Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ .....                        Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                        Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Xocavəndin daha bir kəndində sakinlərə ev verildi .....                        İranın körfəz ölkələrinə atdığı raketlərin sayı .....                        Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə olundu .....                       
Tarix : 1-10-2015, 13:27
Hədəfimiz Azərbaycan dilinin saflığıdır- Sevda Tahirli


Bakı, 1 oktyabr, SalamNews, Ş.Nəzərli. Mirzə Ələkbər Sabir Fondu 3 ildir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edir. Hədəfimiz Azərbaycan dilinin saflığıdır.

Butov.az SalamNews istinadən xəbər verir ki, bunu Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli layihənin 3-cü mərhələsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Müzakirələrdə BDU jurbalistika fakültəsinin professoru Nəsir Əhmədli, Azərbaycan televiziyasının veteran diktoru Ofeliya Sənani və digər mütəxəssislər çıxış edərək Azərbaycan ədəbi dilinin radio və televiziya verilişlərində tətbiqi zamanı yol verilən qüsurlardan və onların aradan qaldırılması yollarından danışıblar.

O.Sənani deyib: “Efirdə ana dilimizin saflığına riayət üçün güclü nəzarət tələb olunur. Baxın, bu gün teleməkanımızda hansı TV rəhbəri filoloqdur və ya universitetin jurnalistika fakültəsini bitirmiş mütəxəssisdir? Deməli, Azərbaycan dilinin efirdə təhrif olunmasının köklərini də burada axtarmaq məntiqə uyğundur”.

Müzakirələrdə təcrübəli televiziya və radio diktorları ilə yanaşı, gənc aparıcılar, tələbə-gənclər də mülahizələrini bölüşməyə imkan tapıblar.

Mövzu ətrafında müzakirələrdə maraqlı təkliflər qeydə alınıb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!