Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR .....                        Şamaxıda ağır qəza - ölən var .....                        Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp .....                        Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA .....                        Şairin küçədə meyiti tapıldı .....                        Özgür Özəl haqqında istintaq başladı .....                        Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi .....                        Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib .....                        Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi .....                       
10-07-2025, 15:06
XİN Əliyev-Paşinyan görüşünün nəticələrini AÇIQLADI


XİN Əliyev-Paşinyan görüşünün nəticələrini AÇIQLADI

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
"İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər",-məlumatda deyilir.
10-07-2025, 14:57
Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək


Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı olan bu hökumətlərarası təşkilat (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır.
1992-ci il noyabr ayının 28-də daha 7 ölkə-Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da bu təşkilata daxil olmaqla İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən 28 noyabr tarixi qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
Ölkəmiz hər zaman İƏT-in fəaliyyətinə böyük önəm verir. Belə ki, təşkilatın uğurlu fəaliyyəti ona üzv olan bütün ölkələr üçün maraqlıdır. Çünki bu təşkilata üzv dövlətləri həm ortaq tarixi, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Azərbaycan İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə həmişə təklif və təşəbbüslərlə çıxış etmişdir. Təsadüfi deyil ki, ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbə əldə edən Azərbaycan artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda nüfuzlu beynəlxalq təşkilatların tədbirlərini keçirir. 2025-ci il iyul ayının 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi isə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinin bariz nümunəsidir.
Azərbaycanın bu mühüm beynəlxalq tədbirə Xankəndidə ev sahibliyi etməsi xüsusi rəmzi əhəmiyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir və bu dəfəki görüşün Xankəndidə – işğaldan azad olunmuş ərazidə keçirilməsi tarixi hadisədir. Bu, təkcə diplomatik deyil, həm də siyasi və mənəvi baxımdan mühüm bir siqnaldır: Azərbaycan işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq və inkişaf mühitini bərpa edib və bu ərazilər artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladığını, bu müddət ərzində törədilmiş etnik təmizləmə, məscidlərin və qəbiristanlıqların dağıdılması, mədəni irsə qarşı vandalizm faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla, bu işğalın ölkəmizə 150 milyard dollardan artıq zərər verdiyini və ərazilərə basdırılmış minaların partlaması səbəbindən 400-dən artıq vətəndaşımızın həlak olmasını və yaxud yaralanmasını bir daha qeyd etdi.
Məlumdur ki, bütün bu çətinliklərə baxmayaraq, Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur, azad olunmuş ərazilərdə yeni şəhərlər və kəndlər salınır. Artıq 50 mindən çox vətəndaşımız öz doğma torpaqlarına qayıdıb oralarda yaşayır, işləyir və təhsil alırlar.
Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları da xüsusi vurğulandı. Ermənistanın bu məsələdə dialoqun hər cür formasından imtina etməsi tənqid edildi, lakin İslam Əməkdaşlıq Təşkilatının bu məsələdə Azərbaycanı dəstəkləməsi və beynəlxalq səviyyədə qəbul olunmuş qətnamələr ümidverici addımlar kimi qiymətləndirildi.
Azərbaycanın ECO çərçivəsində gördüyü işlər–COP29 konfransına ev sahibliyi, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumunun təşkili və Şuşanın 2026-cı il üçün ECO-nun Turizm Paytaxtı elan olunması-Azərbaycanın təşkilat daxilində yer alan nüfuz və fəallıq göstəricisidir. Bununla yanaşı, Azərbaycanda yaradılacaq ECO Tədqiqat və Təmiz Enerji Mərkəzləri gələcək əməkdaşlıq üçün yeni platformalar da vəd edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edən dost və qardaş ölkələrin prezidentləri də Xankəndidə-qədim Qarabağ torpağında görüşməkdən məmnun qaldıqlarını və bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən razılıqlarını bildirdilər. Eyni zamanda qeyd edildi ki, Xankəndi Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, həmçinin, münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəkdir.
İƏT-in 17-ci Zirvə görüşünün sonunda Xankəndi Kommunikesi qəbul edilib. Sənəddə bir sıra məsələlər: işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib, Ermənistandan qovulmuş soydaşlarımızın öz ata-baba torpaqlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib və digər vacib məqamlar öz əksini tapıb.

Rövşən Muradov
Milli Məclisin deputatı
10-07-2025, 12:57
İlk dəfə Şuşadan poçt vasitəsilə ABŞ-yə məktub göndərildi


İlk dəfə Şuşadan poçt vasitəsilə ABŞ-yə məktub göndərildi

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
Səfər zamanı səyyahlar Şuşa şəhəri poçtundan Avropa və Amerikaya məktub göndəriblər. Belə ki, filippinli Rhodora Burton Legaspi Nyu Yorka, irlandiyalı David Joseph Langan isə İrlandiya və Kanadaya məktub göndəriblər.
Qeyd edək ki, beynəlxalq səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir.
Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.
10-07-2025, 12:35
Polis Bakıda əməliyyat keçirdi - 21 kq narkotik aşkarlandı


Polis Bakıda əməliyyat
keçirdi - 21 kq narkotik aşkarlandı


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.



[media=
]
10-07-2025, 12:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturugecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
10-07-2025, 11:58
Azad olunmuş bu rayonlarda yeni məktəblər açılacaq


Azad olunmuş bu rayonlarda yeni məktəblər açılacaq

2025-2026-cı tədris ilindən işğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məktəbin fəaliyyətə başlaması gözlənilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Xankəndi, Ağdam, Zəngilan və digər yerlərdə yeni məktəblərin açılması gözlənilir.
9-07-2025, 21:30
Elşən İbrahimov Rusiyadan deportasiya edilir


Elşən İbrahimov Rusiyadan deportasiya edilir

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.
Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
E. İbrahimovun “Aeroflot”un axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır. İlkin məlumata görə, o, hazırda “Şeremetevo” hava limanındadır.
Qeyd edək ki, bir neçə gün əvvəl o, Rusiya vətəndaşlığından məhrum edilib.
9-07-2025, 20:53
“Zirə” Türkiyə klubunu məğlub etdi


“Zirə” Türkiyə klubunu məğlub etdi

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.
Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.
9-07-2025, 19:52
İyulun pensiyası ilə bağlı şad xəbər


İyulun pensiyası ilə bağlı şad xəbər

Naxçıvan Muxtar Respublikası (MR) üzrə iyul ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının pensiya ödənişi başa çatdırılıb.
9-07-2025, 19:19
Zamin Zəki ilə bağlı qərar verildi


Zamin Zəki ilə bağlı qərar verildi

Həbsdə olan hüquq müdafiəçisi Zamin Zəki məhkəmə qarşısına çıxarılıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində Zamin Zəkinin həbs müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Prosesdə vəsatət təmin edilib və Zamin Zəkinin həbs müddəti oktyabrın 21-nə qədər uzadılıb.
Qeyd edək ki, Z.Zəki bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!