Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib .....                        Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi .....                        Zelenski Almaniyaya gedib .....                        BDU-da yeni ixtisas açılıb - “Xüsusi pedaqogika” .....                        Avropa Tramp-Putin görüşündən NARAHATDIR .....                        Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı reaksiya - RƏSMİ .....                        Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək .....                        Ukrayna səfiri Azərbaycana təşəkkür etdi .....                        Bakıdan Ukraynaya növbəti humanitar yardım göndərildi .....                       
10-07-2025, 20:17
Ukraynadan 30 uşaq Azərbaycana gətirildi


Ukraynadan 30 uşaq Azərbaycana gətirildi

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
SXA-nın İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov jurnalistlərə müsahibəsində bildirib ki, Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Diqqətə çatdırılıb ki, növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ola biləcəklər.
Zaur İbrahimovun sözlərinə görə, ongünlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
10-07-2025, 19:04
Hərbi jurnalist vəfat etdi


Hərbi jurnalist vəfat etdi

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.
O, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Gülbəniz Arifqızı 1991-ci ildən hərbi jurnalist olaraq Füzuli, Beyləqan, Ağdam, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarında xidmət edib və "Ön cəbhəyə doğru" və "Ana" proqramlarında əsgərlərdən səsli müsahibələr hazırlayıb. 1992-ci ildən "Ordu" qəzeti və "Ədalət" qəzeti ilə əməkdaşlıq edib.
O, 1997-ci ildən ABŞ-də yaşayıb. Orada Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradıb
10-07-2025, 18:32
Əli Əsədov pakistanlı nazirlə müzakirələr apardı


Əli Əsədov pakistanlı nazirlə müzakirələr apardı

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.
Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
10-07-2025, 18:14
“Tərlan - 2025” təlimi başa çatdı


“Tərlan - 2025” təlimi başa çatdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyata keçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədən aşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatları toplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həmin hədəflər zərərsizləşdirilib.
Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusi fərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
10-07-2025, 17:52
Nərimanovda boş sahədə güclü yanğın


Nərimanovda boş sahədə güclü

Paytaxtın Nərimanov rayonunda yanğın başlayıb.
Əhməd Rəcəbli küçəsi ilə Zaur Nudirəliyev küçələrinin arasındakı boş sahədə quru ot və tullantılar alovlanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.
10-07-2025, 17:04
Səməd Vəkilov din xadimi ilə görüşüb


Səməd Vəkilov din xadimi ilə görüşüb

Səməd Vəkilov Salyanda əslən Dərləyəz mahlından olan din xadimi Hacı Hüsnü ilə görüşüb

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin icrası çərçivəsində Salyan rayonu Qarabağlı kəndində tədqiqata başlayıb.
Bu barədə təşkilatın sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib. Səməd Vəkilov bildirb ki, Salyan rayonun Qarabağlı kəndi rayonun ən böyük kəndlərindəndir. Bura vaxtıilə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılarda öz əksini tapmışdır. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həm də qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə İ.Stalinin əmri ilə Qərbi Azərbaycanın Dərələyəz mahalının Terp kəndindən doxsana yaxın ailə köşürülmüşdür.
Layihənin rəhbəri tədqiatçı-hüquqşünas S.Vəkilov Salyan rayonu Qarabağlı kəndində tanınmış din xadimi Hacı Hüsnü Həsənovla görüşüb.
Qeyd edək ki, din xadimi əslən Dərləyəzin Terp kəndindən olan Həsənov Hüsnu Budaq oğlunun (Hacı Hüsnü) babası Şeyx İmran Dərləyəz mahalının sayılıb-seçilən din xadimlərindən olub. O, İraqın Nəcəf şəhərində 17 il dini təhsil alıb. Hüsnü Həsənov 19 noyabr 1970-ci ildə Qabağlı kəndində doğulub. O, 1977/1986-cı ildə Qarabağlar kəndində orta təhsil alıb. İlk dini təhsilini 1979-cu ildə kəndə fərdi qaydada Molla Şəkəralı adlı din xadimində alıb. Sonra 1981-ci ildə Bərdə rayonunda əslən Dərləyəz mahalının Tarp kəndindən olan Molla Əhməddən təhsil alıb. 1982-1988-ci ilərdə Cəlilabda Molla Məhəmməddən təhsil alıb. 1988/1990-ci ildə SSRİ Silahli Qüvələri tərkibində İruktiski Vilayətində həqiqi hərbi xidmət keçib. 1992-ci ilədə Həsənova Gülarə İdris qızı ilə ailə qiurub. Bu nigahdan 3 övladı var. 1992-1994-cü ildə yenidən Cəlilabadlı Molla Məhməmməd və Molla Bəylərin yanında dini təhsilini davam etdirib.1994-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qarabğlı kəndinə baş axund təyin olunub.2000/2005-ci ildə Qafqaz İslam Universitetinin İlhaiyyat fakultəsi, imamlıq və şəriət müəllimi ixtisası üzrə bitirib. 17 aprel 2014-cü ildə Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxlülislam Hacı Allahşükür Paşazadə tərəfindən Salyan, Nefçala, Şirvan, Hacıqabul rayonları üzrə səlahiyyətli nümayəndə təyin olunub. 2014-cü ildən Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının və Dərələyəz İcmasının (QAİ) üzvüdür. Yurd həsrəti ilə böyüyən Hacı Hüsnünün ən böyük arzusu doğma yurdu Dərələyəzə qayıtmaqdır.
10-07-2025, 15:06
XİN Əliyev-Paşinyan görüşünün nəticələrini AÇIQLADI


