Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-09-2015, 12:11
Rayonlardan ETİRAZ: "Biz də Bakı maşınlarını öz ərazimizə buraxmayacağıq!" - QALMAQAL


Butov.az Modern saytına əsasən bildirir ki, rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağa cəmiyyətdə ciddi narazılıqla qarşılanıb.

Paytaxtda yaranan tıxac və sıxlıq probleminin həlli məqsədilə atılan addım əslində insanlar arasında şəhərli və rayonlu kimi lazımsız bölgüyə də gətirib çıxarır. Elə bu səbəbdəndir ki, bir çox bölgə nümayəndələri haqlı olaraq Bakı qeydiyyatında olan avtomobillərin də rayonlara buraxılmaması təşəbbüsü ilə çıxış edirlər.

Təsəvvür edin ki, Bakıya toya, yasa, xəstəxanaya tələsən insanlara paytaxta daxil olmaqla bağlı ciddi problem yaradılır. Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı məsələ ilə bağlı Modern.az saytına deyib ki, Dövlət Yol Polisinin qoyduğu qadağa çox yersiz və mənasızdır:
“Qadağanın müvəqqəti olduğu zamanlarda rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət qoyulmasını müsbət qarşıladıq. Çünki ölkədə mötəbər yarışlar keçirildiyindən məhdudiyyətlərin olması labüd idi. Lakin məhdudiyyət daimi xarakter almağa başlayanda, bu, bölgələr və paytaxt arasında diskriminasiya yaranmasına səbəb olub.

Sosial şəbəkələrdəki müzakirələrdən də görünür ki, bölgə insanları bu məhdudiyyətdən çox narazıdır. Hətta onlar etiraz olaraq deyirlər ki, biz də Bakı dövlət nömrə nişanı olan avtomobilləri Ağsuya, Kürdəmirə buraxmırıq. Yarızarafat, yarıciddi insanlar etirazlarını bildirməyə başlayıblar. Düşünürəm ki, əslində tıxacların aradan qaldırılması üçün nəzərdə tutulan bu addım çox mənasızdır”.

Elməddin Muradlının fikrincə, havalar soyuyub, gün qısalmağa başlayanda bu qərarın ağır fəsadları ilə üz-üzə qalacağıq:

“Qış fəslində axşam saat 18 radələrində - qaranlıq düşən zaman yollarda baş verən qəzaların sayı artacaq. Çünki insanlar məcburən gecə saatlarında yola çıxacaq.

Rayon qeydiyyatında olan avtomobil sahibləri soyuq havalarda ailəsi, uşağı, xəstəsi ilə gəlib müəyyən olunan dayanacaqda dayanmayacaq. Bu da əlavə problemlərə, korrupsiyaya yol açacaq.

Təsəvvür edin ki, Bakıdan gəlin aparmağa gələn toy karvanını Bakıya buraxmırlar, kiminsə yası düşüb icazə vermirlər. Bu nə məntiqdir, nə qaydadır?!

Yol hərəkəti komissiyası belə bir qərar qəbul edib, amma yol polisi bu qərara necə müsbət rəy verə bilər?!

Kimin ağlına nə gəlirsə, yollarda tətbiq edir. Bu bir azdan rüşvətə, korrupsiyaya da yol açacaq. “Yol hərəkəti haqqında” qanuna əsasən dövlət qeydiyyat nişanlarının internet üzərindən satışı həyata keçirilməlidir.

Qanun 5 ildir qəbul olunmağına baxmayaraq, icra edən yoxdur. Yaxud sürücü radara düşür, 3 ay sonra ona, faizi ilə birgə radara düşdüyünə dair bildiriş göndərilir. İndi yol polisi açıqlama verir ki, 99 seriyası ilə başlayan nömrələri elektron cihazda yoxlamadan keçirəcəyik. Belə qayda-qanun tərəfdarıdırlarsa, özləri buna riayət etsinlər. İnsanları niyə bu qədər incidirlər, mən anlamıram”. Onun sözlərinə görə, rayon qeydiyyatında olan avtomobillərin tıxaclarda payı çox cüzidir:

“Paytaxtdakı maşınların cəmi bir faizini rayon qeydiyyatında olanlar tutur ki, bunun da tıxaclara təsiri çox cüzidir. Müəyyən məhdudiyyətlər tətbiq etməklə-ictimai nəqliyyatın keyfiyyətini yaxşılaşdırmaq, ölkənin bütün istiqamətlərində sürət qatarlarından istifadə etməklə tıxacların azaldılması mümkündür. Belə olan təqdirdə sərnişinlər də həmin nəqliyyat vasitələrinə üstünlük verəcək, nəinki 4-5 nəfər yığmaqla taksi fəaliyyəti ilə məşğul olanlara...

Bu gün şəxsən mən ictimai nəqliyyatdan istifadə etmirəm. Çünki bilirəm ki, şəxsi avtomobildən imtina etsəm, lazımi ünvana vaxtında gedib çata bilməyəcəyəm. Dünyanın istənilən yerində insanlar ictimai nəqliyyata ona görə üstünlük verir ki, ünvana vaxtında, həm də təhlükəsiz çata bilirlər. Biz isə təhlükəsizliyimizə əmin deyilik.

Qəribədir, bizimkilər qərar qəbul edən zaman insanlardan fikir soruşmurlar, kabinetdə oturub qərar qəbul edirlər. Axı kabinetdə oturan adamla, avtobusdakı insan eyni düşünə bilməz. Mümkünsə, o kabinetdəkilər bircə gün işə avtobusla gəlib-getsinlər, ondan sonra müvafiq qərar versinlər”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!