərs almaq” lazımdır. Ən birincisi milli birliyi, vətəndaş həmrəyliyini qorumaq dərsi; ikincisi milləti aclıqla, bahalıqla imtahana çəkməmək dərsi; üçüncüsü oliqarx vəhşiliyi və saymazlığına və ölkənin sərvətinin kənara axmasına yol verməmək dərsi, dördüncüsü, ölkədə qarşılıqlı sayqı, dialoq mühitinin qorunması, siyasi mübarizələrin yalnız Konstitutsiyaya və qanunlara uyğun şəkildə aparılması dərsi , nəhayət, Milli kimliyin təməli olan Ana dilinin qorunması, dilimizin naşıların əliylə elmi don geyindirilərək korlanmasının qarşısını almaq və ölkədə təhsilin birmənalı olaraq dövlət dilinə keçirilməsi dərsi və s.
Sabir Rüstəmxanlı
19.01.2022
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!