Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 3-11-2015, 08:41
Niyaməddin Orduxanlıdan seçki acıqlaması


“Əbülfəz Elçibəy demişkən zaman seçki sistemində də islahatları qacılmaz edəcək” "44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayevi təbrik edirəm və ona uğurlar arzulayıram. Digər tərəfdən çox sevincliyəm ki, liderim - BAXCP sədri Qüdrət Həsənquliyev 7 saylı Culfa-Ordubad seçki dairəsindən böyük səs çoxluğu ilə - 20 000-dən artıq səs qazanmaqla qalib gəldi. Qüdrət bəy yenidən on minlərlə üzvü olan BAXCP kimi milli partiyanı parlament partiyası edə bildi".

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, bu seçkilərdən gözləntiləri çox idi: "Amma ölkədə proporsional seçki sisteminin mövcud olmaması, partiyamızın maddi imkanlarının məhdudluğu və seçicilərin partiyaların seçki fonduna maliyyə vəsaiti köçürməkdə maraqlı olmaması, Seçki Məcəlləsinin 60-dan az namizədi qeydə alınmış partiyalara pulsuz efir vaxtı nəzərdə tutmaması müxalif namizədləri qeyri-bərabər vəziyyətdə qoymuşdu. Bütün bunlara baxmayaraq, biz ruhdan düşmürük və əminlik ki, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy demişkən, zaman seçki sistemində də islahatları qacılmaz edəcək. Bu zaman öz mütərəqqi ideyaları ilə həmişə fərqlənmiş BAXCP cəmiyyətdə olduğu kimi parlamentdə də aparıcı siyasi qüvvəyə çevriləcək. Əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan parlamentli respublikaya çevriləcək və bizdə də digər demokratik ölkələrdə olduğu kimi parlamentdə güclü fraksiyalar və rəqabət olacaq, siyasi partiyalar bir-birinə nəzarət etmək imkanı qazanacaqlar".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!