XİN Əliyev-Paşinyan görüşünün nəticələrini AÇIQLADI

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
"İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər",-məlumatda deyilir.
10-07-2025, 14:57
Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək


Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı olan bu hökumətlərarası təşkilat (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır.
1992-ci il noyabr ayının 28-də daha 7 ölkə-Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da bu təşkilata daxil olmaqla İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən 28 noyabr tarixi qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
Ölkəmiz hər zaman İƏT-in fəaliyyətinə böyük önəm verir. Belə ki, təşkilatın uğurlu fəaliyyəti ona üzv olan bütün ölkələr üçün maraqlıdır. Çünki bu təşkilata üzv dövlətləri həm ortaq tarixi, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Azərbaycan İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə həmişə təklif və təşəbbüslərlə çıxış etmişdir. Təsadüfi deyil ki, ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbə əldə edən Azərbaycan artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda nüfuzlu beynəlxalq təşkilatların tədbirlərini keçirir. 2025-ci il iyul ayının 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi isə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinin bariz nümunəsidir.
Azərbaycanın bu mühüm beynəlxalq tədbirə Xankəndidə ev sahibliyi etməsi xüsusi rəmzi əhəmiyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir və bu dəfəki görüşün Xankəndidə – işğaldan azad olunmuş ərazidə keçirilməsi tarixi hadisədir. Bu, təkcə diplomatik deyil, həm də siyasi və mənəvi baxımdan mühüm bir siqnaldır: Azərbaycan işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq və inkişaf mühitini bərpa edib və bu ərazilər artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladığını, bu müddət ərzində törədilmiş etnik təmizləmə, məscidlərin və qəbiristanlıqların dağıdılması, mədəni irsə qarşı vandalizm faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla, bu işğalın ölkəmizə 150 milyard dollardan artıq zərər verdiyini və ərazilərə basdırılmış minaların partlaması səbəbindən 400-dən artıq vətəndaşımızın həlak olmasını və yaxud yaralanmasını bir daha qeyd etdi.
Məlumdur ki, bütün bu çətinliklərə baxmayaraq, Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur, azad olunmuş ərazilərdə yeni şəhərlər və kəndlər salınır. Artıq 50 mindən çox vətəndaşımız öz doğma torpaqlarına qayıdıb oralarda yaşayır, işləyir və təhsil alırlar.
Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları da xüsusi vurğulandı. Ermənistanın bu məsələdə dialoqun hər cür formasından imtina etməsi tənqid edildi, lakin İslam Əməkdaşlıq Təşkilatının bu məsələdə Azərbaycanı dəstəkləməsi və beynəlxalq səviyyədə qəbul olunmuş qətnamələr ümidverici addımlar kimi qiymətləndirildi.
Azərbaycanın ECO çərçivəsində gördüyü işlər–COP29 konfransına ev sahibliyi, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumunun təşkili və Şuşanın 2026-cı il üçün ECO-nun Turizm Paytaxtı elan olunması-Azərbaycanın təşkilat daxilində yer alan nüfuz və fəallıq göstəricisidir. Bununla yanaşı, Azərbaycanda yaradılacaq ECO Tədqiqat və Təmiz Enerji Mərkəzləri gələcək əməkdaşlıq üçün yeni platformalar da vəd edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edən dost və qardaş ölkələrin prezidentləri də Xankəndidə-qədim Qarabağ torpağında görüşməkdən məmnun qaldıqlarını və bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən razılıqlarını bildirdilər. Eyni zamanda qeyd edildi ki, Xankəndi Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, həmçinin, münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəkdir.
İƏT-in 17-ci Zirvə görüşünün sonunda Xankəndi Kommunikesi qəbul edilib. Sənəddə bir sıra məsələlər: işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib, Ermənistandan qovulmuş soydaşlarımızın öz ata-baba torpaqlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib və digər vacib məqamlar öz əksini tapıb.

Rövşən Muradov
Milli Məclisin deputatı
10-07-2025, 12:57
İlk dəfə Şuşadan poçt vasitəsilə ABŞ-yə məktub göndərildi


İlk dəfə Şuşadan poçt vasitəsilə ABŞ-yə məktub göndərildi

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
Səfər zamanı səyyahlar Şuşa şəhəri poçtundan Avropa və Amerikaya məktub göndəriblər. Belə ki, filippinli Rhodora Burton Legaspi Nyu Yorka, irlandiyalı David Joseph Langan isə İrlandiya və Kanadaya məktub göndəriblər.
Qeyd edək ki, beynəlxalq səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir.
Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.
10-07-2025, 12:35
Polis Bakıda əməliyyat keçirdi - 21 kq narkotik aşkarlandı


Polis Bakıda əməliyyat
keçirdi - 21 kq narkotik aşkarlandı


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.



[media=
]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!