44 günlük müharibə dövründə ermənilərin Gəncəni bombalaması nəticəsində ilk zərər çəkən olan şəhər sakini Vüsalə Əliyeva üsyana qalxıb.
Evi dağılan və bir gözünü itirən A. Əliyeva 1 ildir çadırda yaşadığını bildirir. Onun sözlərinə görə, erməni terrorundan zərər çəkən biri kimi nə ona kompensasiya verilib, nə evlə təmin olunub. Bombalanmış evinin qarşısında etiraza qalxan və yolu bağlayan A. Əliyeva Gəncənin icra başçısı Niyazi Bayramovun laqeydliyindən şikayətlənib. Vətəndaş icra başçısının onunla maraqlanmadığını bildirib. Həmin kadrları təqdim edirik :
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.
Sabiq UFC çempionu Həbib Nurməhəmmədovla portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu görüşüb.
Butov.az xəbər verir ki, H.Nurməhəmmədov yaxın dostu Kriştianu Ronaldunu ziyarət etmək üçün Mançesterə yollanıb. İki əfsanəvi idmançının baxış dueli sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub. Nurməmmədov “O, indiyə qədər olanların ən yaxşısıdır. İşini davam etdir, Çempion. Siz bütün dünyada milyonlarla insana ilham verirsiniz”, şərhini yazıb.
Oktyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Butov.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 572 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.
Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakim Rodriqo Krivellaronu döyüb.
Butov.az xəbər verir ki, 30 yaşlı oyunçu "Quarani" ilə olan görüşün 61-ci dəqiqəsində hakimə yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən hakim xəstəxanaya aparılıb və görüş dayandırlıb.
Bu səbədən polis futbolçunu həbs edib. O, cərimə ödəməli olacaq.
Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda danışıqların yekununa dair protokol imzalanıb.